Elm və Təhsil Nazirliyi yeni strukturda fəaliyyətə başlayacaq
26.11.2022 [10:46]
Şuşa, Ağdam və Füzuli məktəblərinin tikintisi 2023-cü ilin sentyabrında başa çatacaq
G.QABİLQIZI
Noyabrın 25-də elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün brifinq keçirib. Nazir brifinqdə yeni və aktual məsələlər haqda məlumat verib.
E.Əmrullayev bildirib ki, Elm və Təhsil Nazirliyi yanvar ayında yeni strukturda fəaliyyətə başlayacaq: “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanından sonra nazirliyin tərkibində dövlət agentlikləri qurulur”.
Xaricdə Təhsil üzrə Dövlət Proqramı üzrə bu il artıq 353 nəfər təqaüd qazanıb
Onun sözlərinə görə, Xaricdə Təhsil üzrə Dövlət Proqramı uğurla icra olunur: “Bu il artıq 353 nəfər təqaüd qazanıb və onlar dünyanın ən nüfuzlu ali məktəblərində təhsillərini davam etdirmək imkanı qazanıblar. 207 nəfər isə doktorantura pilləsi üzrə təhsil alır”. Nazir bildirib ki, noyabr ayının əvvəlində Dövlət Proqramına qeydiyyat başlayıb: “May ayında proqramı elan etdik. Yalnız siyahıda olan universitetlərə təqaüd verməyi planlaşdırırıq. Ümumiyyətlə, 186 universitet üzrə 4126 yeni proqram xaricdə təhsil Dövlət Proqramını əhatə edir”.
Onun sözlərinə görə, təhsil tarixində ilk dəfə məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçilərin işə qəbulu üçün imtahanlar təşkil edilib: “Hazırda valideynlər elektron şəkildə uşaqlarını məktəbəqədər təhsil üçün qeydiyyatdan keçirirlər. Təbii ki, sistemin ilk dəfə təşkil olunması proqramdakı boşluqları üzə çıxarır. İşə qəbulda 4539 namizəd iştirak edib. Onlardan 739-u müsahibədə iştirak edib, 332 nəfər uğur qazanıb. Lakin mövcud 122 vakant yer var və ehtimal olunur ki, onlar arasında müsabiqə keçiriləcək”.
Sertifikasiya imtahanlarında 11 min 657 müəllim iştirak edib
Onun sözlərinə görə, sertifikasiyada iştirak edən müəllimlərin 75 faizi uğur qazanıb və onların əməkhaqlarına əlavələr edilib: “Yay aylarında ibtidai sinif müəllimləri arasında sertifikasiya imtahanları keçirildi. Ümumilikdə 11 min 657 müəllim imtahanlarda iştirak edib. İmtahanlarda 3163 nəfər 51 baldan yüksək nəticə göstərib. Onların əməkhaqlarına 831 manata qədər əlavələr edilib. 5624 nəfərin maaşı 686 manat civarındadır. Orta hesabla müəllimlərin əmək haqqına 200 manata qədər əlavə edilib”.
Hazırda bağçalarda 16 minə yaxın boş yer var
Nazir qeyd edib ki, məktəbəqədər təhsil müəssisələrindən 1654 bağça nazirliyin tabeliyində fəaliyyət göstərir: “Hazırda bağçalarda 16 minə yaxın boş yerimiz var. Planımız ondan ibarətdir ki, hər həftənin bir günü hansı bağçada boş yerimiz varsa, bunu elan edək, valideynlər portal vasitəsilə qeydiyyatdan keçsin. Bununla yanaşı, məktəbdaxili nizam-intizam qaydalarının ictimai müzakirəsi davam edir. Qeyd edim ki, bu ilin sonunadək 300 məktəbdə pilot şəkildə məktəbdaxili nizam-intizam qaydalarını tətbiq etmək planlanır”.
Onun sözlərinə görə, yanvar ayından etibarən Şuşa Realnı Məktəbinin tikintisi başlayacaq: “Həmçinin aidiyyəti qurumlarla birlikdə Böyük Qayıdış çərçivəsində kəndlərdə şəhərsalma planlarına uyğun olaraq layihələndirmə işlərinə başlanılıb. Şuşa, Ağdam və Füzuli məktəblərinin tikintisi 2023-cü ilin sentyabrında yekunlaşacaq. Bununla yanaşı, Zəngilan, Kəlbəcər, Cəbrayılda məktəblərin tikintisinə başlanılıb”.
1235 məktəb fiber-optik internetlə təchiz olunub
E.Əmrullayev bildirib ki, məktəblərimizin 1235-i fiber-optik internetlə təchiz olunub: “Bu il 403 təhsil müəssisəsi lokal internetlə təmin edilib: “Bu il məktəblərə rekord sayda - 30 minə yaxın kompüter alınıb. Növbəti il üçün bu sayı 45 minə çatdırmağı planlaşdırırıq”.
Məktəblərdə istilik təminatı ilə bağlı müəyyən problemlərin olması qaçılmazdır
Nazir deyib ki, ümumilikdə təhsil müəssisələrində istilik təminatı ilə bağlı vəziyyəti qənaətbəxşdir: “Ümumilikdə 5745 ümumi və məktəbəqədər təhsil müəssisəsindən 508-i dizellə, 445-i elektrik, 2034-ü odun və 2758-i qazla qızdırılır. Müəyyən problemlərin olması qaçılmazdır. Lakin bu problemlərin dərhal aradan qaldırılması istiqamətində addımlar atılır”.
Tariximizi öz dilimizdə tədris etməliyik...
Nazir əlavə edib ki, məktəbdaxili nizam-intizam qaydaları hələ tətbiq edilməyib: “Bu qaydalar ictimai müzakirədədir. Biz də istəyirik ki, vətəndaşlar qaydalarla bağlı fikirlərini bildirsinlər. İkinci yarım ildən bu qaydalar 300 məktəbdə pilot layihə şəkildə tətbiq olunacaq. Rus bölmələrində Azərbaycan tarixi fənninin Azərbaycan dilində tədris olunması pilot layihədir. Fikrimcə, tariximizi öz dilimizdə tədris etməliyik”.
Növbəti həftədən etibarən 50-yə yaxın bağçada isti yeməklə təminat aparılacaq
Nazir bildirib ki, növbəti ildən etibarən bağçalarda uşaq sayı müəyyənləşdiriləcək: “Bağçalara gündəlik təchizat ilə bağlı miqdar müəyyən edilməyib. Biz hazırda çalışırıq ki, mərkəzləşmiş təchizat üzərindən irəliləyək. Məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanması 1994-cü ilin normativi ilə aparılır. Bu normativin vaxtı keçib və onu dəyişmək üzərində işləyirik. Məsələn, qeyd olunub ki, uşaq gün ərzində hansı qidadan neçə qram qəbul etməlidir. Siyahıda olan ərzaqların bəziləri bazarda yoxdur, məsələn, 2-ci növ buğda unu. Biz düşünürük ki, bu miqdarlar kalori norması ilə təyin olunmalıdır. Bu istiqamətdə müvafiq mütəxəssisləri dəvət etməklə standartlar hazırlamışıq. Növbəti həftədən etibarən 50-ə yaxın bağçada isti yeməklə təminat aparılacaq. Bu halda şəffaflıq artacaq”.
Elm və təhsil naziri dərs yükü problemlərini yaradan məsələlərə aydınlıq gətirib
Nazir dərs yükünün səbəbləri və bu problemin həlli yollarından söz açıb: “Düşünürəm ki, dərsdə məzmunu çatdırmaq daha vacibdir, bu isə müəllimə bağlıdır. Bizim getməli olduğumuz istiqamət inteqrativ təlim olmalıdır. Bu istiqamətdə çalışırıq, məsələn uşaqlar STEAM təhsili alırlar. Müəllimlər əməkdaşlıq edərək şagirdin ünsiyyət bacarığının inkişafına çalışırlar. Amma biz əzbərləməklə əvvəldən həlli məlum olan məsələlərin öyrədilməsinə diqqət edirik. Biz qiymətləndirməni, qəbul imtahanlarının strukturunu dəyişdirmədən dərs yükü kimi problemləri aradan qaldıra bilməyəcəyik”.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

