8000-dən çox sürücü təlimlərə cəlb edilir:
30.11.2022 [11:06]
Effektiv olacaqmı?
Yeganə BAYRAMOVA
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 8 mindən çox sürücünü təlimlərə cəlb edəcək. Bu barədə qurumdan bildirilib. Məlumata görə, təlimlər Bakı, Gəncə, Masallı, Lənkəran və Astarada təşkil olunacaq. Sürücülərə avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarının təşkilinin özünəməxsusluğu, bu sahədə mövcud olan hüquq normaları, işgüzar adətlər, beynəlxalq daşımalarda istifadə olunan nəqliyyat vasitələrinin istismarına dair tələblər və onların istismar xüsusiyyətləri, habelə ilkin tibbi yardımın göstərilməsi haqqında məlumatlar veriləcək. Məşğələlərdə avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar yerinə yetirən sürücülərə yüklərin qəbulu, rəsmiləşdirilməsi, daşınması və təhvil verilməsi qaydaları, müxtəlif yüklərin daşınmasının şərt və xüsusiyyətləri, habelə avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlar aşılanacaq. Təlimlər Nazirlər Kabinetinin təsdiqlədiyi tədris proqramı əsasında yüksək ixtisaslı, təcrübəli müəllim heyəti və təlim ustaları cəlb olunmaqla aparılır. İmtahanlar elektron qaydada təşkil ediləcək.
Bu günədək təlimlərdə 1300-dən çox sürücü iştirak edib. Ümumilikdə isə 8000 sürücünün təlimlərə cəlb edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, sürücülərin peşəkarlıq səriştəsinə dair hazırlığa başlamayan daşıyıcılar 2023-cü ilin 8 aprel tarixindən etibarən beynəlxalq yükdaşımalarında iştirak edə bilməyəcəklər.
Mövzu barədə “Yeni Azərbaycan”a danışan nəqliyyat üzrə ekspert İlqar Hüseynli sürücülərin müvafiq təlimlərdən keçməsinin təqdirəlayiq hal olduğunu söyləyib. Ekspertin sözlərinə görə, vətəndaşlarımızın sərnişindaşımadan əziyyət çəkməsi aktual problemlərdən biridir: “Hansısa təlimlərdən keçməyən təsadüfi adamların daşıyıcı şirkətlərdə işləməsinin, ictimai nəqliyyat və taksi xidmətlərində sürücü kimi çalışdığının şahid oluruq. Hətta yük avtomobillərinin idarə olunması zamanı da təcrübəsiz sürücülərə rast gəlirik. Vətəndaşlar həmin xidməti həyata keçirən kontigentdən hər zaman şikayətçi olublar. Sürücülərin müvafiq təlimlərdən keçməsi üçün dəfələrlə müxtəlif təkliflər səsləndirmişik. Ümumiyyətlə, nəqliyyat xidmətini həyata keçirən sektorun bütün əməkdaşları təlimlərə cəlb olunmalıdır. Nəqliyyat vasitəsinin həm texniki, həm estetik baxımdan saxlanılması, həm də vətəndaşlarla sürücülər arasında etik davranış qaydalarının, düzgün münasibətlərin nizamlanması üçün sözügedən təlimlər təqdirəlayiqdir. Lakin bu təlimlərin nə dərəcədə effektiv olacağını söyləmək hələlik tezdir. 8000-dən çox sürücülərin hansı metodologiya ilə təlimlərə cəlb olunması AYNA-nın şəxsi yanaşmasıdır. Yəqin ki, qərb və dünya təcrübəsində bu tipli təlimlər həyata keçirilir və bu praktika ölkəmizdə də tətbiq olunacaq. Sevindirici haldır ki, qurum belə təlimlərin keçirilməsinə başlayıb, hesab edirəm ki, bu, alqışlanası bir təşəbbüsdür. Yaxşı olar ki, bu məsələdə ictimaiyyət nümayəndələrinin də iştirakı təmin olunsun. Ümumiyyətlə, belə təlimlərdə vətəndaş cəmiyyəti ilə də əməkdaşlıq edilməsi mümkün və lazımlı olan məqamlardandır. Fikrimcə, vətəndaş cəmiyyəti ilə müvafiq əməkdaşlıq baş tutarsa, təlimlərin effektivliyinin artmasına da şahid ola bilərik”.
Xəbər lenti
Hamısına baxSiyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23

