Multikulturalizm Qış Məktəbi Qubada davam edir
24.02.2023 [16:25]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə keçirilən “Mədəni müxtəliflikdə birlik: Azərbaycan nümunəsində” adlı XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi işini Qubada davam etdirir. Fevralın 24-də iştirakçılar daha iki mövzuda mühazirlər dinləyiblər.
“Azərbaycan ədəbiyyatının tərcümələri mədəniyyətlər sərhədində ünsiyyət aktı kimi” mövzusunda mühazirəni professor Lyudmila Bejenaru (Rumıniya) təqdim edib.
Bildirilib ki, fərqli dillərdə danışan insanlarla ünsiyyət qurarkən, onların bir-birini başa düşməsinə kömək edəcək müəyyən ümumi dil lazımdır. Belə hallarda ünsiyyətin həyata keçirilməsinin mümkün yolu tərcümədir ki, bu da mədəniyyətlərarası ünsiyyətdə ən mühüm vasitəçilikdir.
Lyudmila Bejenaru qeyd edib ki, “Azərbaycan poeziyasının antologiyaları” (Moskva, “Bədii ədəbiyyat”, 1939) “Azərbaycan şairləri”, (1962-ci il Moskva), Alla Axundovanın tərcümə etdiyi “Bahar” toplusu Azərbaycanın böyük şairlərini bütün mədəniyyət aləminə tanıdılmasında mühüm rol oynayıb.
Tədqiqatçı mühazirəsində Prezidenti İlham Əliyevin 23 may 2012-ci il tarixli sərəncamı ilə yaradılmış Azərbaycan Dövlət Tərcümə Mərkəzinin rolunu xüsusi qeyd edib. Bildirib ki, Mərkəz ölkədə tərcümə fəaliyyətini, Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə və xarici ədəbiyyatın Azərbaycanda təbliğini təşviq edir.
Sonra Dr. Kristina Bossauer (Almaniya) iştirakçılara “Qurban Səidin “Əli və Nino” əsəri” mövzusunda mühazirə oxuyub. Qeyd edilib ki, Azərbaycan ədəbiyyatının ən qalmaqallı əsəri olan "Əli və Nino" əsəri ilk dəfə 1937-ci ildə Vyanada alman dilində E.P.Tal Verlaq tərəfindən nəşr edilib və indiyədək dünyanın 33 dilinə tərcümə edilib, 66 ölkədə nəşr edilib. Əsərin ilk nəşrində müəllif kimi Qurban Səid göstərilsə də müəllifinin kimliyi ilə bağlı ötən dövrlər ərzində müxtəlif versiyalar irəli sürülüb. Amma kitabın dəyəri əsərdəki hadisələr, Rusiya inqilabı, müstəqil və demokratik Azərbaycanın qurulması və Qızıl Ordunun Bakını işğal etdiyi dövrləri əhatə etməsidir. Əsərdəki hadisələr əsasən real mənzərəni əks etdirir.
XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları gün ərzində Qubada dağ yəhudilərinin kompakt şəkildə yaşadığı Qırmızı qəsəbə ilə yaxından tanış olub, sinaqoqları ziyarət edəcək, yəhudi icmasının üzvləri ilə görüşəcəklər. Qış məktəbinin iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət zamanı ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılacaqlar.
Günün sonunda qış məktəbinin bağlanışına həsr edilən Qala gecəsi keçiriləcək.
Xatırladaq ki, “Heydər Əliyev İli”nə həsr olunan XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi fevralın 26-dək davam edəcək.
XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbində Azərbaycan, Türkiyə, Braziliya, Rumıniya, Almaniya, Fələstin, Rusiya, ABŞ, Gürcüstan, Pakistan, İraq, Bolqarıstan, Mozambik, Mərkəzi Afrika Respublikası, Suriya, Şri-Lanka, Çin və Yaponiya kimi ölkələrin aparıcı universitetlərindən tələbələr iştirak edirlər.
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Dünya
17 İyul 21:25
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41

