Seçkilərin ikinci mərhələsi nə vəd edir?
17.05.2023 [10:56]
Azad və ədalətli seçki ənənələrinə söykənən Türkiyə
Birinci mərhələ Türk xalqının etimadını müəyyənləşdirdi
Günel ABBAS
Türkiyədə keçirilən prezident və parlament seçkiləri bir daha göstərdi ki, Türkiyə azad və ədalətli seçki ənənələri formalaşmış, demokratiya yolunda ciddi uğurlara imza atmış müasir və güclü bir dövlətdir. Səsvermə prosesinin gedişi, müxtəlif siyasi qüvvələrin apardığı təşviqat kampaniyası bunu deməyə əsas verir. Qeyd edək ki, Milli Məclisin bir qrup deputatı qardaş ölkədə prezident və parlament seçkilərini müşahidə edib...
Milli Məclisin deputatı Soltan Məmmədov “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bildirib ki, seçkilərə marağın böyük olması Türkiyə vətəndaşlarının yüksək siyasi fəallığının, eyni zamanda, dövlətə və seçki institutuna inamının göstəricisidir. Qeyd edib ki, səsvermə prosesi yüksək səviyyədə təşkil olunub: “Türkiyə Respublikasında keçirilən prezident və parlament seçkiləri ilə əlaqədar qardaş ölkədə seçkilərə qatılan müxtəlif siyasi partiyaların nümayəndələri ilə görüşdük. Səsvermə prosesini bilavasitə seçki məntəqələrində müşahidə etmək imkanımız oldu. Bizim olduğumuz məntəqələrdə, eyni zamanda, ölkə üzrə seçki prosesində ciddi qanun pozuntusu qeydə alınmadı. Səslərin sayılması prosesini də müşahidə edə bildik. Məncə bu seçkilər, Türkiyəyə qarşı bəzi əsassız ittihamlar irəli sürən, qardaş ölkədə demokratiya ənənələrini şübhə altına almağa çalışan siyasi dairələrə də çox tutarlı bir cavab oldu. Hesab edirəm ki, Türkiyədə keçirilən seçkilərin ən vacib siyasi nəticələrindən biri də elə bundan ibarətdir”.
Deputat vurğulayıb ki, Prezident və parlament seçkilərinin ilkin nəticələri Türkiyədə hansı siyasi qüvvənin daha böyük etimada sahib olması barədə təsəvvür yaradır. S.Məmmədovun fikrincə, parlamentin hazırkı nəticələrə görə formalaşacaq tərkibi, eyni zamanda, prezident seçkilərinə qatılmış namizədlərin topladığı səslər mövcud siyasi kursun xalqın əksəriyyəti tərəfindən dəstəkləndiyini deməyə əsas verir: “Düşünürəm ki, yekun nəticələr rəsmi elan olunduqdan sonra daha dəqiq fikir söyləmək mümkün olacaq. Azərbaycanda da bu seçkilərin maraqla izlənilməsi göstərdi ki, bizim xalqlarımızı yalnız iqtisadi mənafelər, etnik və tarixi amillər deyil, həm də gələcəklə bağlı ümumi gözləntilər birləşdirir. Azərbaycanla Türkiyə həm beynəlxalq münasibətlər, həm də regionla bağlı irimiqyaslı iqtisadi layihələrdə sinxron siyasət həyata keçirir. Çünki bu hər iki ölkənin gələcəyə yönəlik ümumi strateji baxışından irəli gəlir. Yəni, Azərbaycanla Türkiyənin birliyi yalnız tarixi faktorlara, eyni zamanda, müasir geosiyasi reallığa deyil, həm də uzaq perspektivə yönəlmiş ümumi strategiyaya əsaslanır”.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25

