Türkiyədə şəffaf seçki mexanizmi formalaşıb
18.05.2023 [11:00]
İkinci turdan sonra Türkiyənin mövqeyi möhkəmlənəcək
Günel ABBASOVA
Təxminən bir həftə əvvəl bütün Türk dünyası, eləcə də dünyanın gözü Türkiyədə keçirilən prezident və parlament seçkilərində idi. Hər kəs seçkilərin bir, yoxsa iki mərhələdə həll olacağı və nəticələrlə bağlı fikirlər irəli sürürdü. Nəhayət, seçkilər yekunlaşandan sonra məlumat verildi ki, ikinci mərhələdə proses davam edəcək. Hazırda ikinci mərhələnin həlledici nəticələri dünyanın diqqətindədir. Xüsusilə Türkiyəyə dost və qardaş olan ölkələr məsələ ilə yaxından maraqlanır. Bu mənada birinci mərhələdəki seçkilərdə qardaş ölkəyə müşahidəçi qismində nümayəndə heyətinin göndərilməsi də təəccüblü deyildi.
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü və Türkiyədə prezident və parlament seçkilərində müşahidəçi kimi iştirak edən Vüqar Bayramov fikirlərini “Yeni Azərbaycan”la bölüşdü: “Əvvəl Türkiyədə olduğumuz seçki məntəqələrində seçkinin tamamilə şəffaf keçdiyini müşahidə etdik. Çünki praktiki olaraq bu gün Türkiyədə seçkilərin şəffaf keçirilməsi ilə bağlı bir mexanizm formalaşıb. İstənilən şəxsin bülletenlərin sayılması, hətta səsvermə prosesini izləmək imkanları var. Eyni zamanda, seçki zamanı kifayət qədər uzun növbələr müşahidə olunur. Bu da təbii ki, Türkiyə vətəndaşlarının bu seçkiyə verdiyi əhəmiyyətin və seçkilərə gözləntisi ilə əlaqədardır. Bu seçki nəticələri bir daha təsir etdi ki Türkiyə vətəndaşları mövcud siyasətin davam etdirilməsində və dəstəklənməsində maraqlıdırlar. Və bu seçki Türkiyə üçün vacib idi. Çünki bu, Türkiyənin praktik olaraq gələcəyini müəyyənləşdirən seçki kimi xarakterizə olunur”.
V.Bayramov bildirib ki, seçkinin nəticələri bir tərəfdən mövcud siyasətin, eyni zamanda, Türkiyənin regional mövqeyinin daha da möhkəmlənməsinə imkan verəcək: “Xüsusilə nəzərə alsaq ki, 16 kabinet üzrə artıq millət vəkili seçilib. Bu, o deməkdir ki, ikinci tur seçkilərindən sonra indiki prezident yenidən seçiləcəyi halda artıq yeni kabinet formalaşacaq. Bu yeni kabinet də yeni çağırışlara və yeni gözləntilərə uyğun olaraq fəaliyyətini quracaq. Və ona görə də Türkiyə parlamentində hakim partiyanın öz müttəfiqləri ilə üstün mövqeyə malik olması, 600 yerdən 321-ni qazanması da parlamentin fəaliyyətinin stabilliyi baxımından vacib idi. Seçki Türkiyə üçün yeni imkanlar yaratdı. Mayın 28-də keçiriləcək ikinci tur seçkidən sonra biz Türkiyənin həm mövqeyinin möhkəmlənməsi, həm də Türkiyə iqtisadiyyatındakı islahatların dərinləşməsini müşahidə edə biləcəyik”.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

