Şərq-Qərb dəhlizinə “müdaxilə” arzuları
18.05.2023 [14:25]
Rusiya-Ukrayna müharibəsi dünyaya yeni siyasi və hərbi nizam gətirməklə yanaşı, iqtisadi münasibətlərə də kəskin təsir göstərdi. Belə ki, münaqişənin əsas tərəfləri qismində çıxış edən Rusiya və Ukraynanın ətrafında formalaşan müttəfiqlər ordusu faktiki olaraq dünyanın yeni qütblərinin sərhədini müəyyənləşdirdi. Düzdür, bu məsələdə bitərəfliyini qoruya bilən ölkələr də mövcuddur, amma onların sayı azdır. Maraqlı cəhət budur ki, Rusiyanın ətrafındakı müttəfiq ordusu sürətlə azalmağa başlayıb. Kremlin əsas güvənc yeri olan Çinin məsələyə münasibəti həlledici amil rolunda çıxış edir. Dünyanın aparıcı iqtisadiyyatı sayılan Çinin bir ildən artıqdır ki, susqunluq nümayiş etdirməsinin də səbəbləri yavaş-yavaş üzə çıxır. Belə demək mümkündürsə, Çin bu mübarizədə öz maraqlarına uyğun davranış nümayiş etdirir. Hətta qərb blokunun ABŞ-a “müxalif” ölkələri belə Çindən mədət umur. Bu mənada, Çinin Avropanı dirçəltməsi, köhnə qitənin əvvəlki nüfuzunu geri qaytarması üçün ortaya qoyduğu plan bir çox böyük güclərin “ürəyincə deyil”. Bəzi siyasi mütəxəssislərin fikrincə, son dövrlərdə yeni iqtisadi aorta sayılan “Bir kəmər, bir yol” layihəsinin, başqa sözlə, Şərq-Qərb, yəni, Orta Dəhlizin ətrafında yaradılmasına çalışılan bəzi kataklizmlər də bundan qaynaqlanır.
Şərq-Qərb dəhlizi iqtisadi cəhətdən olduğu qədər, siyasi əhəmiyyət də daşıyır. Çünki bəzi ölkələr bu yolu hətta “Türk yolu” belə adlandırır. Xırda korrektələrlə yeni dönəmin “Türk yolu” tarixi “İpək yolu” ilə üst-üstə düşür. Bu yol tarixən türk ölkələrinin qarşılıqlı əlaqələrində mühüm əhəmiyyət daşıyıb. İndki məqamda isə dünya üçün mühüm alternativə çevrilmiş bu kommunikasiya hər kəsi cəlb edir. Məsələn, Rusiyaya qarşı sanksiyalar fonunda çıxılmaz vəziyyətə düşən Mərkəzi Asiya ölkələri ixrac və tranzit yüklərin daşınması üçün alternativ marşrutlar hazırladığını bəyan edirlər. Logistik tədarük zəncirlərinin daha da möhkəmləndirilməsi üçün operativ və qətiyyətli tədbirlər görülür. Mərkəzi Asiya özünün ticarət mübadiləsini bu vahid yolda görür - Azərbaycan vasitəsilə Avropaya uzanan yola istiqamətləndirir.
Beləliklə, Asiya ilə Avropanı birləşdirəcək multimodal nəqliyyat dəhlizi layihəsi artıq gerçəyə çevrilir. Çin - Qırğızıstan - Özbəkistan - Türkmənistan - Azərbaycan - Gürcüstan - Türkiyə - Avropa tranziti üzrə reallaşacaq dəhlizin işə salınmasını sürətləndirmək üçün son tamamlama işləri aparılır - Zəngəzur dəhilizinin açılması an məsələsidir. Göründüyü kimi, artıq Azərbaycanın və Orta Asiyanın ticarət maraqları eyni istiqamətdə və eyni marşrutla tənzimlənir. Bu isə səsləndirilən xəyali Türk yolunu reallığa çevirəcək mühüm amildir. Təbii ki, bu alternativ yolun seçilməsində Azərbaycanın Vətən müharibəsindəki qələbəsi və regionda yaratdığı yeni siyasi reallıqlar mühüm əhəmiyyət daşımaqdadır. Atılan addımlar, yaranan birliklər isə ticarət əməkdaşlıqlarının gələcək perspektivdə siyasi tərəfdaşlığa çevrilməsinə belə yol aça bilər.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25

