Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Tələbələrə ŞAD XƏBƏR!

Tələbələrə ŞAD XƏBƏR!

27.05.2023 [10:45]

Dövlət imtahanı verməyəcəklər...

Yeganə BAYRAMOVA

Ali təhsil müəssisələrində dövlət imtahanlarının ləğvi ilə bağlı məsələ müxtəlif zamanlarda gündəmə gətirilib. Bununla bağlı tələbələr də müəyyən çağırışlar ediblər. Hətta düz bir il öncə sosial şəbəkələrdə 30 mindən çox tələbə bu çağırışa qoşulmuşdu. Onlar bir fəndən imtahan verib daha sonra yenə eyni fəndən imtahan verməyi təkrarçılıq kimi qiymətləndirirdilər.

2023-2024-cü tədris ilində ali təhsil müəssisəsini bitirənlər dövlət imtahanı verməyəcəklər. Bu barədə Elm və Təhsil naziri Emin Əmrullayev açıqlama verib. Nazirin sözlərinə görə, hazırda bu il ali təhsil müəssisələrinin I və II kursunda təhsil alanlar ali məktəbi bitirdikdə dövlət imtahanından azad olacaqlar: “Bu il dövlət imtahanı verənlər isə köhnə standartla təhsil alanlardır. Yəni 2020-ci ildə və sonra qəbul olunanlar dövlət imtahanı verməyəcəklər”.

Buraxılış işi və attestasiya imtahanının ləğvi tələblər üçün rahatlıqdır. Onlar bununla fənlərə və akademik ortalama göstəriclərinə daha çox fokuslana biləcəklər.

Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən təhsil üzrə ekspert Elçin Əfəndi də sözügedən qərarın mütərəqqi olduğunu düşünür. Onun sözlərinə görə, ölkəmizdə təhsil sistemi baloniyaya keçdikdən sonra dövlət imtahanının saxlanılması absurd qərar idi: “Çünki onsuz da tələbələr 4 kurs və 8 semestr ərzində məhz həmin imtahanları verirdilər. Bu baxımdan yekun olaraq dövlət imtahanı keçirməyin mənası yox idi. Ona görə də Nazirlər Kabineti tərəfindən qərar qəbul olundu və 2023-2024-cü tədris ilində tələbələr dövlət imtahanı verməyəcəklər. Əlbəttə bu, təhsil prosesinə müsbət təsir edəcək. Çünki tələblər hər semestr imtahan verdikləri üçün onların ümumi qiymətləndirilməsi əldə etdikləri ortalama nəticə əsasında mümkündür. Ona görə də tələbələr yenidən eyni həyəcan və stressi yaşamayacaqlar. Bu baxımdan qərarın müsbət təsirləri olacağını düşünürəm. Tələbələr semestr boyunca yaxşı oxumağa cəhd göstərəcəklər ki, ortalama göstəriciləri yaxşı olsun və nəticədə diplom ala bilsinlər. Bakalavr tədrisi akamdemik tədris deyil. Bakalavr tələbəsinin ciddi bir tədqiqat aparması bəzən mümkün olmur. Çünki bunun üçün müəyyən tədqiqat bacarqlarına sahib olmalıdır. Buraxılış işi və attestasiya imtahanının ləğvi tələblər üçün müəyyən mənada rahatlıqdır”.

Paylaş:
Baxılıb: 657 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

YAP xəbərləri

Analitik

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31