Ermənistan “respondenti” nə istəyir?
14.06.2023 [11:02]
Mənzil-qərargahı ABŞ-da yerləşən “Gallup İnternational Association” şirkəti Ermənistanda növbəti dəfə ictimai rəy sorğusu keçirib. Nəticələrə əsasən məlum olub ki, respondentlərin 20%-dən də az hissəsi Ermənistanın baş naziri Nikol Paşinyanın fəaliyyətini bəyənir. Rəyi soruşulanların yalnız 18,8%-i Nikol Paşinyanın baş nazir kimi fəaliyyətini bəyənir (5,4% - tamamilə müsbət, 13,4% - kifayət qədər müsbət), 24,2% - kifayət qədər mənfi, 47,1% - tamamilə mənfi qiymət verib 10% qiymət verməkdə çətinlik çəkib.
Bununla yanaşı, vətəndaşların 59,9%-i hazırkı daxili və xarici siyasi təhdidləri nəzərə alaraq ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsinin zəruri olduğunu düşünür: 41%-i birmənalı olaraq zəruri hesab edir, 18,9%-i daha lazımsız, 19,5%-i lazımsız və 8,5% cavab verməkdə çətinlik çəkib. Xatırladaq ki, telefonla keçirilən sorğu mayın 27-dən 31-dək Ermənistanda 1100 respondent arasında keçirilib.
Keçirilən sorğunun nəticələri və ümumiyyətlə, sorğu prosesi özü birmənalı qarşılanmır. İlk olaraq qeyd edək ki, bu sorğunun həqiqiliyi ilə bağlı məsələ belə dövrü mətbuatda sual altındadır. Başqa sözlə, bu sorğunun “Gallup İnternational Association” şirkətinin Ermənistandakı nümayəndəliyinin keçirdiyi ortaya çıxıb. Hətta erməni mənbələrində şirkətin Ermənistan nümayəndəliyinin Robert Köçəryana “yaxın” olması bildirilir. Belə ki, 2021-ci ildə Ermənistanda baş tutan növbədənkənar parlament seçkiləri zamanı da şirkətin Ermənistan nümayəndəliyi “səhv nəticələri” ilə yadda qalmışdı. Həmin vaxt şirkətin Ermənistan nümayəndəliyi Paşinyanın rəhbərlik etdiyi “Mülki Müdafiə” partiyasının ikinci yeri tutması ilə bağlı “fikir bildirmişdi”.
İndiki halda isə nümayəndəliyin sorğusuna görə Ermənistan əhalisinin 60 faizi növbədənkənar seçkilər “arzusundadır”. Bu “rəyi” Ermənistanın sülh masasında “əlinin zəif” olması ilə əlaqələndirməyə çalışanlar isə bir faktı unudur - 2020-ci il Vətən müharibəsində məğlub olaraq kapitulyasiya imzalanmasından 6 ay sonra hazırki hakimiyyət “etimad seçkisi” keçirmişdi. Azərbaycanın qəti qələbəsindən az müddət keçməsinə və psixoloji durumun kəskinliyinə baxmayaraq Ermənistan seçicisi Paşinyana səs vermişdi. Bu isə onu göstərirdi ki, seçicilər revanşist qüvvələrə birmənalı şəkildə etimad göstərmir. İndiki halda isə tablo daha da aydınlaşıb:
- Azərbaycanın regionda yaratmağa çalışdığı iqtisadi mənzərənin ştrixləri ortadadır;
- Azərbaycanla münasibətlərin normallaşması Ermənistan üçün iqtisadi və siyasi müstəqillik perspektivi formalaşdırır;
- Bu həm də Ermənistanın beynəlxalq aləm tərəfindən müstəqil subyekt kimi qəbul olunmasını, Paşinyanın təbirincə “kupçalı dövlət” statusu qazandırır.
Beləliklə, keçirilmiş sorğunun nəticələri hətta Ermənistan xalqının erkən seçkilərə getmək istəyini ifadə edirsə belə, bu, heç də revanşist qüvvələrə “stavka” ediləcəyi anlamına gəlmir. Çünki ən çətin anlarda belə “köhnə komandaya” etimad göstərməyən erməni xalqının indiki məqamda - sülhün qapının astanasında olduğu bir zamanda başqa bir seçim edəcəyi inandırıcı görünmür.
Pərviz
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

