İsveç NATO-ya üzv ola bilmədi
08.07.2023 [11:40]
Vilnüs sammitində bu ölkənin alyansa üzvlüyü baş tutmayacaq
NATO-nun Vilnüs sammiti ərəfəsində İsveçin NATO-ya üzvlüyü ciddi müzakirə mövzusudur. Sammitdən əvvəl Brüsseldə Türkiyə, İsveç və Finlandiyanın xarici işlər nazirləri və kəşfiyyat rəhbərlərinin iştirakı ilə yüksək səviyyəli görüş keçirilib. İclasda Türkiyəni xarici işlər naziri Hakan Fidan, MİT-in rəhbəri İbrahim Kalın və prezidentin baş müşaviri Akif Çağatay Kılıç təmsil edib.
Qeyd edək ki, Stokholmun terrorla mübarizə qanununa etdiyi dəyişiklik iyunun 1-dən qüvvəyə minsə də, İsveç Ankaranın tələb etdiyi terror təşkilatı PKK və FETÖ üzvlərini hələ də ekstradisiya etməməkdə israrlıdır. Ankara açıq şəkildə bildirir ki, bu addımlar atılmasa, İsveçin üzvlüyünə qırmızı işıq yandıracaq. İsveçin müttəfiqliyə üzvlüyünə etiraz edən Macarıstan bu prosesdə Türkiyəni dəstəklədiyini bildirib.
Türkiyənin xarici işlər naziri Hakan Fidanın NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşündə İsveçdə baş verən hadisələrlə bağlı müzakirə aparılıb. Hakan Fidan İsveç qanunvericiliyində müəyyən dəyişikliklərin edildiyini qeyd edib və İsveçin terrorla mübarizəyə müsbət töhfə verməli olduğunu diqqətə çatdırıb. “İsveçin
NATO-ya üzvlüyündə istənilən gecikmə PKK və Rusiya prezidenti Vladimir Putin tərəfindən alqışlanacaq”. Bu fikri isə alyansın Baş katibi Yens Stoltenberq keçirdiyi mətbuat konfransında diqqətə çatdırıb. O, İsveçin alyansa qoşulmaq üçün Türkiyə qarşısında götürdüyü öhdəliklərini yerinə yetirdiyini bildirib. Baş katib həmçinin, NATO-nun Vilnüs sammitində İsveçin alyansa qoşulmayacağını da nəzərə çatdırıb. Onun sözlərinə görə, Türkiyə tərəfindən həmin vaxta qədər İsveçin üzvlüyünün ratifikasiyası mümkün deyil: “İsveç NATO-nun Vilnüs sammitində alyansa qoşulmayacaq, Türkiyənin o vaxta qədər müraciəti ratifikasiya etməsi mümkün deyil”.
Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün müraciət etmişdilər və Finlandiyanın üzvlük prosesi aprel ayında tamamlandı. İsveç hələ də Türkiyə və Macarıstandan razılıq ala bilməyib. Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, Rusiya və Ukrayna müharibəsi fonunda İsveçin və Finlandiyanın NATO alyansına üzvlük məsələsi aktuallaşıb və nəticədə Finlandiya artıq Şimali Atlantika alyansının üzvüdür: “Lakin İsveçin NATO-nun üzvü olması ilə bağlı istəyinə Türkiyənin öz tələbləri var. Türkiyə PKK qruplaşmalarının himayə olunması, onların saxlanılmasına qarşı izahat tələb edir. Terrorçu qrupların təhvil verilməsi isə əsas istəklər sırasındadır. Xüsusilə qeyd etmək lazımdır ki, İsveçdə radikal qrupların müqəddəs Qurani-Kərimi yandırması bütün müsəlman dünyası kimi, Türkiyəni də bu məsələdə düşünməyə vadar edir. Normal olaraq bütün müsəlman ölkələri bu hadisəni qınayıb. Artıq İslam dəyərlərinə açıq-aşkar şəkildə hörmətsizlik edən, onu təhqir edən, eyni zamanda özünə bəraət qazandırmağa çalışan İsveç dövlətinin bu addımları qəbulolunmazdır”.
Politoloq Türkiyənin bu xüsusdakı qınayıcı yanaşmasının da özünü ciddi şəkildə göstərdiyini vurğulayıb: “İsveç və Türkiyə nümayəndələrinin Brüsseldə görüşü bu məsələləri, yenidən nəzərdən keçirmək və ortaq məxrəcə gəlmək məqsədi daşıyır. NATO çalışır ki, qısa zaman kəsiyində bütün problemləri aradan qaldırsın və vahid bir yanaşma sərgilənməsinə nail olsun. Göründüyü kimi, qısa müddətdə problemin həll olunması mümkün görünmür”.
GÜLAY
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

