Geniş imkanlar
18.07.2023 [10:42]
Mübariz ABDULLAYEV
Artan geosiyasi gərginliklər fonunda dünyada Azərbaycanın cəlbediciliyini artıran digər mühüm amil isə ölkəmizin coğrafi mövqeyi və təqdim etdiyi nəqliyyat imkanları ilə bağlıdır. İyulun 11-də Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışında dövlətimizin başçısı nəqliyyat sektorunun ölkəmiz üçün prioritet sahələrdən biri olduğunu vurğulayaraq deyib: “Bizim digər sahələrdəki vəzifələrlə bağlı deyə bilərəm ki, xüsusilə son vaxtlar nəqliyyat sektorunun əhəmiyyəti daha da artır. Çünki bəzi məhdudlaşdırıcı tədbirlər yeni nəqliyyat marşrutlarının açılmasına gətirib çıxarır və Azərbaycanın əlverişli coğrafi vəziyyəti, əlbəttə ki, bizim üçün əlavə imkanlar yaradır. Bildiyiniz kimi, biz nəqliyyat sektorunun inkişafı ilə bağlı uzun illər ardıcıl siyasət aparırıq və öz ərazimizdə infrastrukturu demək olar ki, əvvəlki dövrün tələbatına uyğun olaraq tam modernləşdirmişik. Amma bu gün tələbat daha da artır. Çünki yüklər artır, nəqliyyat marşrutları, qeyd etdiyim kimi məhdudlaşır. Həm Şimaldan Cənuba və əks istiqamətdə, həm də Şərqdən Qərbə və əks istiqamətdə yükdaşımaların artması göz önündədir. Burada da Azərbaycan çox etibarlı tərəfdaş kimi çıxış edir və öz qonşuları ilə sıx təmasdadır, qonşuların nəqliyyat problemlərinin həlli üçün öz köməyini də əsirgəmir. Eyni zamanda, bu sahə bizim üçün prioritet sahələrdən biridir”.
Hazırda məlum səbəblərə görə Ukrayna sahillərindəki limanlarda təhlükəli vəziyyət hökm sürür və əslində, onların fəaliyyəti dayanıb. Rusiyadan keçən marşrutlara da təhlükəsizlik nöqteyi-nəzərindən və bir sıra başqa səbəblərdən diqqət azalıb. Belə heç də adi olmayan bir şəraitdə ayrı-ayrı ölkələr və daşıma şirkətləri Azərbaycanın imkanlarından yararlanmağa üstünlük verirlər. Azərbaycan isə öz növbəsində son 20 il ərzində böyük həcmlərdə investisiyalar yönəltməklə yaratdığı müasir infrastruktur sayəsində Avrasiya coğrafiyasında nəqliyyat sektoru ilə bağlı yeni çağırışları qarşılamaq üçün geniş imkanlara malikdir. Respublikamızın ərazisindən bir-birinə inteqrasiya edilmiş Şərq-Qərb və Şimal-Cənub kimi iki mühüm dəhliz keçir. Eyni zamanda respublikamız son vaxtlarda aktuallığı artan Transxəzər (Orta Dəhliz) marşrutunun də çox mühüm həlqələrindən birini təşkil edir. Respublikamız, həmçinin perspektivdə Zəngəzur dəhlizinin yaradılmasını hədəfləyib. Son illərdə həm bütün respublika üzrə, həm də funksional dəhlizlər boyunca avtomobil yollarının yenidən qurulması istiqamətində çoxsaylı layihələr reallaşdırılıb. Prezident İlham Əliyev müxtəlif auditoriyalardakı çıxışlarında yol təsərrüfatına yönəldilən investisiyaları ölkənin gələcəyinə qoyulan sərmayələr kimi səciyyələndirib. Beləliklə, ölkə ərazisindən keçən dəhlizlər üzrə yollar ən müasir standartlar səviyyəsinə çatdırılıb. Hazırda respublikamızdan Rusiya, Gürcüstan, İran sərhədinə, necə deyərlər, şüşə kimi hamar yollar uzanır. Bu yollar üzərində yüksək səviyyəli logistika xidmətləri təşkil olunub.
Avtomobil yolları ilə yanaşı, müxtəlif istiqamətlərə uzanan dəmir yolu xətlərində də əsaslı yenidənqurma işləri görülüb, maddi-texniki baza möhkəmləndirilib, işarəvermə xidməti yenilənib. Paralel şəkildə, su nəqliyyatının potensialının artırılması qayğısına qalınıb. Bu gün respublikamız Xəzərdə ən böyük daşıma donanmasına sahibdir. Eyni zamanda respublikamızda bütün növ sərnişin və ağır yük təyyarələrini qəbul etmək imkanlarına malik beynəlxalq səviyyəli hava limanlarının sayı getdikcə artır. Artıq regionlarda da belə hava limanları fəaliyyət göstərirlər. O cümlədən Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərdə qısa müddətdə Füzulidə və Zəngilanda olmaqla iki beynəlxalq səviyyəli hava limanı inşa edilərək istifadəyə verilib, üçüncü hava limanı isə Laçında yaradılır.
Azərbaycanın nəqliyyat imkanlarının genişlənməsindən bəhs edərkən ölkəmizin böyük həcmlərdə investisiyalar yönəltdiyi iki mühüm layihənin önəmini xüsusi qeyd edə bilərik. Bunlardan biri 2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttidir. BTQ-ın uzunluğu təxminən 850 kilometrdir ki, onun da 504 kilometri Azərbaycan ərazisindən keçir. Avropa ilə Asiya arasında ən qısa bağlantı olan Bakı-Tbilisi-Qars dəmir yolunun siyasi və iqtisadi önəmi kifayət qədər böyükdür. Çox haqlı olaraq yeni dəmir yolu bağlantısını iqtisadi və siyasi əhəmiyyətinə görə Afrika ilə Asiyanı birləşdirən Süveyş kanalı kimi titanik layihələrlə müqayisə edirlər. Yeni dəmir yolu xəttinin, həmçinin Bosfor boğazında dəmir yolu tunelinin inşası Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin edir. Azərbaycanın təşəbbüsü və moderatorluğu ilə ərsəyə gələn yeni nəqliyyat marşrutu region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, Avropa Qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına yeni imkanlar yaradıb. BTC-nin fəaliyyəti yol boyunca yerləşən ölkələr arasında əməkdaşlığın möhkəmlənməsinə müsbət təsir göstərir. İndiki mərhələdə Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm seqmenti olan Bakı-Tbilisi-Qars dəmir yolu ilə ildə təqribən 6-8 milyon ton yük daşınır. Layihəyə əsasən, polad magistralla növbəti illərdə 3 milyon sərnişin, 17 milyon ton və daha çox yük daşınması nəzərdə tutulur.
Güclü dövlət olan Azərbaycan həmçinin liderlik keyfiyyətləri nümayiş etdirərək Xəzərdə ən böyük ticarət limanının inşasına nail olub. Bu liman hazırda dünyada mövcud olan ən yüksək standartlar səviyyəsində inşa olunub. Yeni liman 117 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir. Körpülərin ümumi uzunluğu 2100 metrə yaxındır. Limanda Ro-Ro tipli gəmilər üçün iki körpü, yeddi körpüdən ibarət universal quru yük və konteyner terminalı, iki bərə körpüsü, həmçinin xidməti donanma gəmiləri üçün bir körpü inşa edilib. İkinci Ro-Ro körpüsü və bərə körpüləri hidravlik sistemli asqılı pandusla təchiz olunub ki, bu da suyun səviyyəsinin müəyyən hədlərdə enib-qalxmasından asılı olmayaraq gəmilərin körpüyə təhlükəsiz yan almasını təmin edir. Limanda xidməti donanma gəmiləri üçün körpünün uzunluğu 155 metrdir və buraya eyni zamanda 11 gəmi yan ala bilər.
Ələtdə yaradılan ticarət limanı hazırda Orta Dəhlizin çox mühüm seqmentlərindən birini təşkil edir. Buradan aşırılan yükləri, eyni zamanda, Şərq-Qərb və Şimal-Cənub marşrutlarına da istiqamətləndirmək mümkündür. Öz növbəsində ölkəmizin nəqliyyat infrastrukturunun genişləndirilməsi planları Bakı Beynəlxalq Dəniz Ticarət Limanını da əhatə edir. Bununla bağlı zəruri tədbirlərin görülməsinə start verilib. Genişləndirmə layihəsinə əsasən, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatdırılacaq. Bununla bağlı artıq bütün göstərişlər verilib və layihənin həyata keçirilməsinə vəsait ayrılıb.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

