Qərbi Azərbaycan İcmasında Nüvədi kənd sakinlərinin görüşü keçirilib
07.08.2023 [12:00]
Qərbi Azərbaycan İcmasında (QAİ) “Heydər Əliyev İli” çərçivəsində Qərbi Zəngəzur mahalının Nüvədi kəndinin sakinlərinin görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, Ümummilli Liderin 100 illiyinə həsr olunmuş tədbiri giriş sözü ilə açan İcmanın aparat rəhbəri Qalib Qasımov nüvədililəri salamlayıb.
QAİ-nin Müşahidə Şurasının üzvü, Mehri rayon icmasının sədri, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın akademiki Fikrət Əliyev çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin nüvədililərə olan daimi diqqət və qayğısından danışıb. Bildirib ki, nüvədililərin 1987-1991-ci illərdə göstərdikləri müqaviməti Ulu Öndər Heydər Əliyev yüksək qiymətləndirərək deyib: “Nüvədi kəndinin camaatı çox dəyanətli insanlardır. Onlar hətta Ermənistanın ərazisindən azərbaycanlıların əksəriyyəti çıxarıldığı halda, 1991-ci ildə Nüvədidən çıxmırdılar. Onları sonra zorla oradan çıxardılar, gətirdilər Zəngilanın Vejnəli kəndinin yanına, onlar orda çadırlarda yaşayırdılar. Onlar çıxmırdılar, mübarizə aparırdılar. Onları oradan çıxarda da bilmirdilər”.
BDU-nun kafedra müdiri İsmayıl Əliyev, YAP təftiş komissiyasının üzvü Musa Musayev Ümummilli Lider barədə xatirələrini bölüşüb, onun Zəngəzur haqda səsləndirdiyi fikirlərdən, bir gün Qərbi azərbaycanlıların mütləq öz ata–baba yurdlarına qayıdacaqlarına olan inamından bəhs ediblər.
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Alqış Musayev Qayıdış Konsepsiyasından danışaraq Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışı zamanı İcmanın bir qrup ziyalısı ilə görüşündə dövlətimizin başçısının Qərbi Azərbaycanın tarixi torpaqlarımız olması, soydaşlarımızın geri qayıdış hüququ barədə səsləndirdiyi fikirlərə toxunub.
BDU-nun kafedra müdiri, tarixçi, professor Qoşqar Əliyev Nüvədinin deportasiya tarixinə dair məruzə ilə çıxış edib. O bildirib ki, qədim yaşayış məskənlərimizdən biri olan Nüvədi kəndi 1929-cu ilə qədər inzibati ərazi bölgüsü cəhətdən Azərbaycanın Cəbrayıl qəzasına tabe olub. İşğala qədər ərazisi 270 kvadratkilometri olan Nüvədi kəndi müasir şəhər tipli inzibati ərazi idi. Qoşqar Əliyev bildirib ki, Nüvədi ərazisində yerləşən tarixi Sultan-Səlmə istehkamı, həmçinin Baba Hacı ziyarətgahı və digər tarixi, dini, mədəniyyət abidələri regionda bu gün də insanlar tərəfindən xatırlanır. Lakin həmin qəbiristanlıqlar, ziyarətgahlar erməni vandalizminin qurbanı olub və məhv edilib. O əlavə edib ki, Nüvədi kəndi 1991-ci il avqustun 7-də azərbaycanlıların Qərbi Azərbaycanda sonuncu tərk etdikləri yaşayış məskənidir. Kənddən azərbaycanlıların zorla çıxarılması ilə Ermənistan soydaşlarımızın deportasiyasını tamamlayıb və monoetnik dövlətə çevrilib.
Nüvədi kənd sakinləri - ağsaqqal, təqaüdçü Balakişi Həsənov, təqaüdçü Fərman Qasımov, Azərbaycan nəşriyyatında tədqiqatçı-jurnalist Ruslan Babayev, təqaüdçü Abbas Hətəmxanov, eyni zamanda, Sumqayıt qaz istismar sahəsində texniki şöbənin rəisi, şəhid atası Məhərrəm İbadov, bəstəkar Sevinc Tofiqqızı, Mərkəzi Elmi Kitabxananın elmi katibi Şəbnəm Rüstəmova, Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru Asiman Həsənov çıxışlarında Ümummilli Liderin nüvədililərə qayğısından, eləcə də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qarabağ Zəfəri və onun Qərbi azərbaycanlılara dəstəyindən ətraflı bəhs etdilər.
Sonda qeyd edilib ki, nüvədililərin hər biri bu gün Nüvədiyə, doğma evlərinə qayıtmaq arzusu ilə yaşayır. Onlar inanırlar ki, bu, onlara mütləq qismət olacaq.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

