Əlverişli biznes mühiti formalaşıb
15.08.2023 [12:26]
Günel ABBAS
"Azərbaycanda liberal iqtisadiyyatın formalaşması, azad sahibkarlığın daha yaxından dəstəklənməsi prioritet məsələdir. Biz pandemiya dövründə də azad sahibkarlığın yaxından dəstəklənməsini müşahidə etdik. Təbii ki, bu istiqamətdə də işlərin davam etdiriləcəyi planlaşdırılır. Nəzərə alsaq ki, yeni strategiyada da sahibkarların yaxından dəstəklənməsi əsas prioritetlər siyahısındadır. Bunlara həm güzəştli kreditlər, həm də digər təşviqedici, o cümlədən vergi güzəştlərinin tətbiq edilməsi formasında həyata keçirilməkdədir”.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov “Yeni Azərbaycan”a açıqlamasında bildirib.
Onun sözlərinə görə, bütövlükdə azad sahibkarın fəxri xidmətlərinin əlçatanlığının artırılması prioritetdir: “Hesab edirəm ki, biz bu istiqamətdə fəaliyyəti növbəti dövrlərdə, xüsusən də yeni strategiya çərçivəsində daha sistemli və intensiv şəkildə davam etdiriləcəyini müşahidə edəcəyik”.
Deputat vurğulayıb ki, Azərbaycanda son neçə illərdə sahibkarlığın inkişafı üçün kifayət qədər işlər görülüb, mühüm qərarlar verilib: “Sahibkarlıq və investisiya mühitinin inkişafı haqqında da bir sıra qanunlar qəbul olunub. Ölkəmizdə sahibkarlığın inkişafı üçün kifayət qədər yaxşı şərait yaradılıb. Ancaq bir sıra problemlər olduğu da sirr deyil. Biz deputatlar dəfələrlə bu problemləri səsləndirmişik. Bilirsiniz ki, sahibkarlıq sahəsində ən mühüm problemlərdən biri kredit faizlərinin yüksək olmasıdır. Mərkəzi Bankın yeni sədri çıxış edəndə biz bir daha faizlərin aşağı olmasının vacibliyini vurğuladıq. Hesab edirik ki, faizlər ən azı bir rəqəmli olmalıdır. Heç olmasa ən azı 10-12 faizdən çox olmasın. Təbii ki, ondan yuxarı olan faizlər qeyri-məntiqli faizlərdir. Və bu faizlərlə sahibkarlıq işini nəinki inkişaf etdirmək, onu davam etdirmək belə çox çətindir. Ona görə ki, bütün dünyada bir meyar var. Meyar da onu deyir ki, sahibkar əgər ilə 10-12 faiz xalis gəlir əldə edirsə, o uğurlu bir sahibkar hesab olunur. Yəni, istisna hallar ola bilər. Burada söhbət qanuni bizneslərdən gedir. Bu da çox vacib və labüddür. Hesab edirəm ki, bu istiqamətdə mühüm işlər görülməlidir”.
V.Bayramov qeyd edib ki, bu gün ölkəmizdə sahibkarlıq həm inkişaf etməkdədir, həm də şaxələnməkdədir: “Təbii ki, dövlətimiz sahibkarlığın inkişafı istiqamətində bir çox addımlar atır. Amma, əfsuslar olsun ki, bizim sahibkarlar bir o qədər də maraqlanmır. Çünki çoxu atılan addımları bilmir və fikir vermir. Qeyd edim ki, daha çox kənd təsərrüfatının inkişafı istiqamətində dövlətimiz çox böyük işlər görüb. Bizim sahibkarlar da gərək bununla bağlı biraz diqqətli olsunlar, yaxşı mənada aqressiv olmalıdırlar və biznesə inamlıdırlar. Düzdür, biznes həmişə uğurlu ola bilməz, yəni bazar iqtisadiyyatının kredosu budur. Amalı budur ki, ancaq biznesini düzgün quran insanlar bu sahədə qalib gələ bilər. Bundan başqa, daimi 24 saat və 7 gün mübarizə aparmalıdır ki, biznesini inkişaf etdirsin. Bu bütün ölkələrdə belədir. Təbii ki, bu sahə geniş olduğu üçün problemlər və onların həlli istiqamətində, dövlət tərəfindən görülən işlər barədə günlərlə danışmaq olar. Bir açıqlama ilə onun həllini göstərmək çətindir. Sadəcə onu qeyd etmək istəyirəm ki, 2023-cü ildəki sahibkarlığı 2017-ci illə müqayisə etsək, 90-95 əminliklə böyük müsbət dəyişiliklərin olduğunu deyə bilərik. Bu dəyişilikləri və inkişafı sahibkarlar özləri də etiraf edirlər”.
Xəbər lenti
Hamısına baxDünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55

