Hulusi Kılıc: Azərbaycan bölgənin ulduzudur
24.08.2023 [16:58]
Ermənistan ona uzanan barışıq əlini tutmalıdır
Aysu ABBASOVA
“Qardaş Özbəkistanın prezidenti Şavkat Mirziyoyev can Azərbaycana səfəri zamanı işlətdiyi “Sevgi gözdədir. Bir-birimizi görə bildikcə sevgi artır” ifadəsi heç bir zaman unudulmayacaq. Xüsusi qeyd etmək lazımdır ki, Şavkat Mirziyoyev prezident seçkilərindən sonra ilk rəsmi səfərini Azərbaycanda həyata keçirdi. Məlumdur ki, Türkiyə və Azərbaycanda seçkilərdən sonra ilk səfərlər bu iki ölkə arasında gerçəkləşir. Bu mənada Şavkat Mirziyoyevin də səfəri böyük önəm daşıyır və tarixi bir səfərdir”.
Bu fikirləri “Yeni Azərbaycan”a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.
H.Kılıç qeyd edib ki, Rəcəb Tayyib Ərdoğandan sonra Şuşa və Füzuliyə səfər edən ikinci dövlət başçısı Şavkat Mirziyoyev oldu: “Bu səfər “Qarabağ Azərbaycandır” mesajını da özündə ehtiva edirdi. Bu mesaj Ermənistana, bölgəyə və dünyaya ünvanlanıb. Bu səfər zamanı Özbəkistan tərəfindən Füzulidə tikilən məktəbin də açılış mərasimi baş tutub. Məktəbi Şavkat Mirziyoyev iki xalqın gələcəkdəki dostluq abidəsi adlandırıb. Bu baxımdan məktəb əsrlər boyu iki qardaş xalqın dostluğunun rəmzi olacaq.
Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı Özbəkistan Azərbaycana siyasi dəstəyini göstərib, yanında olduğunu bəyan edib. Bu da iki ölkə arasında böyük sevgi və güvənin yaranmasına səbəb olub. Bu səfər Türk dünyası üçün də əhəmiyyətlidir. Bu tarixi səfərin digər qardaş türk dövlətləri üçün də örnək olacağına, TDT-ni daha da gücləndirəcəyinə əminəm. Səfər çərçivəsində Ali Baş Komandan və Birinci vitse-prezident hörmətli Mehriban xanım qonaqlara çox diqqət göstərdi, ən mükəmməl şəkildə qarşıladı. Prezident Şavkat Mirziyoyev Azərbaycanın inkişafını görməkdən duyduğu sevinci ifadə etdi”.
Keçmiş səfir bildirib ki, bu ziyarətlər çox önəm daşımaqdadır: “İlham Əliyevin qardaş ölkələrə verdiyi önəm də ortadadır. Bu mənada keçən il Qazaxıstana, Türkmənistana və Özbəkistana baş tutan səfərləri xüsusi qeyd etmək lazımdır. Hazırda dünyada yeni bir reallıq formalaşır, bu reallıq daha da güclənir. Bu reallıqdan bizə düşmən olanlar dərsini alır. Bu mənada bölgədə sülh, hüzur, əmin-əmanlıq olarsa, bölgə daha da yüksələcəkdir. Bizim arzumuz Azərbaycanla Ermənistan arasında sülh anlaşmasının qısa müddətdə imzalanması və bundan sonra Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasıdır. Azərbaycan bölgənin bir ulduzudur, bu ulduz hər yerdən görünməkdədir. Artıq Ermənistanın ağlını başına yığması lazımdır. Bu şəkildə Birləşmiş Millətlər Təşkilatında biabır olması Ermənistanın ayıbıdır. Bununla yanaşı hazırda diplomatiyası iflas edən bir Ermənistan müşahidə edirik. Həm Türkiyə, həm Azərbaycan Ermənistana dostluq əlini uzatmaqdadır və bu əl Ermənistan tərəfindən qısa zamanda tutulmalıdır. Ermənistan rəhbərliyi bölgədə olan problemin həllinin yenə bölgədə həll tapacağını qəbul etməlidir. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşıdır və bu torpaqlar Azərbaycanındır. Azərbaycan erməni əsilli vətəndaşlara öz vətəndaşı kimi bərabərhüquqlu şərait yaradacaqdır. Dünya da bunu bilməlidir. Azərbaycanın təbii qaz üçün qapısını döyən Qərbin də erməni diasporunun oyuncağı olmaqdan qurtulması lazımdır”.
Xəbər lenti
Hamısına baxİdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29

