“Təbii konservatoriya”...
27.09.2023 [13:32]
Müşfiqə
Xəzər dənizi sahilində yerləşən Qızılağac Milli Parkının qeyri-adi gözəlliyi qarşısında heyrətini gizlədə bilməyən dünya şöhrətli çex alimi, Karlovo Universitetinin professoru Miroslav Şvatora parkı seyr etdikdən sonra deyib: "Biz hardayıq?! Nağıllar aləmində, yoxsa təbiətin qoynunda? Bura, sanki, təbii konservatoriyadır". M.Şvatoranın bildirdiyinə görə, o, bu parkdakı nadir təbiət incilərinin bəzi növlərini dünyanın heç yerində görməyib...
Bu il parkın yaradılmasından 5 il ötür.
Qızılağac Milli Parkı Azərbaycan Prezidentinin 26 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə Qızılağac Dövlət Təbiət Qoruğunun balansında yaradılıb. Milli parkın yaradılmasında əsas məqsəd flora və fauna növlərinin qorunub saxlanılması, bərpası, təbii komplekslərin mühafizəsinin gücləndirilməsi, ekoloji monitorinqin həyata keçirilməsi, elmi-tədqiqatların aparılması, turizm və istirahət üçün şəraitin yaradılması, habelə əhalinin ekoloji cəhətdən maarifləndirilməsinin təşkilidir.
Parkın sahəsi təxminən 100 000 hektara yaxındır. Qızılağac Xəzər dənizinin qərb sahilləri boyunca köç edən quşların istirahət etmək, eləcə də yenidən uzunməsafəli yola çıxmaq üçün doyunca qidalanmaq məqsədilə dayandığı yerlərdən biridir. Milli Parkın unikal landşaftı, dayaz su hövzələri, qamışlıqları və bataqlıqları əsasən oktyabr – may aylarında milyonlarla quşun məskəninə çevrilir. İl boyu burada fərqli quşlara rast gəlmək olar.
Quş müşahidəçiləri burada bataqlıq quşları – qarabatdaqkimilər, qutanlar, ərsindimdiklər, qazlar (nadir ağqaş qaz da daxil olmaqla), vağlar, su quşları, ördəklər kimi çox sayda quş növlərini izləyə bilərlər.
Qızılağac qoruğu 1976-cı ildə “Su-bataqlıq yerləri Konvensiyası”nın suətrafı və suda üzən quşların məskunlaşması üzrə beynəlxalq əhəmiyyətli qoruq sırasına daxil edilib.
Ərazinin ən yaxşı quş müşahidə nöqtələri Milli Parkdan bir qədər aralıda – cənuba, laqun tərəfdən yarımadaya tərəf gedən yolun üstündədir. Ərazidə mövcud flora və fauna ilə yaxından tanış olmaq üçün öncədən müəyyən hazırlıqların görülməsi lazımdır və tur bələdçisinin müşayiəti ilə əlaqəli Turizm İnformasiya Mərkəzinə müraciət etmək olar.
Quşlar sayca qış mövsümündə çox olsa da, yaz və payızda daha çox növdə quşları müşahidə etmək olar. Oktyabrdan maya qədər olan dövr daha uyğundur. Noyabr-mart aylarında çox sayda vəhşi quşları, həmçinin Mərkəzi Asiyadan qışlamaq üçün gələn nadir quş növlərini müşahidə etmək mümkündür. İyul-avqust aylarında havanın isti olması ilə laqunlarda minlərlə quş görmək olar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

