Ləziz təamların müəllifləri...
20.10.2023 [12:59]
Dünya kulinarları bayram edirlər
Günel ABBAS
İnsanların həyatında yaşamaq üçün lazım olan əsas ehtiyaclardan biri də qidadır. Düzgün qidalanma sağlamlığın ən əsas şərtlərindən biridir. Təsadüfi deyil ki, xəstəliklərin böyük əksəriyyəti düzgün qidalanmamaq nəticəsində orqanizmdə maddələr mübadiləsinin pozulması ilə əlaqədar olur. Təəssüf ki, əhalinin xeyli qismi qidalanma qaydalarından xəbərsizdir. Təcrübə göstərir ki, qidalanma zamanı heç bir prinsipi gözləməmək ən çox yol verilən səhvlərdən biridir. Sağlam qidalanmaq barədə xüsusilə təbii gigiyena ilə məşğul olan həkim və mütəxəssislərin mövqeləri maraq doğurur. Sağlam qidalanmanın vacibliyi isə son dövrlərdə xüsusilə qeyd olunur. Hər bir ölkədə qida sistemi fərqlidir, yeməklər fərqli üsullarla hazırlanır.
Təbiidir ki, hər ölkənin mətbəxinin də bir tarixi var. Yediyimiz ləziz təamların heç biri birdən-birə yaranmayıb. Hər bir xalqın tarixi, coğrafi şəraiti, adət-ənənələri, dini inancları, dünyagörüşü və məişəti onun kulinariyasının əsas cəhətlərini formalaşdırır. Hər hansı bir ölkənin mətbəxinə nəzər salsaq, orada bioloji, psixoloji, sosial-mədəni və tarixi təsirlərin izlərini görə bilərik. Məsələn, bəzi şərq ölkələrində yeyilən bir çox yeməklər bizim xalqımız tərəfindən heç də xoş qəbul edilmir. Onların demək olar ki, bütün heyvan ətlərini heç bir fərq qoymadan yemələri bizə qəribə gəlir. Çünki bizim tariximiz, dini inanclarımız və dünyaya baxış bucağımız onlardan fərqlənir. Bu da mədəniyyətimizdə və kulinariyamızda əsaslı fərq yaradır.
Oxşar mədəniyyətlərdə bənzər məqamlara rast gəlinsə də, bütün dünya ölkələrinin kulinariyasının bir-birindən fərqli olduğunu deyə bilərik. Müxtəlif xalqların özünəməxsus kulinariyasını təbliğ etmək, sağlam qidalanmanın əhəmiyyətini qeyd etmək, insanların bu haqda məlumatlılığını artırmaq və bu mədəniyyətləri gələcək nəsillərə ötürə bilmək üçün hər il 20 oktyabr Beynəlxalq Kulinariya Günü kimi qeyd olunur.
Milli kulinariyamızın sirləri
Ümumdünya Kulinariya Təşkilatının təşəbbüsü ilə 2004-cü ildə İrlandiyanın Dublin şəhərində keçirdiyi beynəlxalq konfransda 20 oktyabr Beynəlxalq Kulinariya Günü olaraq elan edilib. Azərbaycanda isə bu gün 2007-ci ildən qeyd olunmağa başlayıb. Hər il ölkəmizdə “Beynəlxalq Kulinariya Günü”nə özəl tədbirlər həyata keçirilir. Bunun əsas məqsədi xüsusilə gəncləri Azərbaycanın milli kulinariyasının sirləri ilə tanış etmək və gələcəkdə onların xalqımızı layiqincə təmsil etmələrinə şərait yaratmaqdır.
1991-ci ildə xalqımızın milli mətbəx mədəniyyətinin öyrənilməsi və təbliği məqsədilə Azərbaycan Milli Kulinariya Mərkəzi yaradıldı. Bu mərkəz 1992-ci ildə Ümumdünya Kulinariya Təşkilatları Birliyinin üzvü oldu. Bununla da Azərbaycan MDB məkanında və Türk dünyasında bu quruma qəbul edilən ilk dövlət olaraq tarixə düşüb.
Milli Kulinariya Mərkəzi yarandığı gündən etibarən bu sahədə ən yaxşı mütəxəssisləri öz ətrafına toplayıb. Məhz bunun nəticəsi olaraq göstərə bilərik ki, 1993-cü ildə Azərbaycan milli komandası ilk dəfə Maltada keçirilən Dünya kulinariya çempionatına qoşulub və qızıl medalla Vətənə dönüb. Milli kulinariya ustalarımız qatıldığı yarışlarda birinciliyi əldən verməməyə qərarlıdırlar. Onlar dünyanın bir çox ölkəsində xalqımıza məxsus zəngin mətbəx mədəniyyətimizi nümayiş etdirərək ləziz təamlarımızı dünyaya tanıdırlar.
Xəbər lenti
Hamısına baxDünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09

