Almaniya Bundestaqı...
25.10.2023 [11:14]
Ermənistandakı revanşistlərin dəyirmanına su tökür
Məlum olduğu kimi, 2023-cü il oktyabrın 24-də Azərbaycan Respublikasının Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Rotun verdiyi bəyanatları qətiyyətlə rədd edən bəyanat verib.
Belə ki, Almaniya Bundestaqının Xarici əlaqələr komitəsinin sədri Maykl Rot İrəvana səfəri zamanı qeyri-obyektiv, mövcud reallıqları təhrif edən bəyanatlar verib.
Ümumiyyətlə bir müddətdir müxtəlif qərəzli və ermənipərəst mövqe nümayiş etdirən ölkələrin parlamentləri tərəfindən Azərbaycana qarşı əsassız qətnamələr qəbul edilir. Heç şübhəsiz bu qətnamələr qərəzli, obyektivlikdən uzaq şəkildə qəbul edilmiş sənədlərdir və birbaşa ölkəmizi hədəf alıb. Eləcə də sözügedən parlamentlər bu qətnamələri qəbul edərək ədalətsiz mövqe nümayiş etdirməklə yanaşı, həm də ermənipərəstlik mövqeyindən çıxış edirlər.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Almaniya Federativ Respublikası Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Ermənistan paytaxtında səfərdə olub və səfər proqramı çərçivəsində regiondakı reallıqlara, kölgə salan, həqiqəti təhrif edən tamamilə yalan dolu bir bəyanatla çıxış edib: “Bəyanatın mətni ilə tanış olduqda bu qənaətə gəlmək olur ki, bu gün Almaniya Bundestaqında Almaniyanın Avropadakı və onun ətrafında və hüdudlarından kənarda olan strateji maraqlarını bir kənara qoyub, erməni maraqlarına xidmət edən parlamentarilər əyləşirlər. Xüsusilə də Xarici Əlaqələr komitəsi və onun sədri anti-Azərbaycan fəaliyyəti ilə daha çox diqqəti cəlb edir. Nəzərə alsaq ki, Almaniyanın əsas söz sahibi olduğu Avropa Parlamentində də məhz belə deputatların çirkin oyunları nəticəsində Avropa Parlamenti bir neçə dəfə anti-Azərbaycan mövqeyindən qərar qəbul edib. Bu heç bir halda əslində Avropa İttifaqının maraqlarına deyil, daha çox çirkli oyunlar nəticəsində parlamentdə yer almış deputatların şəxsi maraqlarına, onların din maraqlarına xidmət göstərən bir məsələdir. Bütün bu reallıqları nəzərə alaraq Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərlərarası əlaqələr komitəsi də müvafiq bəyanatla çıxış edib. Mövqeyimiz də ondan ibarət olub ki, Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsi sədrinin fikirləri tamamilə yalandır və beynəlxalq ictimai fikri çaşdırmaq mahiyyəti güdür. Həqiqətlə ziddiyyət təşkil edir və məhz belə parlamentarilərin bəyanatları nəticə etibarilə regionda sülhə və təhlükəsizlik mühitinin formalaşmasına deyil, əksinə, regionumuzda vəziyyətin daha da gərginləşməsi mənafeyinə xidmət göstərir.
Ermənistandakı revanşistlərin dəyirmanına su tökür. Reallıq isə tam başqadır. Azərbaycan parlamentinin müvafiq komitəsinin bəyanatında əks olunmuş əsas fikirlərdən biri də ondan ibarətdir ki, dünyanın ən böyük beynəlxalq universal təşkilatı olan BMT və onun ixtisaslaşmış qurumları iki dəfə məhz almaniyalı parlamentarinin qaldırdığı məsələlərlə bağlı monitorinq aparıb. İki dəfə onların səfəri reallaşdırılıb və bu səfər nəticəsində hazırladığı hesabatda da qeyd edirlər ki, heç bir halda Qarabağda ermənilərə qarşı təzyiq göstərilməyib. Onlar könüllü şəkildə bu ərazini tərk ediblər. Burada heç bir deportasiyadan söhbət gedə bilməz. Almaniya BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmaq iddiasındadır və bu iddia reallaşacağı təqdirdə bu qədər qərəzli və obyektivlikdən uzaq bir mövqe ortaya qoyacaq. Əgər Almaniya kimi dövlətlərin parlamentarilərinin bu fikirləri BMT kürsüsündən səslənəcəksə, onda bizim dünyamızı gör nə qədər yeni yeni təhlükələr və təhdidlər gözləyə bilər. Cənubi Qafqazda yeni təhlükə ocaqları yarana bilər. Ona görə də azərbaycanlı parlamentarilər də almaniyalı həmkarının bu mövqeyini kəskin tənqid edir, onu rədd edir. Hesab edir ki, bu mövqe heç bir halda regionda sülh və əməkdaşlıq mühitinin formalaşmasına deyil, çox ciddi və qorxulu, təhlükəli tendensiyaların inkişafına rəvac vermiş olur”.
Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vüqar İskəndərovun sözlərinə görə, bu bəyanat növbəti dəfə Ermənistan rəhbərliyinin havadarlarının öz yalan iddiaları ilə beynəlxalq ictimaiyyəti aldatmasının nümunəsidir: “Təəssüflər olsun ki, Almaniya Bundestaqındakı destruktiv qüvvələrin təsiri və təzyiqi Azərbaycana qarşı bu cür qeyri-obyektiv addımların atılmasına və bəyanatların səsləndirilməsinə rəvac verir. Bu fakt öz-özlüyündə həmin bəyanatlarda irəli sürülən iddiaların nə dərəcədə əsassız olduğunu bariz şəkildə nümayiş etdirir.
Verilən bəyanatlar bir sıra məqamlarına görə, xüsusilə narazılıq doğurur. Azərbaycanın Qarabağ bölgəsinin adının təhrif edilməsini ölkəmizin ərazi bütövlüyünə qarşı atılmış addım kimi qəbul edirik. Almaniya Bundestaqına BMT-nin ixtisaslaşmış qurumlarının bölgəyə iki dəfə səfər etdiyini və mülki əhaliyə qarşı heç bir zorakılıq hallarının baş vermədiyini öz hesabatlarında təsdiqlədiyini xatırlatmaq istərdik. Biz, öz növbəmizdə, almaniyalı həmkarımızın Ermənistanın 30 il ərzində Azərbaycana qarşı törətdiyi hərbi cinayətlərlə bağlı, o cümlədən həm Ermənistanda, həm də Azərbaycanda mədəni abidələrin dağıdılması, tarixi irsin silinməsinə görə Ermənistana sanksiyaların tətbiq olunması üçün çağırış etmədiyi halda, Azərbaycanı sanksiyalarla hədələməsini siyasi riyakarlıq kimi qiymətləndirir, ikili standartların bariz nümunəsi kimi qəbul edirik.
Azərbaycan Respublikasının Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi olaraq Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Rotun verdiyi bəyanatları bir daha qətiyyətlə rədd edirik”.
Günel ABBAS
Xəbər lenti
Hamısına baxDünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22

