Yeni viruslar yayılıb…
27.10.2023 [10:07]
Nələrə diqqət etməliyik?
Y.BAYRAMOVA
Son günlər əhali arasında yeni virus yayılıb. Qeyd edək ki, bu virusdan həm uşaqlar, həm də böyüklər əziyyət çəkir. İnsanlar demək olar ki, eyni simptomlardan şikayət edirlər. Belə ki, yüksək hərarət, səsin batması, bədənin müəyyən hissələrində, xüsusilə beldə yaranan ağrılar xəstəliyin əsas əlamətləridir.
Mütəxəssislər bildirir ki, artıq ev şəraitində yeni virus xəstəliklərinin müalicəsini aparmaqla xəstəlikdən qurtulmaq demək olar ki, mümkünsüzdür. Həkimlər eyni zamanda qrip əleyhinə vaksinlərdən istifadə etməyin məqsədəuyğun olduğunu düşünürlər.
Rinovirus, adenovirus, paraqrip…
Terapevt-həkim Şahvələd Məmmədov “Yeni Azərbaycan”a açıqlamasında bildirdi ki, əvvəllər virus mənşəli mövsümi xəstəliklər yalnız qrip virusunun törətdiyi xəstəlik kimi qiymətləndirilirdi. İndi isə virus xəstəlikləri təkcə qrip yox, bir neçə virusların kompleks şəkildə törətdiyi xəstəliklər şəklində müşahidə olunur. Bu viruslara misal olaraq, rinovirus, adenovirus, paraqrip, respirator sintisial virusları qeyd edə bilərik. Eyni zamanda koronavirusun mutasiyaya uğramış müxtəlif varinatları da bu qruplara daxildir.
Antibiotiklərdən uzaq durun…
Ş.Məmmədov son zamanlar geniş yayılan virus infeksiyalarına qalib gəlmək üçün əksər insanların kortəbii şəkildə antibiotiklərdən istifadə etdiyini vurğuladı. Həkim bu addımın yanlış olduğunu da diqqətə çatdırıb: “Ümumiyyətlə, hansısa virus xəstəliklərinə yoluxan zaman antibiotiklərin istifadəsinə tələsmək lazım deyil. Virusların antibiotiklərə qarşı həssaslığı çox zəifdir və yaxud da heç yoxdur. İnsanların özbaşına antibiotic qəbul etməkləri tamamilə yanlış, bir o qədər də təhlükəli haldır. Ümumiyyətlə, ehtiyac oldu-olmadı antibiotic qəbulu məsləhət görülmür. Çünki orqanizm əks-reaksiya verərək, ciddi fəsadlara yola aça bilər”.
Viruslardan necə qorunaq?
Ş.Məmmədovun sözlərinə görə, viruslarla mübarizə aparmaq üçün ən vacib addımlardan biri qida rasionuna ciddi fikir verməkdir: “Eyni zamanda bol maye içmək və təmiz hava qəbulu vacib şərtlərdən biridir. Bundan başqa, hərarətsalıcı preparatların qəbulu məqbul sayılır. Virus əleyhinə vaksinlərdən də istifadə etməklə orqanizmin xəstəliklərə qarşı dözümlülüyünü artırmaq mümkündür”.
Terapevt onu da qeyd etdi ki, infeksion xəstəliyə yoluxanlar mütləq həkimə müraciət etməlidirlər: “Məlumdur ki, artıq yeni viruslardan ev şəraitində qurtulmaq demək olar ki, mümkünsüz hala çevrilib. Ona görə də xəstəliyə yoluxanların həkim nəzarəti ilə müalicə alması daha məsləhətlidir”.
Xəbər lenti
Hamısına baxMEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40

