Göyçəyə yol Aşağı Şorcadan keçir
02.11.2023 [10:40]
“Dünən ilk dəfə olaraq “ASAN Xidmət”də Qərbi Azərbaycandan olan soydaşlarımıza verilən şəxsiyyət vəsiqələrində onların doğulduğu ərazilərin öz tarixi adları ilə qeyd olunması qürurverici hadisə kimi hər birimizdə fərəh doğurdu. Şəxsiyyət vəsiqəsi bizim milli kimliyimiz, imzamız, doğulduğumuz torpağın toponimini əks etdirən milli nişanəmizdir”.
Bu barədə siyasi elmlər doktoru, professor Vaqif Abdullayev özünün facebook səhifəsindəki paylaşımında yazıb.
Paylaşımı təqdim edirik:
“Bu hadisə bizim öz tarixi milli kimliyimizin bərpa olunmasıdır, Qərbi Azərbaycan toponimlərinin bərpasıdır. Ata-baba torpaqlarımıza, coğrafi adlarımıza, milli-mədəni irsimizə sahib çıxmağımızın təntənəsidir.
Bu, bizim öz dədə-baba torpaqlarımıza, Göyçəyə, doğulub boya-başa çatdığım Aşağı Şorca kəndinə geri dönüşümüzün ilk ayaq səsləridir.
Cənab Prezident 20 ildir ki, bizim arzularımızı bir-bir yerinə yetirməkdədir. O, Qarabağı, Xankəndini, Xocalını erməni tapdağından azad etməklə bizim ən müqəddəs amalımızı gerçəkləşdirdi. Hazırda Qərbi Azərbaycandan olan soydaşlarımızın öz tarixi torpaqlarına qayıdışı üçün yorulmadan çalışır. Onun hazırladığı Qayıdış konsepsiyası hər gün bizi öz doğma torpaqlarımıza bir addım yaxınlaşdırır.
Müzəffər Baş Komandan İlham Əliyev 2021-ci ildə Kəlbəcər rayonuna səfəri çərçivəsində Basarkeçər-Kəlbəcər yolunda dayanaraq əli ilə qədim Göyçə mahalını, Basarkeçəri, Aşağı Şorcanı göstərərək “Bu ərazilər bizimdir, bu rayonun, bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır. 1930-cu ildə Basarkeçər rayonu Ermənistan ərazisində yaradılıb. Orada yaşayanların da mütləq əksəriyyəti azərbaycanlılar olmuşdur” deyərək bizi qürurlandırdı, bir anlıq öz evimizə qaytardı. Bizə Göyçənin, Aşağı Şorcanın saf havasını, suyunu daddırdı, şirin Vətən xatirələrini yaşatdı.
Kəlbəcərlə bizim doğma yurdumuzu 500-600 metr məsafə ayırır. Göyçənin qapısı Aşağı Şorcadan keçir. Biz 3 ildir ki, Kəlbəcərdən Şorçanı seyr edirik, yurdumuzun bir addımlığında havasını duyuruq. Şorca, Göyçə mahalı bizə bir nəfəs qədər yaxındır. Səsimiz aydın eşidilir, Dədə Ələsgərin ruhu bizi səsləyir.
Cənab Prezident çox müdrik və məqsədyönlü şəxsiyyətdir, qarşıya qoyduğu hər bir məqsədə nail olur. O, ən mötəbər tribunalardan keçmiş Sovet imperiyasının Azərbaycandan qoparıb Ermənistana verdiyi torpaqların inzibati ərazisi və coğrafi sərhəd hüdudlarının Azərbaycan məxsus olması barədə bütün gerçəkləri tutarlı faktlarla beynəlxalq ictimaiyyətə çatdırır.
Bütün dünya ictimaiyyəti anlayır ki, vaxtilə Azərbaycan xalqına qarşı edilən haqsızlıqlar sayəsində və bizim ərazilərimiz hesabına Ermənistan adlı qondarma dövlət qurulub.
O, Azərbaycanın 200 illik tarixi irsini, itirilmiş torpaqlarını geri qaytardığı kimi 100 il əvvəl bizdən zorla qoparılmış yurd yerlərimizi də özümüzə qaytaracaq, Zəngəzur, Göyçə, Basarkeçər də tarixi ədaləti bərpa edəcək. Bu məqsəd uğrunda da yorulmadan çalışır. Ötən il Prezidentimiz, Ali Baş Komandanın öz Ad günündə Qərbi Azərbaycan İcmasının inzibati binasına gələrək bir qrup ziyalı ilə görüşü də Onun bu tarixi missiyanı şərəflə yerinə yetirməsini göstərir.
Bütün Göyçə camaatı vüsalın, həsrətin sevinclə sona çatacağına inanır. Biz Göyçəyə qayıdacağıq!
Göyçə Azərbaycanındır!”
Xəbər lenti
Hamısına baxDünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44

