Vətən müharibəsinin xronikası: 7 noyabr
07.11.2023 [12:04]
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. İgid döyüşçülərimiz 44 gün dayanmadan irəlilədilər və otuz il işğal altında qalan torpaqlarımızı azad edərək qəhrəmanlıq dastanı yazdılar.
44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edirik:
Müharibənin 42-ci günü
• Azərbaycan Ordusu Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarhac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli, Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut, Tsakuri kəndlərini işğaldan azad edib. Bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev özünün rəsmi tviter hesabında bildirib.
• Müdafiə Nazirliyinin məlumatına əsasən, döyüş əməliyyatları müxtəlif intensivlikdə cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətlərində davam edib. Ağdərə istiqamətində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə mövqelərinə artilleriya zərbələri endirilib. Həmçinin işğalçı ordunun 6-cı dağatıcı alayının birinci taborunun bölmələrinin şəxsi heyəti itkilərə məruz qalıb, D-30 artilleriya divizionunun 3-cü batareyasının topları sıradan çıxarılıb.
• Döyüşlərdə xeyli sayda şəxsi heyət və hərbi texnika itkisi verən düşmən geriyə çəkilməyə məcbur edilib. Bölmələrimiz Ermənistan ordusunun 178-ci əlahiddə kəşfiyyat taborundakı, eləcə də 022-ci xüsusi təyinatlı hərbi hissəsinin şəxsi heyətini məhv ediblər. Bu barədə Müdafiə Nazirliyinin keçirdiyi brifinqdə məlumat verilib.
• Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntülərini paylaşıb.
• Düşmənin Ağdamdan Xankəndi istiqamətində hərəkət edən 3 “KamAZ”, 2 “Ural” və 2 PDM-dən ibarət hərbi kolonunun atəşə tutulması nəticəsində çoxlu sayda hərbi qulluqçusu məhv edilib.
• Cəbrayıl və Füzuli rayonlarının erməni işğalından azad olunmuş ərazilərindən yeni görüntülər - AZƏRTAC-ın fotoreportajı.
• ANAMA: Tərtərdə aşkarlanan partlamamış raket və bombacıq zərərsizləşdirilib.
• AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbirləri düşmənin ağır artilleriya qurğularından atəşə tutduğu Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində çəkilişlər aparıb, kənd sakinləri ilə həmsöhbət olublar. Düşmənin atdığı mərmi jurnalistlərin yaxınlığında partlayıb.
Xəbər lenti
Hamısına baxDünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21

