Yenidən istifadə et…
15.11.2023 [12:14]
Təkrar emal niyə vacibdir?
Yeganə BAYRAMOVA
Dünyada əhalinin və yaşayış səviyyəsinin çoxalması ilə istehlak prosesi artmaqdadır. Bu baxımdan resursların davamlı artımı üçün rasional qaydada istifadəsi olduqca mühümdür. Zibil konteynerlərinə atdığımız tullantılar müvafiq şirkətlər tərəfindən materialın bərpa müəssisələrinə çatdırılır. Bundan sonra həmin tullantılar çeşidlənir, qablaşdırılır və özəl emal müəssisələrinə göndərilir.
Bu gün dünyada istehsal olunanlardan 1.6 dəfə çox istehlak edirik. Aparılan araşdırmalar görə, istehsalatda istifadə olunan xammalın 90 faizi fabrikdən ayrılmadan israf olunur, məhsulların 80 faizi isə 6 ay içində öz ömrünü başa vurur. Odur ki, yaşadığımız dünyada bizə verilən təbii sərvətlərdən səmərəli istifadə edərək bir növ gələcək nəsillərin də bu resurslardan yararlanmasına şərait yarada bilərik.
Artıq 26 ildir ki, noyabr ayının 15-i Ümumdünya Təkrar Emal Günü kimi qeyd olunur. Bu günün başlıca məqsədi hakimiyyət orqanlarının, ictimai və sənaye strukturlarının diqqətini resursların məhdud olması probleminin həllinə yönəltməkdir. Hazır məhsulun dəyərini daha ucuz xammaldan istifadə hesabına ucuzlaşdırmaq və ətraf mühitin çirklənməsinə qarşı mübarizə məsələlərinə cəlb etmək də məqsədlərdən biridir.
Təkrar emal nədir?
İnsanların sosial və iqtisadi fəaliyyəti nəticəsində, istifadə müddətini doldurmuş və təbiətə zərər verən hər cür material tullantı adlandırılır. Bu tullantıların bir qismini fiziki və kimyəvi proseslərə tabe tutaraq yenidən istifadəyə yararlı hala gətirmək mümkündür. Sadə dildə ifadə etsək, yenidən istifadəsi mümkün olan materialların dövri olaraq istehlak prosesinə daxil edilməsi təkrar emal adlanır.
Təkrar emalın əhəmiyyəti…
Bu prosesin əsas məqsədi təbii sərvətlərin həddindən artıq istifadəsini əngəlləmək və ətraf mühitin çirklənməsinin qarşısını almaqdır. Məsələn, istifadə olunmuş kağızın təkrar emalı hava və su çirklənməsini azaltdığı kimi yeni ağacların kəsilməsini də ciddi dərəcədə ortadan qaldırır. Bir ton tullantı kağızın yenidən emal edilməsi edilməsi 8 ağacın kəsilməsinin qarşısını alır.
Təkrar emalın 0-dan istehsaldan əsas fərqi sənaye proseslərinin sayının xeyli az olmasıdır. Bu da öz növbəsində böyük miqdarda enerji qənaətinə şərait yaradır. Metallar üzərindən nümunə versək, təkrar emal prosesində tullantı birbaşa əridilir və yeni bir məhsula çevrilir. Beləliklə, həm istehsal üçün istifadə olunan filiz, həm də mədənin təmizlənməsi üçün tətbiq olunan mərhələlər tələb olunmur. Bu şəkildə bir alüminium qutunun təkrar emalında təxminən 95 faiz enerji qənaəti əldə edilir.
Təkrar emal uzunmüddətli planlamada səmərəli iqtisadi sərmayədir. Gələcəkdə təbii sərvətlərin sürətlə tükənməsi ciddi iqtisadi problemlərin yaranacağına işarə verir. Təkrar emal həmçinin yeni iş imkanları təmin edərək gələcək nəsillərin dünya təbii ehtiyatlarından faydalanmasına imkan yaradır.
Yuxarıda qeyd etdiyimiz kimi, təkrar istifadənin məqsədlərindən biri atılmalı olan tullantıların miqdarını azaltmaq və bununla da ətraf mühitin çirklənməsinin qarşısını almaqdır. Torpağın və suyun çirklənməsi öz növbəsində kənd təsərrüfatı məhsullarının çirklənməsinə səbəb olur. Bu da öz növbəsində insanların sağlamlığına mənfi təsir göstərir və sağlamlıq xərclərini artırır. Dolayısı ilə təkrar emal prosesi ilə səhiyyə xərclərini də azaltmaq mümkündür.
Təkrar emal edilən materiallar…
-Plastik və müxtəlif növ qablar
Kərpic, maye qablar, alüminium qablar olsun, bir sözlə, hər növ qablar təkrar emal edilə bilər.
-Kağız, karton və şüşə
Bu üç növ materialın təkrar emal edilə biləcəyi aydındır. Şüşə ən çox təkrar emal edilə bilən materiallardandır. Yenidənqurma prosesi sayəsində tam istifadə edilə bilər.
-Batareyalar və məişət texnikası
Təkrar emal edilə bilən bir sıra materiallar var ki, onlarla nə edəcəyiniz çox yaxşı bilinmir. Texnoloji cihazları və onları işləyən batareyaları düzgün şəkildə geri qaytarmaq vacibdir. Nəzərə alınmalıdır ki, texnologiyanın artması səbəbindən bu tip tullantılar getdikcə daha çox olur.
Tullantılara “zibil” kimi baxmayaq…
Adambaşına düşən tullantı miqdarına görə ABŞ ilk sıralardadır. Burada 1 nəfərə illik təxminən 750 kq tullantı düşür. Bu rəqəm İsveçrədə 700, Almaniyada 600, Belçika, Xorvatiya və Türkiyədə 500 kq-dır. Azərbaycanda bu göstərici 400 kq-a yaxındır.
Bu gün dünya iqtisadiyyatında aparıcı qüvvəyə çevrilən Çinin iqtisadiyyatında təkrar emal məhsulları önəmli yer tutur. Alimlərin söylədiyinə görə, dənizə atılmış bir plastik torba 100 il keçsə belə çürümür və dəniz canlılarını məhv etməyə qadir olur. İnsan ətraf mühitə, təbiətə, dənizə, çaylara atılan hər bir tullantıya “zibil” kimi deyil, təkrar emal xammalı üçün baxsa, çox şey qazanmış olacaq.
Xəbər lenti
Hamısına baxGündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53

