Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Gələn həftə Bakıda İƏT-in Əmək Mərkəzi fəaliyyətə başlayacaq

Gələn həftə Bakıda İƏT-in Əmək Mərkəzi fəaliyyətə başlayacaq

16.11.2023 [11:57]

Gələn həftə Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzinin fəaliyyətə başlayacağı gözlənilir.

AZƏRTAC xəbər verir ki, bunu İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransına dair keçirilən mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib. O bildirib ki, bu da sosial tərəfdaşlığın, Azərbaycanda əmək münasibətləri sahəsində müxtəlif proqramların daimi əsaslarda təmsil olunmasını təmin etməyə imkan verəcək: Gələn həftə həmin mərkəzə seçkilərin keçirilməsi gözlənilir. Düşünürük ki, ilkin mərhələdə Əmək Mərkəzinin fəaliyyətə başlaması üçün DOST mərkəzlərində yer ayrılacaq".

Qeyd edək ki, Şuşa şəhərinin 2024-cü il üçün İslam dünyasının paytaxtı elan edilib və habelə Şuşanın İƏT-in 2024-cü il üzrə Gənclər Paytaxtı da seçilib. 2013-cü ildə Bakıda İƏT-in əmək nazirlərinin 2-ci Konfransı keçirilib. Konfransda iştirak edən nümayəndə heyətləri rəhbərlərini qəbul edərkən Prezident İlham Əliyev Mərkəzi Qərargahı Bakıda olmaqla İƏT-in Əmək Mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış edib və bu təşəbbüs İƏT-ə üzv ölkələr tərəfindən yekdilliklə dəstəklənib.

Paylaş:
Baxılıb: 646 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Analitik

Ədəbiyyat

Sosial

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Sosial

32 il ötdü...

03 İyul 12:10  

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31