Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Xəzər Şurası yaradıla bilər

Xəzər Şurası yaradıla bilər

05.12.2023 [15:14]

Rusiya xarici işlər naziri Sergey Lavrov Xəzər Şurasının yaradılmasını təklif edib.

AZƏRTAC xəbər verir ki, o, Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Moskvada keçirilən görüşündə bu təşəbbüslə çıxış edib.

“Bu gün biz əminliklə deyə bilərik ki, Xəzər dənizində əməkdaşlıq yüksək səviyyəyə çatıb. Lakin beştərəfli qarşılıqlı fəaliyyətin keyfiyyətinin yaxşılaşdırılması və onun beynəlxalq hüquqi əsaslarının möhkəmləndirilməsi üçün əlavə səylər tələb olunur. Bizim işimizin səmərəliliyini Xəzər Şurasının yaradılması, əməkdaşlıq forumu, heç bir bürokratik sxemsiz dialoq vasitəsilə artırmaq olar”, - deyə nazir bildirib.

S.Lavrov, həmçinin Xəzəryanı dövlətlərin praktiki əməkdaşlığının çoxqütblü dünyanın yaradıldığı bir dövrdə daha əhəmiyyətli olduğunu deyib.

Paylaş:
Baxılıb: 559 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31