Bakıda ilk dəfə...
19.12.2023 [10:40]
“Mədəni irs” forumu keçirilib
Günel ABBAS
Ölkəmizin tarixi qədimdir. Bunu respublikamızın ərazisində olan qədim yaşayış məskənləri, əsrlərin sınağından çıxaraq bu günə gəlib çatmış qiymətli abidələr də aydın göstərir. Xalqımızın keçmişini özündə yaşadan bu mənəvi dəyərlər hələ açılmamış sirlərlə doludur. Bununla belə həmin arxeoloji və memarlıq abidələrinin tədqiqi göstərir ki, bəşər sivilizasiyasının inkişafında xalqımızın da böyük xidmətləri olub. O da məlumdur ki, hər bir xalqın tarixi abidələri dünya mədəni irsinin ayrılmaz hissəsi kimi qəbul edilib. Bu səbəbdən də maddi mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyətli işdir.
Tarixi irsimizin, dəyərlərimizin, mədəni irsimizin qorunub saxlanması, gələcək nəsillərə çatdırılması isiqamətində bir çox tədbirlər, konfranslar, forumlar həyata keçirilir.
Yeri gəlmişkən, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə “Mədəni irs” forumu keçirilib.
Tanınmış tarixçi, arxeoloq, rəssam, memar, heykəltaraş, sənətkar və sahə üzrə digər mütəxəssislərin iştirakı ilə müzakirələrin aparılacağı forumda mədəniyyətin və milli irsin yaşadılması, inkişafı və təbliği, mövcud vəziyyət, maddi və qeyri-maddi irsimizə, təsviri və tətbiqi sənətə, tarixi abidələrə dövlət dəstəyi və digər istiqamətlərdə diskussiyalar olub.
Forumda “Azərbaycanın daşınmaz tarixi - mədəni irsinin tədqiqi və mühafizəsi problemləri”, Postkonflikt dövründə Azərbaycanın tarixi - mədəni və təbii irsinin qorunması məsələləri, Azərbaycanda daşınar mədəni irs: muzey işi və müasir çağırışlar, Qeyri-maddi mədəni irsin mühafizəsi və müasir çağırışlar mövzuları üzrə panellər təşkil olunub.
Panellərdə müvafiq sahələrin mövcud vəziyyəti və gələcək perspektivlər barədə fikir mübadiləsi aparılıb.
Qarabağ və Şərqi Zəngəzurda 705 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb
Mədəniyyət nazirinin müavini Səadət Yusifova Azərbaycanda ilk dəfə keçirilən “Mədəni İrs” forumunda çıxışı zamanı deyib ki, aparılan təhlillər nəticəsində müəyyən olunub ki, həmin ərazilərdə çoxsaylı dövlət qeydiyyatına alınmayan tarixi, arxeoloji və memarlıq əhəmiyyətli daşınmaz mədəni irs obyektləri də mövcuddur: “İşğal dövründə onlar məqsədli şəkildə dağılmaya, vandalizmə məruz qalıb, 47 abidə yer üzündən silinib. 2020-2022-ci illərdə Mədəni irsin qorunması, bərpası və inkişafı Dövlət Xidməti tərəfindən 433 tarix-mədəniyyət abidəsinə baxış keçirilib, eləcə də həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 182 obyektin - yeni aşkar olunmuş abidənin monitorinqi aparılıb”, - nazir müavini qeyd edib.
Azərbaycanda dövlət səviyyəsində mühafizə olunan abidələrin sayı 6 000-dən çoxdur
Onun sözlərinə görə, hazırda ölkəmizdə dövlət mühafizəsinə götürülmüş 6 308 abidə mövcuddur: “1 400-dən artıq tarix və mədəniyyət əhəmiyyətli obyekt yeni aşkar edilmiş abidə qismində qeydə alınıb. 26 tarix-mədəniyyət qoruqları fəaliyyət göstərir. Onlardan 4-ü UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib”, - o vurğulayıb.
Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə ilk abidələrin bərpa edilməsi məhz Heydər Əliyev Fondunun səyləri nəticəsində mümkün olub: “Ölkə rəhbərliyinin tapşırığı ilə Şuşa şəhərində yerləşən Yuxarı Gövhər Ağa və Saatlı məscidlərinin, Milli Xalça Muzeyinin Şuşa filialının, Mehmandarovların malikanə kompleksinin, Ağdamda Cümə məscidinin bərpası
Heydər Əliyev Fondu tərəfindən Azərbaycan mədəni irsinin qorunması adına görülən çoxsaylı işlərdən yalnız bir neçəsidir”.
Azərbaycanın qeyri-maddi mədəni irsi hibrid təhdidlərlə üzləşir
S.Yusifova bildirib ki, itməkdə olan dekorativ tətbiqi sənət istiqamətlərinin bərpası və yeni formalarda yenidən həyata qaytarılması, innovasiyaların tətbiqi, ənənələrin nəsildən-nəslə ötürülməsi qeyri-maddi mədəni irsin mühafizəsi və yaşadılmasına sistemli yanaşmanı şərtləndirir: “Məhz qeyri-maddi mədəni irs ölkəmizin qarşılaşdığı hibrid təhdidlər sırasında ön sıralardan birini tutur. Hazırda 23 qeyri-maddi mədəni irs elementi UNESCO-nun Ümumdünya qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib və bu proses gələcəkdə də davam edəcək. Son üç il ərzində ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycanın gələcəkdə qarşılaşacağı təhdidlər əsasən mədəni irs, tarix və ümumilikdə, mədəniyyətlə bağlı olacaq”.
Nazir müavini vurğulayıb ki, “Mədəni İrs” forumunun gedişində mədəni irsin qorunması ilə bağlı müzakirələrə çıxarılacaq məsələlər və təkliflər diqqətə alınacaq, 2040-cı ilə hədəflənmiş yeni Mədəniyyət Konsepsiyasında öz əksini tapacaq: “İnanıram ki, bu forum mədəni irsimizin düzgün qorunması və gələcək nəsillərə ötürülməsinə öz töhfəsini verəcək”
Rəssamların kolleksiyalarına sahib çıxmaqla bağlı Mədəniyyət Nazirliyinə çağırış edilib
Sənətşünas Rəfael Gülməmmədov çıxışı zamanı qeyd edib ki, rəssamların kolleksiyalarına mütəmadi olaraq baxış keçirilməli, nazirlik tərəfindən lazımi nümunələr alınmalıdır: “Məsələn, elə bu il vəfat edən görkəmli rəssamımız Fazil Nəcəfin irsi indi onun övladlarının ixtiyarındadır. Hesab edirəm ki, biz bu irsə sahib çıxmalıyıq. Demirəm, hamısı alınsın, amma bunun üçün komissiya təşkil etmək olar, o komissiya emalatxanada rəssamın irsinə baxış keçirib, lazımi qiyməti vermək üçün addım ata bilər”, - sənətşünas vurğulayıb.
Xalq rəssamı Hüseyn Haqverdiyev bildirib ki, binalar tikilir, amma orada rəssamın işi görünmür. Xalq rəssamının fikrincə, tədbirlər keçirilir, amma daha çox iş görmək mümkündür: “Sizi inandırım ki, emalatxanda işlər toplanıb qalıb. Amma tamaşaçılar onları, rəssamların zəhmətini görmür. Məncə, bu, çox vacib məsələdir. Fikrimcə, çoxlu müsabiqələr keçirmək olar. İdeyalar var, amma onlar emalatxanalarda qalır, üzə çıxmır, onları üzə çıxartmaq lazımdır”.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11

