Vaxtında verilmiş qərar
22.12.2023 [10:35]
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində son 20 ildə Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin, bütövlükdə, isə milli gücünün artmasını təmin edib. Bununla yanaşı, tarazlaşdırılmış və milli maraqlara əsaslanan siyasətin qanunauyğun nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənib.
Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması isə bütövlükdə regionumuzda yeni reallıqlar yaradıb. Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsində də bu amillər önəmli rol oynayır. Məlumdur ki, dekabrın 15-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında 2024-cü ilin fevral ayının 7-nə təyin edilmiş prezident seçkilərinə partiyamızın Sədri İlham Əliyevin namizədliyi irəli sürülüb. Cəmiyyətimizin yekdil rəyi ondan ibarətdir ki, İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi xalqın iradəsinin ifadəsidir.
Məsələ ilə bağlı qəzetimizə açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib ki, YAP İdarə Heyətinin iclasında partiyamızın Sədri İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qəbul edilmiş qərar tarixi bir qərardır. Çünki bu seçkilər müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunmasından sonra keçirilən ilk seçkilərdir. Deputat bildirib ki, 44 günlük Vətən müharibəsində əldə olunmuş şanlı zəfər, həm də bu ilin sentyabrında Qarabağda keçirilən antiterror tədbirləri Azərbaycan dövləti və xalqı üçün yeni bir gələcək, yeni bir inkişaf mərhələsi yaratdı. Bu qələbəyə, yəni ərazi bütövlüyümüzün təmin olunmasına, suverenliyimizin bərpasına gedən yol isə hər saatı, hər anı ilə hesablanmış, planlaşdırılmış bir yol idi. Prezident İlham Əliyevin dövlətin iqtisadi gücünü qalibiyyət formuluna çevirmək bacarığı, diplomatik müstəvidə əldə olunan mühüm uğurlar, Azərbaycanın dünya birliyinə inteqrasiyası, beynəlxalq aləmdə qazanılan nüfuz, bir sıra aparıcı təşkilatlarda uğurlu təmsilçilik və rəhbərlik əldə edilən qələbələrin əsas şərti kimi çıxış etməkdədir.
“Ümumiyyətlə, Prezident İlham
Əliyevin ölkəyə rəhbərlik etdiyi illər ərzində bütün sahələr inkişaf edib, əhalinin rifah halı daha da yaxşılaşıb və xalqa verilən vədlər bütünlüklə yerinə yetirilib. İqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi məqsədilə Azərbaycan Prezidentinin təşəbbüskarı olduğu qanun layihələri, həmçinin imzaladığı fərman və sərəncamlar əsasında həyata keçirilən sosial layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir. Prezident İlham
Əliyevin sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi dayanır. Bütövlükdə, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan bütün sahələr üzrə sıçrayışlı inkişafa nail olub, o cümlədən beynəlxalq müstəvidə nüfuzlu dövlətlər sırasına yüksəlib”,-deyən millət vəkili əlavə edib ki, Prezidentin uzaqgörən, prinsipial və milli maraqlara əsaslanan siyasəti nəticəsində dövlətimiz və xalqımız qarşıya qoyduğu müqəddəs vəzifələrin yerinə yetirilməsinə - ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsinə nail olub. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, ordumuzun Qarabağda lokal xarakterli antiterror tədbirləri nəticəsində isə sentyabrın 20-də suverenliyimizi tam bərpa etdik. Beləliklə, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan ərazi bütövlüyünə və suverenliyinə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı.
P.Kərimzadə qeyd edib ki, Prezident İlham Əliyevin liderliyi ilə müstəqil Azərbaycan yeni-yeni hədəflərə doğru inamla irəliləyir: “Bütün bunların fonunda, qarşıda dayanan hədəflərə nail olmaq üçün növbəti prezident seçkilərində Yeni Azərbaycan Partiyasının cənab İlham Əliyevin namizədliyini irəli sürməsi təbii qanunauyğunluqdur və xalqımızın mövqeyinin göstəricisidir”.
Millət vəkili Ramil Həsən də bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyev 30 illik həsrətini çəkdiyimiz torpaqlarımızı geri qaytararaq xalqımızın ən böyük arzularını gerçəkləşdirdi. Onun sözlərinə görə, Vətən müharibəsində qazanılan şanlı Zəfər, ərazi bütövlüyümüzün bərpası və sentyabrda keçirilən antiterror tədbirləri nəticəsində suverenliyimizin tam təmin olunması, müstəqil ölkəmizin daha da inkişafı və güclənməsi, beynəlxalq müstəvidə mövqelərinin möhkəmlənməsi üçün yeni imkanlar açıb. Eyni zamanda, qalib dövlətimiz regionda yeni reallıqlar yaradıb. Biz bu gerçəklikləri müharibənin başa çatdığı 3 il müddətində aydın şəkildə müşahidə edirik. Əlbəttə ki, bu möhtəşəm nailiyyətlər Prezidentimiz İlham Əliyevin adı ilə bağlıdır.
“Ali Baş Komandanımız İlham
Əliyev üçrəngli bayrağımızı Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər azad olunmuş ərazilərdə ucaldıb. Bu mənada gələn il fevralın 7-də keçiriləcək seçkilər İlham Əliyevin özünəinamının, xalqın siyasi dəstəyinə əminliyinin bariz göstəricisidir. Çünki Prezident İlham
Əliyev bu günə qədər verdiyi bütün vədləri yerinə yetirib. Eyni zamanda, şübhə yoxdur ki, növbəti seçkidə xalqımız Qarabağın fatehi İlham Əliyevin yanında olacaq, xarici və daxili siyasətini, o cümlədən Qarabağda və ölkənin digər bölgələrində quruculuq işlərini fəal şəkildə dəstəkləyəcək”, - deyən R.Həsən əlavə edib ki, YAP İdarə Heyətinin İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı qərarı xalqımız tərəfindən birmənalı olaraq dəstəklənir. O diqqətə çatdırıb ki, xalqımızın öz liderinə olan sevgisinin, növbəti dəfə də prezident seçilməsini arzulamasının əsasında onun gördüyü möhtəşəm işlər, milli maraqlarımızı qətiyyətlə qoruması, xalqın rifahının daim yüksəlməsi istiqamətində həyata keçirdiyi genişmiqyaslı tədbirlər və digər mühüm amillər dayanır: “Tam əminliklə demək olar ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan bundan sonra da böyük zəfərlərə, nailiyyətlərə imza atacaq!”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49

