Əli Kərimlinin “qələbə sevinci”...
26.12.2023 [10:30]
Özünə “məhrəm” saydığı Koçaryan-Sarkisyan cütlüyünü “tərifləyir”
“Siyasi fəaliyyətini” bütünlüklə ermənipərəst mərkəzlərin sifarişləri, anti-azərbaycançı dairələrin istək və arzuları əsasında müəyyənləşdirən AXCP sədri Əli Kərimli yenə öz ampluasındadır. Ümumiyyətlə, redikül müxalifətin ən böyük bəlası Azərbaycan dövlətinin, xalqının və ordusunun qazandığı zəfəri həzm edə bilməməsidir - bu səbəbdəndir ki, Əli Kərimli kimiləri 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanmasının, Azərbaycanın qələbəsinin rəsmiləşməsinin, Ermənistanın kapitulyasiyasının ardınca sosial şəbəkələrdə çirkin təbliğata ara vermir. Hətta bir az da geriyə boylansaq, Ermənistanda “məxməri inqilab” başlayan zaman Əli Kərimli israrla Azərbaycan hakimiyyətini Qarabağda müharibəyə başlamamağa çağırırdı. Bütün bunlar isə kompleks şəkildə onun xəyanətkar mövqeyini bir daha cəmiyyətə təqdim edir.
Vurğulandığı kimi, bütün çıxışlarında qələbəmizin əhəmiyyətini azaltmağa çalışan Əli Kərimli münaqişənin tarixdə qalmasını, Azərbaycanın öz torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü, suverenliyini bərpa etməsini sindirə bilmir. Onun davranışları bir həqiqəti üzə çıxarır - Kərimli öz sevimli “ortağı” Sevinc Osmanqızı ilə baş-başa verərək xalqa qarşı düşmən kəsilib. Əgər belə olmasaydı, redikül müxalifət nümayəndəsi Azərbaycanın düşmən üzərindəki qələbəsini bu qədər kiçiltməyə cəhd göstərməzdi - Əli Kərimli deyir ki, “Koçaryan-Sarkisyan cütlüyünün Azərbaycan torpaqlarını işğal etməsi bizim Vətən müharibəsində qazandığımızdan daha böyük Qələbə idi”.
Bu “fikirlər” Kərimlinin Azərbaycan xalqına qarşı qəzəbini, kinini və düşmənçiliyinin miqyasını özündə əks etdirir. O, dilə gətirdiyi bu çirkin sözlərlə Vətənin azadlığı uğrunda canından keçmiş şəhidlərin ruhunu incidir, sağlamlığını itirmiş qazilərin xidmətini yerə vurur. Təbii ki, məqsəd bəllidir - Ə.Kərimli növbəti dəfə özünü ermənipərəst dairələr qarşısında “təsdiq etməyə”, onlara “sadiqlik nümayiş etdirdiyini” göstərməyə çalışır.
Əslində bu şəxsdən artıq nəsə gözləməyinə dəyməz - vaxtilə Azərbaycanın “ölü sayını gizlətdiyini” iddia edən Ə.Kərimlinin “tezisləri” Ermənistan KİV-inin və erməni siyasətçilərinin fikirlərindən əxz olunur. Maddi gəlir əldə etmək üçün bu qədər kiçilən, xalqın və dövlətin maraqlarını özünün siyasi məqsədləri üçün ayaqlar altına alan belələrinə milli maraq heç bir əhəmiyyət kəsb etmir - onlar üçün əsas olan özlərinin maddi lokal maraqlarıdır. 30 il öncə ərazilərimizin işğalına şərait yaradanların, torpaqlarımızı hakimiyyət hərisliyinə qurban verənlərin bu gün də eyni mövqedən çıxış etmələri onların dəyişməz xislətinin göstəricisidir.
MƏNSUR
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56

