Yoxsulluğu aradan qaldıran təşkilat
27.12.2023 [11:30]
BVF-nin yaranmasından 78 il ötür...
Y.BAYRAMOVA
Dünya ölkələri arasında iqtisadi, maliyyə və sosial münasibətlər inkişaf etməkdədir. Xüsusilə İkinci Dünya Müharibəsindən sonra dünyada bloklaşmalar ortaya çıxıb, beynəlxalq münasibətlər sürətlənib və beynəlxalq maliyyə təşkilatları qurulmağa başlayıb. Bundan sonra inkişaf etməkdə olan ölkələrin inkişafının maliyyələşdirilməsini saxlaya bilmək üçün xarici borc və xarici yardım təşkilatları meydana çıxıb.
Beynəlxalq maliyyə təşkilatları inkişaf edən dünyanın, kapital təminatının və s. əməliyyatların əsas punktudur. İqtisadi inkişaf proqramı ilə dünya kasıbçılığını aradan qaldıran real təşkilat beynəlxalq maliyyə təşkilatlarıdır. Belə təşkilatlardan biri də Beynəlxalq Valyuta Fondudur. BVF dünya valyutasının monitorinqini həyata keçirtmək, ölkələr arasında ödəmə sistemini təşkil etmək və ödəmə balansında ciddi kəsri olan ölkələrə borc verməyi qarşısına məqsəd qoyan təşkilatdır. Fondun əsası 1944-cü ilin iyul ayında ABŞ-ın Nyu-Hempşir ştatının Bretton Vuds şəhərində keçirilən görüşdə qoyulub. Görüşdə 44 ölkə nümayəndəsi İkinci Dünya Müharibəsindən sonra yaradılacaq beynəlxalq iqtisadi əməkdaşlığın strukturu haqqında razılığa gəlib. Onlar hesab edirdilər ki, belə struktur Böyük Depressiyaya səbəb olan zərərli iqtisadi siyasətin təkrarlanmasının qarşısının alınması üçün zəruridir. BVF rəsmi olaraq 1945-ci ilin dekabr ayında, ilk 29 üzv ölkənin onun Razılaşma Maddələrini imzalanmasından sonra yaranıb.
BVF-nin əsas fəaliyyəti...
Qlobal üzvlüyə malik 186 ölkəni əhatə edən BVF imkanlardan istifadə etmək və qloballaşmanın tələblərini, ümumiyyətlə, iqtisadi inkişafı idarə etmək üçün üzv ölkələrin hökumətlərinə yardım göstərilməsinə dair unikal imkanlara malikdir. BVF qlobal iqtisadi tendensiya və göstəriciləri izləyir, yarana biləcək problemlər haqqında üzv ölkələri xəbərdar edir, siyasət dialoqlarının aparılması üçün forumlar təşkil edir. Fond, eyni zamanda, iqtisadi çətinliklərlə mübarizə aparmaq məqsədilə hökumətlərə hesabatlar təqdim edir.
Fondun layihələrinin dəyərliliyi ondan ibarətdir ki, onlar nəinki əlavə maliyyə resursları əldə etməyə, hətta sosial və iqtisadi inkişaf məsələləri ilə məşğul olan iri beynəlxalq təşkilatların təcrübə və məlumatlarından yararlanmağa imkan yaradır.
186 üzv ölkə...
Beynəlxalq Valyuta Fonduna üzvlük 1950-ci illərin sonlarında və 1960-cı illərdə genişlənməyə başladı. Belə ki, Afrika ölkələrinin əksəriyyəti müstəqillik qazanaraq BVF-ya üzv olmaq üçün müraciət etdilər. Lakin Soyuq müharibə Fondun üzvlüyünü məhdudlaşdırdı. Hazırda Beynəlxalq Valyuta Fondu 186 ölkədən ibarət qlobal üzvlüyə malikdir. Üzv olmaq üçün ölkə müraciət etməli və mövcud üzvlərin əksəriyyəti tərəfindən qəbul edilməlidir.
Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndə heyəti bu yaxınlarda 2023-cü il IV Maddə üzrə məsləhətləşmələr çərçivəsində Azərbaycanın iqtisadi mənzərəsinin hərtərəfli icmalını təqdim edib.
İcmalda Azərbaycan iqtisadiyyatı ilə bağlı bir sıra nikbin proqnozlar öz əksini tapıb.
Hesabatda bildirilir ki, dövlətin apardığı effektiv fiskal siyasət, büdcənin konsolidasiyası, büdcə vəsaitlərinin ehtiyatla xərclənməsi dövlət borcunun kəskin azalmasını və qeyri-neft büdcə kəsirinin aşağı düşməsini, eyni zamanda, davamlı iqtisadi artımı təmin edir. BVF-nin əməkdaşları 2024-cü il büdcəsində nəzərdə tutulan mülayim xərc artımına uyğun olaraq, 2024-cü ildə qeyri-neft üzrə ilkin kəsirin qeyri-neft ÜDM-nin təxminən 2 faizi qədər azaldılmasını proqnozlaşdırmaqla bərabər, ortamüddətli xərclər çərçivəsində dövlətin qarşıya qoyduğu 2028-ci ilə qədər bu kəsirin 15 faizə qədər endirilməsi hədəfinə nail olunmasını da real görürlər: “Fondun etiraf etdiyi kimi, Azərbaycanın fiskal dayanıqlılığa və gələcəyə hesablanmış uzunmüddətli strategiyası ölkəni davamlı iqtisadi sabitlik trayektoriyası ilə aparır. Hökumətin ortamüddətli xərclər planı və büdcə çərçivəsini beynəlxalq standartlara uyğunlaşdıraraq müasirləşdirmək səyləri qarşıda duran çağırışlar üçün davamlı fiskal bazanın təminatçısı rolunu oynayır. BVF hesabatda bank sektorunun həssas olduğunu vurğulamaqla yanaşı, son dövrlərdə davamlı şəkildə inkişaf etdiyini vurğulayır. Belə ki, kapital ehtiyatlarının adekvat olması, bankların kredit portfelinin genişləndirilməsi və qeyri-işlək kreditlərin 3,5 faizlə tarixi minimumda olması xüsusi qeyd edilir. Həmçinin ölkədə 2016-cı ildən bəri davam edən dollarsızlaşma tendensiyası da müsbət qiymətləndirilir”.
Qeyd edək ki, BVF-nin 2028-ci ilə qədər olan dövr üçün Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozları da müsbətdir. Verilən proqnozlar onu deməyə əsas verir ki, növbəti 5 ildə də ölkə iqtisadiyyatında davamlı stabil artım davam edəcək.
Xəbər lenti
Hamısına baxMaraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15

