Niyə məhz Firudin Ağayev?
07.01.2024 [21:54]
Bəxtiyar Vahabzadə özü buna razı olmazdı...
Bu ilin fevral ayında Azərbaycanın ilk Sosialist Əməyi Qəhrəmanı Firudin Ağayevin anadan olmasının 126 ili tamam olur. F.Ağayev 1898-ci il fevralın 19-da Zəngəzur qəzasının Aldərə kəndində anadan olub. Atası vəfat edəndən sonra heç bir təhsili olmayan Firudin Bakıya üz tutur. O, hələ 13 yaşında Bakının neft mədənlərində işləməyə başlayır. Öz xatirələrindən məlumdur ki, burada o, neft çənləri düzəldilən zavodda fəhlə, sonra isə çilingər şagirdi kimi çalışıb. Bir müddət sonra Bakı deposuna işə düzələn gənc, öz dili ilə desək, “parovozlara vurulmuş” və təhsilsiz olmasına baxmayaraq, onların quruluşunu öyrənməyə başlayıb. Onu texnikaya olan marağı nəticəsində maşinist köməkçisi təyin edirlər. Öz üzərində çalışan Firudin 22 yaşında yazıb oxumağı öyrənib, daha sonra isə qəliz texniki ədəbiyyatla tanış olmağa başlayıb.
Tiflis maşinist kursları onun bitirdiyi yeganə təhsil müəssisəsi olub. Bakıya qayıdandan sonra parovoz maşinisti işləməyə başlayan Firudin rəhbərliyin diqqətini özünə cəlb edir. O, nəinki öz parovozunu əla vəziyyətdə saxlayır, hətta digər maşinistlərə kömək edərək texniki nasazlıqların aradan qaldırılmasında iştirak edirdi. İşlətdiyi texnikanı ən mükəmməl şəkildə öyrənən gənc maşinist yeni çəkilən dəmir yollarında mövcud olan problemli, qəza ehtimalını artıran sahələri göstərir, problemin mövcudluğunu texniki dəlillərlə sübut edirdi. Beləliklə, onun köməyi ilə 30-dan artıq potensial qəza halları aradan qaldırılmışdı.
“Ağayevin qrafiki”...
1929-cu ildən maşinist F.Ağayevə Azərbaycandakı dəmir yollarının ən ağır sahələrində işləmək, özü də bu sahələrdən sərnişin qatarlarını keçirmək həvalə olunur. O, nəinki bu işin öhdəsindən məharətlə gəlmiş, hətta bir sıra səmərələşdirici təkliflər vermişdi. Təkliflərdən biri rəhbərliyin diqqətini xüsusilə cəlb edir. F.Ağayev göstərirdi ki, depolarda təmir briqadaları çatışmır və parovozlarda ən kiçik nasazlıq baş verəndə uzun müddət hərəkətsiz qalır, təmir üçün növbəyə dayanırlar. Bu həm iqtisadiyyata ziyan vurur, həm də maşinist və qatar heyətlərinin maaşlarına mənfi təsir göstərirdi. Təklif ondan ibarət idi ki, parovoz briqadalarının təcrübəli, bilikli işçilərindən ibarət təmir qrupları təşkil edilsin, parovozların xırda və orta təmirlərini onlar həyata keçirsinlər, keyfiyyətli təmirə görə maaş alsınlar. Təklif həm sadə zəhmətkeşlər, həm də rəhbərlik tərəfindən bəyənildiyindən qısa müddət ərzində müvafiq inzibati-təşkilati işlər aparılır. 1943-cü ilin ağrılı-acılı günlərində o, həmkarı Vedernikov ilə birgə parovozların təmir edilməsi üçün xüsusi cədvəl tərtib etmişdi. Həmin illər Bakı Deposunda “Ağayevin qrafiki” ifadəsi deyimi çox məşhur idi.
İşlədiyi qatarları vaxtı-vaxtında və qəzasız mənzilə çatdırması, istərsə də texnikanı əla vəziyyətdə saxlaması və bu baxımdan digər maşinistlərə kömək etməsinə görə 1934-cü ildə “Stalin zərbəçisi” nişanına layiq görülür. 1935-ci ilin mart ayında ona “1-ci dərəcəli maşinist” dərəcəsi verilir. 1943-cü ildə 118 nömrəli “Qızıl Ulduz” və 16249 nömrəli Lenin ordeninə layiq görülmüşdü. Təlimatçı-maşinist Firudin Ağayev SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 5 noyabr 1943-cü il tarixli Fərmanı ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdü. Müharibənin sonunadək əzmkarlıqla çalışan F.Ağayev 18 sentyabr 1944-cü il tarixində “Qafqazın müdafiəsinə görə medal” ilə təltif edilmişdi. 1949-cu ildə SSRİ Yollar Nazirliyi tərəfindən “Əla parovozçu” nişanına layiq görülüb.
Suallar doğuran fakt...
Sevindirici haldır ki, öz fəaliyyətinə görə xalqımızın yaddaşında dərin izlər buraxmış, gördüyü işlərlə adını tarixə yazmış çoxsaylı görkəmli şəxsiyyətlərimizin adı əbədiləşdirilib. Məsələn, paytaxtımızda həmin şəxslərin adına küçələr, prospektlər var. Bir zamanlar Bakı şəhərinin Yasamal rayonunda Şəhriyar və Əbdürrəhim bəy Haqverdiyev küçələrinə paralel küçənin adı Firudin Ağayev olub. Küçənin adı 2011-ci ilə qədər onun adını daşıyıb. Lakin hazırda həmin küçə Azərbaycan şairi, dramaturq və ədəbiyyatşünası Bəxtiyar Vahabzadənin adını daşıyır. Əslində, bu fakt müəyyən suallar doğurur. Daha doğrusu, Firudin Ağayevə qarşı bu münasibətin nədən qaynaqlandığı insanı düşünməyə vadar edir. Görkəmli şairimiz Bəxtiyar Vahabzadənin Azərbaycan xalqının qəlbindəki yeri, ədəbiyyatımızda, mədəniyyətimizdə silinməz izlər buraxdığı hər kəsə bəllidir. Lakin Azərbaycanın ilk Sosialist Əməyi Qəhrəmanına məxsus küçə adının dəyişdirilməsi, həmçinin bir zamanlar yaşadığı ərazidəki barelyefinin götürülməsi bəzi sualları ortaya çıxarır. Niyə məhz Firudin Ağayev? Məsələn, o qədər də əhəmiyyət kəsb etməyən başqa küçələrin adı dəyişdirilə bilməzdimi? Çox güman ki, dahi şairimiz Bəxtiyar Vahabzadə o zamanlar sağ olsaydı, bununla razılaşmazdı...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

