Prezident seçkilərini 72 beynəlxalq müşahidəçi izləyəcək
08.01.2024 [11:30]
Azərbaycanın xaricdə olan nümayəndəliklərində seçki məntəqələri yaradılıb
N.BAYRAMLI
Azərbaycanda demokratik seçki sistemi mövcuddur. 2003-cü ildə qəbul olunmuş Seçki Məcəlləsi beynəlxalq standartlara tam uyğundur. Amma həmin dövrdən indiyədək məcəlləyə bir sıra dəyişikliklər edilərək daha da təkmilləşdirilib. Beynəlxalq ekspertlərin birmənalı rəyinə əsasən, Seçki Məcəlləsi seçkilər sahəsində bütün qanunvericilik normalarını özündə əks etdirir. Sənəd ölkədə prezident, parlament və bələdiyyə seçkilərinin, həmçinin referendumun keçirilmə qaydalarını müəyyənləşdirir.
Seçki Məcəlləsi, eyni zamanda, Mərkəzi Seçki Komissiyasının, eləcə də dairə və məntəqə seçki komissiyalarının təsisi və fəaliyyəti prinsiplərini də özündə əks etdirir. Əvvəlki qanunlarla müqayisədə Seçki Məcəlləsi şəffaf və demokratik seçkilərin keçirilməsi üçün daha möhkəm hüquqi bazanın yaradılması, namizədlərin qeydiyyatı, seçkilərə hazırlıq və seçki komissiyalarının formalaşdırılması, fəaliyyətinin təşkili prinsip və mexanizmlərinin təkmilləşdirilməsinə imkan verir. 2003-cü ildən etibarən ölkəmizdə bütün seçkilər Seçki Məcəlləsinin tələblərinə uyğun keçirilib. Ötən dövrün təcrübəsi ölkəmizdə seçki qanunvericiliyinin mütərəqqi və təkmil olduğunu tam təsdiqləyib.
Fevralın 7-də də ölkəmizdə prezident seçkilərinin mövcud qanunvericilik əsasında azad və şəffaf keçiriləcəyi şübhəsizdir. Mərkəzi Seçki Komissiyası (MSK) qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar müvafiq tədbirlər həyata keçirir. Qurumun yanvarın 6-da keçirilən iclasında bildirilib ki, Azərbaycanın xaricdə olan 37 nümayəndəliyində 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə xaricdə yaşayan soydaşlarımız səs verə biləcəklər.
Bundan əlavə, indiyə qədər seçkiləri müşahidə etmək üçün 19 ölkədən 72 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasına müraciət edib. Komissiyanın sədri Məzahir Pənahov müraciətlərin hamısının müsbət qarşılandığını qeyd edib.
Mərkəzi Seçki Komissiyası (MSK) 2024-cü il fevralın 7-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində “Müşahidəçilər üçün yaddaş” kitabçası da hazırlayıb. MSK Katibliyinin Media və kommunikasiya şöbəsindən bildirilib ki, layihənin həyata keçirilməsində və nəşrin hazırlanmasında başlıca məqsəd qarşıdan gələn prezident seçkilərini izləyəcək müşahidəçiləri məlumatlandırmaq, onlara metodiki kömək göstərməkdən ibarətdir.
Nəşrdə seçkilərə dair bir sıra əsas anlayışların izahı verilib, müşahidə aparılmasının prinsipləri əks olunub, habelə müşahidəçilərin hüquq və vəzifələri aydın şəkildə göstərilib. Yaddaş kitabçası Seçki Məcəlləsinin müddəaları və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi təlimat, izah, qayda və digər normativ xarakterli sənədlər əsasında tərtib olunub.
Üç dildə - Azərbaycan, ingilis və rus dillərində hazırlanan “Müşahidəçilər üçün yaddaş” kitabçasını aşağı seçki komissiyalarından, eləcə də Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsindən (www.msk.gov.az) əldə etmək mümkündür.
Onu da qeyd edək ki, siyasi partiyalar da seçkilərdə fəal iştirak edir. Seçki Məcəlləsinə əsasən, bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar, namizədlərin hamısına seçkiqabağı fəaliyyət üçün bərabər şərait təmin edilir. Nəzərə alınmalıdır ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Eyni zamanda, müstəqil şəxslər də fərdi qaydada namizədliyini irəli sürür. Bütün bunlar ölkədə ədalətli rəqabət mühitinin təmin edildiyinin bariz nümunəsidir.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10

