Qərbi Azərbaycan İcması Dunya Miyatoviçə etiraz məktubu göndərib
15.01.2024 [17:10]
Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviçin ötən il oktyabrın 16-23-də Ermənistana və Azərbaycana səfəri ilə bağlı hesabat hazırlanıb. Bir sıra ciddi nöqsanlara yol verilmiş hesabatla bağlı Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli Dunya Miyatoviçə etiraz məktubu ünvanlayıb.
Qərbi Azərbaycan İcmasından AZƏRTAC-a daxil olan məktubda deyilir: “Əvvəla Azərbaycana səfərinizə və 2023-cü il oktyabrın 23-də Ermənistandan olan azərbaycanlı qaçqınlarla görüşünüz zamanı nümayiş etdirdiyiniz səmimi münasibətə görə Sizə təşəkkür edirik. Sizin ruhlandırıcı sözləriniz, xüsusilə də “heç vaxt vaz keçməyin” tövsiyəniz bizim icmamızda dərin təsir buraxmışdı.
Bununla belə, biz Sizin son hesabatınızın müstəsna olaraq bir etnik qrupa aid məsələni - özü də təhrif olunmuş şəkildə əhatə etməsini, bizim məsələmizə isə orada qəsdən yer ayrılmamasını dərin təəssüf və məyusluq hissi ilə qeyd edirik. Ermənistandan didərgin salınmış yüz minlərlə azərbaycanlıya, onların acınacaqlı vəziyyətinə, davam edən mübarizəsinə və onlarla keçirdiyiniz mühüm görüşünüzə istinad etməməyiniz nəinki məyusedicidir, həm də ədalət və qərəzsizlik prinsiplərinə ziddir. Bu nöqsan, sadəcə, bir diqqətsizlik deyil, qərəzliliyə, etnik və dini ayrı-seçkiliyə dair klassik nümunədir.
Sizə xatırlatmaq yerinə düşər ki, biz Sizin regiona səfərinizə dair Avropa Şurasının (AŞ) 2023-cü il oktyabrın 26-da verdiyi və bizim məsələmizə istinad edilmədiyi press-relizindən dərhal sonra – oktyabrın 27-də Sizə məktub göndərərək narahatlığımızı bildirmişdik. Göründüyü kimi, bizə qarşı qərəzli münasibət davamlı xarakter daşıyır.
Sizin hesabatınız Ermənistanı yalnız ümumi şəkildə geri qayıtmaq hüququna hörmət etməyə çağırır. Lakin kimin geri qayıtmaq hüququndan söhbət getdiyini göstərmir. Biz geri qayıtmaq hüququ ilə bağlı bu ümumi çağırışı dəyərləndirsək də, bu çağırışın kontekstinin qeyri-müəyyənliyi onun dəyərini və təsirini azaldır.
Azərbaycanlı qaçqınlarla görüşünüz zamanı nümayiş etdirdiyiniz həvəsləndirici və dəstəkləyici tonla hesabatınızda işimizə baxılması arasındakı kəskin ziddiyyət bizi dərindən məyus və narahat edir. Bu, insan haqları və ədalətin qalası kimi dayanmalı olan AŞ İnsan Hüquqları Komissarı ofisinin, əslində, çox düzgün olaraq “Ermənistan+” adlandırılan anti-Azərbaycan dairələrin əlində alət olduğunu söyləməyə əsas verir.
Azərbaycanlı qaçqınların dərdini ört-basdır etmək onların qarşısında naxələflik olmaqla bərabər, Avropa Şurasına olan-qalan etimadı və onun missiyasını sarsıdır. Bu, Sizin mötəbər ofisinizin öz işində rəhbər tutmalı olduğu ədalət və qərəzsizlik prinsiplərinə xəyanətdir.
Yekun olaraq bildirmək istərdik ki, bizə “heç vaxt vaz keçməməyi” tövsiyə etsəniz də, Siz ən azı bu halda öz prinsiplərinizə etinasız yanaşmaqla məhz bunu etdiniz. Buna baxmayaraq, biz haqq-ədalət və Vətənimizə qayıtmaq hüququ uğrunda mübarizəmizdən heç vaxt vaz keçməyəcəyik. Məhz bu qətiyyətlə biz Sizdən öz vəzifələrinizi yerinə yetirməyi və uzun müddətdir ki, məlum bədnam dairələr tərəfindən susdurulmağa çalışılan haqq işimizi hesabatınızda əks etdirmək üçün ona yenidən baxmağı tələb edirik”.
Xəbər lenti
Hamısına baxGündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56

