“Dəmir yumruq” kimi birliyimizi bir daha nümayiş etdirək!
18.01.2024 [12:35]
Xətai rayonunda seçicilərlə görüşlər davam edir
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) namizədi cənab İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Xətai rayonunda seçicilərlə görüşlər keçirilib.
Görüşlərdə YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki, bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı ərazi bütövlüyü və suverenliyi tam təmin olunan Azərbaycanla qürur duyur. Bu xoşbəxtliyi bizə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli ordumuza minnətdarıq. 30 il xalqımız bu arzu ilə yaşadı ki, ərazi bütövlüyümüz təmin olunsun, soydaşlarımız doğma yurd-yuvalarına qayıtsın, Qarabağımız cənnət məkana çevrilsin. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra müstəqilliyinin ilk illərində böyük faciələrlə üz-üzə qalan Azərbaycan düşünülmüş və gələcəyə hədəflənən siyasətin nəticəsində bu çətinlikləri arxada qoyaraq inkişaf, tərəqqi yoluna çıxdı.
Qeyd olunub ki, 1993-2003-cü illər tariximizə dirçəliş, inkişaf dövrü kimi yazıldı. 2003-cü ildə Ulu Öndər Heydər Əliyev xalqa müraciətində İlham Əliyevə özü qədər inandığını bildirdi. 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanan cənab İlham Əliyev 20 illik prezidentliyi dövründə hər bir vədini konkret əməli işdə təsdiqləyərək Ümummilli Liderin görmək istədiyi Azərbaycanı yaratdı. O Azərbaycanı ki bu gün qalibiyyəti ilə dünyaya səs salıb, yeni reallıqlar yaradaraq sözünün imzası qədər dəyərli olduğunu sübut edib.
Vüqar Rəhimzadə seçiciləri 7 fevralda keçiriləcək prezident seçkilərində fəal olmağa, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb. Bildirib ki, gələcəyimizlə bağlı yeni hədəflərə çatmaq, Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın möhtəşəm uğurlarının davamlı olması üçün qalib Liderimizə səs verək, Onun ətrafında “dəmir yumruq” kimi birliyimizi bir daha nümayiş etdirək!
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07

