MDB müşahidəçiləri bölgələrdəki seçki dairələrində olublar
29.01.2024 [19:36]
Azərbaycanda növbədənkənar prezident seçkilərinin monitorinqi çərçivəsində MDB-dən olan müşahidəçilər Lənkəran, Lerik, Masallı, Cəlilabad və Salyan rayonlarına, həmçinin Naxçıvan Muxtar Respublikasının Şərur, Sədərək, Şahbuz, Culfa və Ordubad rayonlarında və Naxçıvan şəhərində olublar. Secki-2024.az saytı xəbər verir ki, dairə seçki komissiyalarının rəhbərləri növbədənkənar seçkilərin keçirilməsinə hazırlıqla bağlı görülən işlər barədə müşahidəçilərə məlumat veriblər.
Missiya üzvləri məntəqə seçki komissiyalarında olarkən onların texniki və metodiki təminatı, seçici siyahılarına dair işlərin gedişatı ilə yaxından tanış olublar. Müşahidəçilər seçki məntəqələrinin yaxşı təchiz olunmasını və komissiya üzvlərinin yüksək hazırlıq səviyyəsini qeyd ediblər.
Monitorinq zamanı müşahidəçilər Naxçıvan şəhərində və Ordubad-Culfa dairələrində keçirilən treninqlərdə iştirak ediblər. Bu treninqlər zamanı məntəqə seçki komissiyalarının üzvləri seçkilərin keçirilməsinin təşkilati məsələləri ilə bağlı təlimatlandırılıb.
Seçkiqabağı kampaniyaya da xüsusi diqqət yetirilib. Dairə seçki komissiyalarının sədrləri müşahidəçilərin diqqətinə çatdırıblar ki, namizədlərə və onların səlahiyyətli nümayəndələrinə təşviqat aparmaq üçün qanunla nəzərdə tutulmuş bütün imkanlar yaradılıb.
MDB müşahidəçilər missiyasının formalaşdırılması prosesi də başa çatıb. 169 müşahidəçinin akkreditasiyası üçün sənədlər Azərbaycan Mərkəzi Seçki Komissiyasına göndərilib. Buraya Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan, MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyası və MDB İcraiyyə Komitəsinin nümayəndələri daxildir.
Xəbər lenti
Hamısına baxMədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38

