Vətəndaş cəmiyyəti Cənubi Qafqaz regionu üçün ekoloji ədalət tələb edir
31.01.2024 [16:10]
22 ölkədən 49 qeyri-hökumət təşkilatı və ekofəal Ermənistanın dağ-mədən sənayesində beynəlxalq ekoloji norma və standartları pozaraq həyata keçirilən işlərin dünyanın ekosistemini pozmasına dair bəyanat yayıb. Onlar Cənubi Qafqaz regionu üçün ekoloji ədalət tələb edir.
AZƏRTAC bəyanatı təqdim edir:
“Biz, aşağıda imza edən xarici ölkələrin vətəndaş cəmiyyəti təşkilatları və fəalları Ermənistan Respublikasının dağ-mədən sənayesində beynəlxalq ekoloji norma və standartları pozaraq həyata keçirilən işlərin ekologiyaya vurduğu ciddi ziyanla bağlı dərin narahatlığımızı bildiririk.
Ermənistanın dağ-mədən sənayesindəki hava və suyun çirklənməsi vaxtilə lokal xarakterli olsa da, artıq onun fəsadları təkcə Cənubi Qafqaz üçün deyil, bütün dünya üçün ciddi təhdidə çevrilib. Ermənistanın mədən sənayesi transsərhəd çayları çirkləndirməklə Şərqi Avropadan Mərkəzi Asiyaya qədər geniş coğrafiyada bir sıra ekoloji problemlərə səbəb olmaqda davam edir.
BMT təmiz, sağlam və davamlı ətraf mühiti əsas insan hüququ kimi tanıyır. Qlobal ictimaiyyətin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün səfərbər olduğu, ekoloji problemlərin həlli üçün səylərini gücləndirdiyi bir vaxtda Ermənistanın bu hərəkətləri Transsərhəd Çaylar Konvensiyası və BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyasının (Espoo Konvensiyası) tələblərini ciddi şəkildə pozur.
Yaxın zamanda BMT-in İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransı - COP29-un Cənubi Qafqaz regionunda, Azərbaycanda keçiriləcəyini nəzərə alaraq, Ermənistan da ətraf mühitə ziyan vuran əməllərdən çəkinməli, bununla da beynəlxalq konvensiyalardan irəli gələn öz öhdəliklərini yerinə yetirməlidir.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC), iqlim dəyişmələrinə həsr olunmuş əsas beynəlxalq razılaşmanın, inkişaf etmiş ölkələr üçün məcburi emissiyaların azaldılması hədəflərini müəyyən edən UNFCCC ilə əlaqəli beynəlxalq müqavilə olan Kioto Protokolunun, eləcə də UNFCCC çərçivəsində qlobal istiləşməni sənayedən əvvəlki səviyyədən 2 dərəcədən çox aşağı səviyyədə məhdudlaşdırmaq məqsədi daşıyan beynəlxalq müqavilə - Paris Sazişinin tərəfi kimi, Ermənistan qlobal miqyasda iqlim dəyişmələri ilə mübarizə aparmaq və planetin qorunmasında qaydalara riayət etmək öhdəliyini götürüb.
Biz, Ermənistan hökumətini və Ermənistanın dağ-mədən sənayesi müəssisələrinin məxsus olduğu özəl şirkətləri həmin müəssisələrdə təftiş, qiymətləndirmə və monitorinq işləri aparmaq üçün ekologiya və sağlamlıq sahəsində ixtisaslaşmış beynəlxalq ekspertlərə, o cümlədən qonşu ölkələrdən olan ixtisaslaşmış QHT-lərə şərait yaratmağa çağırırıq.
Biz, həmçinin Amulsar (Qeyd: Amuldağ nəzərdə tutulur) qızıl mədənində ekosistem üçün əhəmiyyətli dərəcədə zəhərli və radioaktiv çirklənmə riskləri yaradan mədən işlərinin dayandırılması ilə bağlı Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatlarının bu yaxınlarda Ermənistan hökumətinə və bütün maraqlı şirkətlərə ünvanlanmış müraciətində qeyd olunan dərin narahatlığa da bölüşürük.
Xəbər lenti
Hamısına baxDünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09

