/ / Bakı Təşəbbüs Qrupu Fransa polisinin Korsikanın müstəqillik hərəkatı fəallarını qeyri-qanuni saxlamasını qətiyyətlə pisləyib
Bakı Təşəbbüs Qrupu Fransa polisinin Korsikanın müstəqillik hərəkatı fəallarını qeyri-qanuni saxlamasını qətiyyətlə pisləyib
01.02.2024 [12:42]
Bakı Təşəbbüs Qrupu “Nazione” hərəkatının baş təsis yığıncağının uğurla keçirilməsindən sonra Fransa polisi tərəfindən hərəkatın müstəqillik tərəfdarı olan fəallarının və onların ailə üzvlərinin qeyri-qanuni saxlanılmasını qətiyyətlə pisləyib.
AZƏRTAC xəbər verir ki, Bakı Təşəbbüs Qrupunun bununla bağlı bəyanatında deyilir: “Yanvarın 28-də Korsikada 700-ə yaxın insan müstəqillik tərəfdarı olan strukturları və fəalları birləşdirən, müstəmləkə hökmranlığına qarşı mübarizəyə hazırkı və gələcək sadiqliyini təsdiqləyən “Nazione” hərəkatını təsis etmişdir.
Korsikalılar istəklərini azad şəkildə ifadə etdikdən iki gün sonra - yanvarın 30-da “Nazione”nin iki fəalı Borgu hərbi düşərgəsində nəzarət altına alınmışdır. Onların ailə üzvləri və digər bir fəalı günortadan sonra Bastiyanın polis bölməsinə çağırılmışdır.
Fəalları tutmaq üçün Fransanın axtarış və əməliyyat qrupu tərəfindən seçilmiş metodlar - sındırılmış qapılar, dağıdılmış evlər, yerə atılan və bunun yarada biləcəyi xəsarət riski ilə valideynlərin öz övladlarının gözləri qarşısında saxlanılması özünü insan hüquqlarının vətəni kimi təqdim edən bir ölkə üçün biabırçılıqdır. Polisin qanunsuz təqibləri davam edir və Korsika xalqını qorxutmaq məqsədi daşıyır.
Beləliklə, biz
- Fransanın hüquq-mühafizə orqanlarının qeyri-qanuni hərəkətlərini qətiyyətlə pisləyirik;
- Fransa hakimiyyətini ədalət və insan hüquqları prinsiplərinə hörmət etməyə, gələcəkdə bu cür tədbirlərin təkrarlanmamasını təmin etməyə çağırırıq. Korsika xalqının sərbəst toplaşmaq azadlığı və istəklərini sərbəst şəkildə ifadə etmək hüququ Fransa hökuməti tərəfindən təmin olunmalıdır;
- Fransa hökumətini müstəmləkə xalqlarına təzyiq göstərməkdən çəkinməyə çağırırıq ;
- Bütün saxlanılanların dərhal sərbəst buraxılmasını tələb edirik ;
- Digər qeyri-hökumət təşkilatlarını və siyasi hərəkatları bu bəyanata qoşulmağa, “Nazione” hərəkatına dəstək verməyə dəvət edirik".
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

