Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Seçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsi başa çatdırılıb

Seçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsi başa çatdırılıb

04.02.2024 [11:05]

Fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar dairə seçki komissiyaları tərəfindən seçki bülletenləri məntəqə seçki komissiyalarına verilməsi işləri yekunlaşdırılıb. Secki-2024.az saytı xəbər verir ki, Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada seçki bülletenləri dairə seçki komissiyalarına paylandıqdan sonra, səsvermə gününə azı 3 gün qalmışadək dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına təqdim olunmalıdır.

Xatırladaq ki, fevralın 1-də Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması prosesi başa çatdırılıb.

Qeyd edək ki, yanvarın 24-dən etibarən seçki bülletenlərinin çapına başlanılıb və 6 524 203 seçki bülleteni çap olunub.

Paylaş:
Baxılıb: 547 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30