Qarabağ seçkiyə hazırlaşır!
05.02.2024 [13:17]
Şahanə MÜŞFİQ
Səhər ilk iş kimi ölkədə və dünyada baş verən yeniliklərdən xəbərdar olmaq üçün hər zaman oxuduğun saytı açırsan və qarşına belə bir xəbər çıxır: “Xankəndi şəhəri seçkilərə tam hazırdır”.
Seçki?!
Qəfil gözünə dəyən bu xəbər təkcə beynini, düşüncələrini deyil, həm də ruhunu ələ keçirir. Ani tərəddüddən sonra söhbətin 7 fevral tarixində sənin ölkəndə, sənin Vətənində keçiriləcək prezident seçkilərindən getdiyini anlayırsan. Yəni Xankəndi şəhəri Azərbaycan Respublikasının, özünün dosdoğmaca dövlətinin prezidentini seçmək üçün hazırdır.
Sanki bir müddətdir bildiyin həqiqət yuxu olmaqdan çıxır, səni gözəgörünməz əlləri ilə silkələyib “mən buradayam” deyir. Sən isə bu müdhiş həqiqət qarşısında tərkisilah olub, o an nə edəcəyini bilmirsən. Gücün dolan gözlərini pəncərədən görünən mavi səmaya dikib minnətdarlıqla gülümsəməyə yetir: “Allah, sənə çox şükür!”
Həmin xəbərdə deyilir ki, 122 saylı Xankəndi seçki dairəsinin Xankəndi şəhərində yaradılmış 14 saylı seçki məntəqəsi zəruri texniki vasitə və metodiki vəsaitlərlə təmin olunub, seçici siyahıları və məlumat lövhələri asılıb.
Bəli, bu, bizim Xankəndidir. Düz 30 il həsrət qaldığımız, varlığını bilib, əlimiz çatmayan, ünümüz yetməyən, əcdadımızın yurd yeri...
İndi Xankəndidə yaşayan azərbaycanlı əhali özünün prezidentini, dövlət başçısını seçmək hüququndadır və əminəm ki, onlar çox böyük sevinclə, qürurla 7 fevral tarixində bu hüquqlarından istifadə edəcəklər.
**
Bu sətirləri yaza-yaza yadıma 44 günlük Vətən müharibəsindən sonra ilk dəfə getdiyim Şuşa və orada yaşadıqlarım düşdü. 2021-ci ilin yayında Şuşada bərpa olunan və 28 ildən sonra ilk dəfə keçirilən Vaqif Poeziya Günlərində gənc yazıçı kimi iştirak etməyin qürurunu bu günə kimi ruhumda hiss edir, yaddaşımın ən kövrək yerində əzizləyib oxşayıram. Təkcə ona görə yox ki, torpaqlarımız azad olunmuşdu, həm də ona görə ki, mən məndən asılı olmayan, heç kimin düşünmədiyi, mənim isə özümü bildim biləli yaxamı buraxmayan günahkarlıq duyğusundan qurtulmuşdum.
1992-ci ildə doğulmuş bütün həmyaşıdlarım bu duyğunu yaşayırdılarmı, bilmirəm, amma mən hər zaman Qarabağın həmin illərdə işğal olunması səbəbindən günahkarlıq hissi keçirmişəm. Həmişə özümü Qarabağın işğalı ilə yaşıd bilib, sanki bəduğur, bədayaqmışam kimi hiss etmişəm. Mən doğulmasaydım, ya da 1992-ci il heç yaşanmasaydı bu hadisələr, Xocalı soyqırımı kimi XX əsrin ən böyük faciəsi yaşanmayacaqmış kimi...
İndi isə Qarabağ azadlığına qovuşmuşdu. Onun işğal yaşı 2020-ci ildə tarixin qaranlıq səhifəsinə bükülüb məhvə sürüklənmişdi. Mən isə ondan sonra bir ad günümü qeyd etmişdim və artıq Qarabağın işğalından böyük idim.
Bəli, həmin gün mən həm də buna sevinirdim. Sanki illərdir qəlbimi məngənə kimi əzən yük məhz o an, Şuşadakı o tədbirdə birdən-birə silindi qəlbimdən və mən sevinclə fərqinə vardım ki, daha o işğalla yaşıd deyiləm, ondan böyüyəm.
Vaqif Poeziya Günlərinin və Vaqif Məqbərəsinin açılış tədbirində cənab Prezident, Müzəffər Ali Baş Komandan, bu qüruru, bu sevinci bizə yaşadan qalib Lider İlham Əliyev və Birinci vitse-prezident, ölkəmizin birinci xanımı Mehriban xanım Əliyeva da iştirak edirdilər. Tədbirdən sonra şair və yazarlarla görüşən, öz təəssüratlarını onlarla bölüşüb, onların sevinclərinə şahidlik edən cənab Prezidentə kimi minnətdarlığını bildirir, kimi Ona həsr etdiyi şeirini söyləyir, kimi şəkil çəkdirmək istəyir, kimi də dar macalda hansısa problemin həlli üçün kömək istəyirdi. Mənsə hadisələrin tən ortasında, amma düşüncələrimlə çox uzaqlarda idim. Ətrafımda baş verən hər şeyi görür, eşidirdim, fikrimdə isə bircə cümlə dolaşırdı: “Mən daha Qarabağın işğalı ilə yaşıd deyiləm!”
Bu möhtəşəm həqiqət ürəyimi elə böyük qürurla doldurdu ki, hiss elədim ürəyim artıq köksümə sığmır, bu gerçəyi bütün dünyaya hayqırmaq istəyirəm və qəfil dərk etdim ki, sevincimi bilmək hər kəsdən çox cənab Ali Baş Komandanın haqqıdır. Elə bu sevincin ağuşunda sözlər özümdən də xəbərsiz süzüldü dodaqlarımdan:
“Cənab Prezident!”
Çağırışım artıq bizimlə sağollaşıb getməyə hazırlaşan Prezidenti yolundan elədi. O, yenidən üzünü mənə tərəf çevirdi. Zamansız ağzımdan çıxan nidaya özüm də səksəndim və bircə anlıq ümid etdim ki, bəlkə cənab İlham Əliyev eşitməz, ya da işinin çox vaxtında ayaq saxlamaz. O isə hər zamanki sadə, təvazökar və mehriban təbəssümü ilə ayaq saxladı, bütün diqqəti ilə məni dinlədiyini hiss etdirdi. Artıq geriyə yol yox idi. Mən bu qayıdışa layiq sözlər deməli idim. Bu sevincimi onunla - qələbəmizin böyük memarıyla paylaşmaq istədiyim üçün dedim: "Cənab Prezident, mən Qarabağın işğalıyla yaşıd idim və indi sevinirəm ki, artıq o işğaldan böyüyəm".
Davamında gənc yazarların, həmyaşıdlarımın da minnətdarlığını dilə gətirdim.
Düşünmədən, hazırlaşmadan, ən səmimi duyğularımla dilə gətirdiyim bu sözlər sonradan böyük rezonansa səbəb oldu. Nə xoş ki, bu bir cümləni hər kəs öz qəlbinin qələmi ilə şərh etdi.
Bəli, İlham Əliyev müasir dünyanın qarşılaşmadığı, görmədiyi bir siyasi lider kimi uzaqgörən, təmkinli, düşünülmüş, cəsarətli addımları ilə Azərbaycanın adını qalib ölkə kimi tarixə yazmağı bacardı.
O gündən 3 ilə yaxın zaman keçib. İndi Şuşa ilə bahəm, Xankəndi də, Xocalı da, digər bütün torpaqlarımız da azaddır. Məsələn, təqvimdə dəhşətli faciə ilə assosiasiya olunan fevral ayı artıq Xocalı soyqırımının yaşandığı ay olmayacaq. İndi fevral ayının 7-si xalqımız, dövlətimiz, bütün türk dünyası üçün çox vacib, taleyüklü bir seçkilərin keçirilməsi ilə əlamətdardır. Həm də ilk dəfə olaraq Azərbaycanımızın bütün torpaqlarında, azad və hürr...
Qismətimə belə bir əlamətdar, önəmli seçkilərdə iştirak etmək düşdüyü üçün ayrıca sevinir və fərəhlə o günü gözləyirəm. Əlbəttə, fevralın 7-də öz həlledici səsimi təkcə Qarabağı azad edən bir namizədə deyil, həm də məni 28 illik utancdan, günahkarlıq duyğusundan xilas edən, artıq işğaldan düz 3 yaş böyük olmağımı təmin edən, bu kədərli hesablamamı 2020-ci ildəcə külə döndərən bir liderə səs verəcəyəm!
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

