Türkiyədəki fəlakətdən 1 il ötdü!
06.02.2024 [12:10]
Azərbaycanın qardaş həmrəyliyi…
Yeganə BAYRAMOVA
Ötən ilin 6 fevral günündə həm Türkiyə, həm də Azərbaycan səhərini faciə ilə açdı. Həmin gün qardaş ölkə ən böyük fəlakətlə qarşılaşdı. Fevralın 6-da Türkiyədə baş verən və əsrin fəlakəti olaraq qiymətləndirilən dağıdıcı zəlzələlərdən bir il ötür... Mərkəzi Kahramanmaraşın Pazarcık və Elbistan rayonları olan bu yeraltı təkanların şiddəti 500 atom bombası gücünə bərabər hesablanıb.
Bir neçə saat ara ilə sadəcə 105 saniyə davam edən iki zəlzələ nəticəsində 53 min 537 nəfər həlak olub, 107 min 213 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Yeraltı təkanlar zamanı 39 minə yaxın bina dağılıb. Bunlardan 26 minində axtarış-xilasetmə işləri aparılıb. Qeyd edək ki, Türkiyədə baş verən zəlzələ zamanı həlak olanlar arasında azərbaycanlılar da var idi.
Türkiyə üçün əsrin faciəsi…
Türkiyənin 11 vilayəti və 14 milyon insanı öz təsiri altına alan zəlzələ 120 min kilometrlik ərazini əhatə edib. Şəhərləri, kəndləri yerlə-yeksan edən bu yeraltı təkanların gücündən Hatayda yer səddində 400 metr uzunluğunda nəhəng çat meydana gəlib, Qaziantepdə iki təpə birləşib, Qaziantepin Nurdağı vilayətində bir kənd iki hissəyə ayrılıb, Kahramanmaraşın Çiğli kəndi 6,5, Değirmenkaya kəndi isə 6 metr sürüşüb.
Təbii fəlakət zamanı dağıntılar altında qalan minlərlə insan yardım gözləyirdi. Lakin fəlakətin şiddəti və əhatə dairəsi bu işləri olduqca çətinləşdirirdi. Yolların çökməsi, aeroportların, dəmir yollarının sıradan çıxması, dənizin daşması nəqliyyat vasitələrinin hərəkətini dayandırdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə dövlətin bütün qurumları səfərbər edildi, kabinet üzvləri zəlzələ bölgəsinə göndərildi. Təxminən 200 mindən çox işçi qüvvəsi fəlakət bölgəsinə yola düşdü.
Görülməmiş fəlakətlə qarşı-qarşıya qalan Türkiyə tarixinin ən çətin günlərindən birini yaşayırdı. Dövlətlə xalqın səfərbər olduğu bu faciədə yeganə məqsəd dağıntılar altında qalan insanları xilas etmək idi. Nə qədər çətin olsa da quru, hava və dəniz yardım dəhlizləri yaradıldı. Ucqar kəndlərə helikopterlər göndərildi.
Qardaş dəstəyi…
Zəlzələnin ilk günündən Azərbaycan qardaş ölkənin yanında oldu, ona hərtərfli dəstək və yardım göstərdi. Prezident İlham Əliyev fevralın 6-da türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi. Dövlət başçısı başsağlığı məktubunda bildirmişdi ki, Azərbaycan Türkiyəyə hər cür dəstək göstərməyə hazırdır. Fevralın 8-də Prezident Türkiyənin ölkəmizdəki səfirliyində olub, baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib. Dövlət başçısı bildirib ki, Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirmişik: “Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik. Hər zaman Türkiyə də bizim yanımızdadır, yaxşı günlərdə, çətin günlərdə”.
Qardaş ölkənin dərdinə şərik olmaq üçün dərhal Azərbaycanda qərargah yaradıldı. Türkiyəli qardaşlara kömək məqsədilə yardım toplama kampaniyasına start verildi. Vətəndaşlarımız könüllü olaraq öz qardaş və bacılarına yardım daşıdılar. Qısa müddət ərzində xeyli miqdarda üst geyimi, uşaq bezləri, uşaq yeməkləri və digər bu kimi məmulatları özündə əks etdirən ərzaqlar toplandı. İlk gün bir neçə TIR yola düşdü, ancaq proses bununla da bitmədi.
Türkiyə dövləti bu acı məqamdan çıxa bildi. Təbii ki, Azərbaycan da öz qardaş borcunu yerinə yetirdi. Kahramanmaraşda yenidənqurma işlərində, həm ondan əvvəlki dönəmdə Azərbaycan qardaş yardımını əsirgəmədi.
Azərbaycanlı xilasedicilərin şücaəti…
Xatırladaq ki, zəlzələ bölgəsində həyata keçirilən axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Prezident İlham Əliyevin göstərişinə əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) 420 nəfərlik xilasedici heyəti müvafiq avadanlıqlar və axtarış itləri ilə bərabər fevralın 6-da Türkiyəyə yola salınıb və orada fəaliyyət göstərib. Bundan əlavə, zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə FHN-in zəruri tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı və 34 nəfər tibbi, 7 nəfər qeyri-tibbi olmaqla 41 nəfərlik heyəti Türkiyədə olub.
Ölkə başçısının göstərişinə əsasən, 10 nəfər hərbi həkim, 8 nəfər tibb bacısı olmaqla Azərbaycan Ordusunun bir qrup hərbi tibb personalı da qardaş ölkədə zəlzələdən zərər görənlərə kömək edib. Azərbaycan komandası həmçinin Kahramanmaraşda 2 səhra xəstəxanası yaradıb. FHN-in tabeliyində olan xəstəxanalarda 41 həkim və səhiyyə işçisi çalışıb. Azərbaycan nümayəndə heyətinin tərkibində olan psixoloqlar yerlərdə zəlzələdən zərərçəkənlərə dəstək olublar. Xəstəxanalarda, o cümlədən cərrahiyyə xidməti və laboratoriyada zəlzələdən zərər çəkmiş təxminən 2 500 insana sağlamlıq xidmətləri və psixososial dəstək göstərilib. Pediatrlar zəlzələdən zərərçəkənlərə qulluq edib.
Zəlzələ bölgəsini ən son tərk edənlər də azərbaycanlı xilasedicilər oldu. Türkiyənin o vaxtkı xarici işlər naziri Mövlud Çavuşoğlu da Malatyada keçirdiyi mətbuat konfransında bildirmişdi ki, zəlzələ bölgəsini sonuncu tərk edənlər azərbaycanlı xilasedicilər idi…
Prezident İlham Əliyev Türkiyəli həmkarına zəlzələnin ildönümü ilə bağlı başsağlığı məktubu ünvanlayıb: “2023-cü ilin fevralında Türkiyədə baş vermiş və on minlərlə insanın həyatına son qoymuş dəhşətli zəlzələlərdən bir il ötür. Bu faciə nəticəsində həlak olmuş bacı-qardaşlarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, onlara uca Allahdan rəhmət, doğmalarına və yaxınlarına səbir diləyirəm.
Bu hüznlü gündə bir daha Türkiyənin kədərinə şərik olduğumuzu bildirir, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından başsağlığı verirəm”.
Qardaş ölkədə baş verənlər Azərbaycanı da dərindən sarsıtmışdı. Xalqımız həmin ağır günlərdə Türkiyə xalqı ilə bir ürək olaraq, faciənin ağrı-acısını bölüşdü, sonsuz kədərini birlikdə yaşadı. Dövlət və özəl qurumlarla yanaşı kiçikdən böyüyə hər bir soydaşımız zəlzələ qurbanlarına dəstək və mənəvi dayaq olmaq üçün əlindən gələni əsirgəmədi. Bütün bunlar Türkiyə ilə qardaşlıq və bağlılığımızın əyani sübutu idi.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45

