Azad olunmuş ərazilərdə seçki prosesi yüksək fəallıqla davam edir
07.02.2024 [17:08]
İşğaldan azad olunmuş ərazilərdə prezident seçkiləri seçicilərin yüksək fəallığı ilə davam edir.Səsvermə prosesi Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərində 118 saylı seçki dairəsinin üç məntəqəsində keçirilir. 57 saylı məntəqə Ağdam şəhəri Konfrans Mərkəzində, 58 saylı məntəqə “Azərenerji” ASC-nin binasında, 59 saylı məntəqə Kəngərli kəndində təşkil edilib. 57 saylı seçki məntəqəsinin sədri Arzu Rəhimova bildirib ki, məntəqə üzrə 1414 seçici qeydiyyata alınıb: “Seçki məntəqəsində seçkilərin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb”.
Məntəqəyə gələn seçicilərin hər biri səsvermədə böyük ruh yüksəkliyi ilə iştirak etdiyini bildirib. Ağdamda yol tikintisində çalışan Həbib Ağasiyev deyib: “Bu gün iş yoldaşlarımızla birlikdə böyük ruh yüksəkliyi ilə gəlib səsvermədə iştirak etdik. Azad ərazilərdə işləmək, həm də səs vermək olduqca qürurvericidir”.
125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə işğaldan azad olunan ərazilərdəki məntəqələrdə də günorta saatları olmasına baxmayaraq fəallıq müşahidə edilir. Zəngilan rayonunun Alıbəyli kəndi ərazisində yerləşən 61 saylı seçki məntəqəsinin sədri Gülnaz Mahmudova bildirib ki, məntəqə üzrə ümumilikdə 615 seçici qeydə alınıb və seçicilər Zəngilan rayonu ərazisində çalışan işçilərdir. Məntəqədə seçkinin gedişatını izləyən 11 müşahidəçi var.
61 saylı seçki məntəqəsində səs verənlərdən biri də Hacıqabul rayon sakini Heybət Rzazadədir. O, ilk dəfə səsvermə hüququndan işğaldan azad olunan ərazilərdə istifadə etdiyi üçün özünü qürurlu sayır. “Hər bir azərbaycanlı kimi mən də səsvermədə iştirak edirəm. Mənim üçün bu gün çox əlamətdardır. Çünki işimlə əlaqədar olaraq Zəngilandayam və ilk səsvermə hüququmdan da məhz işğaldan azad olunan ərazilərdə istifadə etdim. Bizlərə belə tarixi anları yaşadan şəhidlərimizə rəhmət diləyir, qazilərimizə şəfa arzulayıram”, - deyə o bildirib.
İşğaldan azad olunan Talış kəndinin ən yaşlı sakinləri prezident seçkilərində səs veriblər. Talış kənd sakinləri 91 yaşlı Ömərov Paşa Ömər oğlu və həyat yoldaşı, 86 yaşlı Ömərova Ulduzxan Məhəmməd qızının evinə daşınan seçki qutusu aparılıb.
Səhhətləri ilə əlaqədar məntəqəyə gələ bilmədiklərinə görə 97 saylı Tərtər-Naftalan- Goranboy seçki dairəsinin 58 saylı seçki məntəqəsinin əməkdaşları tərəfindən yaşlı seçicilər üçün şərait yaradılıb. Hər iki şəxs konstitusion hüquqlarından istifadə edərək, layiq bildikləri namizədə səs veriblər.
Bundan əlavə, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi üzrə 105 saylı məntəqə Şuşa şəhərində, 106 saylı məntəqə Xocalı rayonu Təzəbinə kəndində, 107 saylı məntəqə Xocalı rayonu, Əsgəran qəsəbəsində, 108 saylı məntəqə Xocavənd rayonu Hadrut qəsəbəsində yaradılıb.
Qeyd edək ki, budəfəki seçkilər ilk dəfə Azərbaycanın beynəlxalq səviyyədə tanınan bütün ərazilərində keçirilir.
Xəbər lenti
Hamısına baxMEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51

