Mənəviyyat bayrağı
21.02.2024 [10:44]
Bu gün Beynəlxalq Ana Dili Günüdür
Dil cəmiyyətləri millət edən, onları duyğuda, düşüncədə birləşdirən ən mühüm faktordur. Bu faktor həm də toplumları kütlə olmaqdan xilas edən, onları fikir və düşüncədə birləşdirərək cəmiyyətə çevirən ən mühüm mədəni dəyərdir. Dil həm də mədəniyyətin əsası və daşıyıcısıdır. Dili məhv etsən, milli ruh, milli mədəniyyət, milli düşüncə də olmaz. Buna görə də dili qorumaq və qoruyucu tədbirlər görmək həyati əhəmiyyət daşıyır.
21 fevral tarixi dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd edilir. Bu gün Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü kimi təsis edilib.
Mövzu ilə bağlı “Yeni Azərbaycan” açıqlama verən ADNSU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru Ruslan Abdullayev bildirib ki, Azərbaycan dilinin dövlət dili kimi qorunub bugünkü səviyyəsinə gəlib çatmasında Heydər Əliyevin uzaqgörən dil siyasətinin mühüm rolu olub: “Ömrünün hər anında öz milləti və dövləti üçün çalışan lider Azərbaycan dilinin hərtərəfli inkişafında, onun dünyada dövlət dili kimi tanınmasında, beynəlxalq kürsülərdən eşidilməsində əsaslı rol oynayıb. Ulu öndər Heydər Əliyevin qərarları və təşəbbüsü ilə Azərbaycan dilinin qorunması, təkmilləşdirilməsi və öyrənilməsi üçün addımlar atılıb.
Heydər Əliyev hələ Sovet dövründə Azərbaycan dili ilə bağlı mühüm qərarlar qəbul etmiş, dilimizin yaşamasında, dövlət dili statusu almasında mühüm rol almışdı. Heydər Əliyev 1969-cu ildə Azərbaycan SSR-də hakimiyyətə gəldikdən sonra Azərbaycan dilinin inkişafı ilə bağlı məsələlərə xüsusi diqqət ayırdı. O, Azərbaycan ədəbi dili ilə yanaşı, xalq danışıq dilini, onun etnolinqvistikasını, linqvokulturalogiyasını dərindən bilir, lazımi yerlərdə düzgün istifadə edirdi. Heydər Əliyevin Azərbaycan dilinə münasibəti Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) 50 illiyinə həsr olunmuş yubiley iclasında ilk dəfə Azərbaycan dilində açılış nitqi söyləməsi ilə başladı. Bu hadisə o zaman böyük rezonans yaratdı. Çünki həmin iclasda bütün respublikalardan, sosialist ölkələrdən, həmçinin xarici ölkələrdən iştirakçılar var idi”.
Dilçi alimin sözlərinə görə, bu kimi addımlar 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyasında müzakirə ediləcək dövlət dili haqqında maddəyə hazırlıq mərhələsi idi: “Məlum olduğu kimi, SSRİ-nin Konstitusiyasında bu vaxta kimi dövlət dili haqqında maddə yox idi. Ayrı-ayrı respublikalarda qəbul edilmiş konstitusiyaların heç birində həmin maddə öz əksini tapmırdı. Lakin buna baxmayaraq Heydər Əliyev Azərbaycan dilinin dövlət dili olması haqqında maddənin konstitusiyaya salınması fikrini irəli sürdü. 1978-ci ildə Heydər Əliyevin təklifi ilə Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının 73-cü maddənin aşağıdakı şəkildə verilməsi təklif olundu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Bu hadisədən sonra Heydər Əliyevin təşəbbüsü ilə ali məktəblər üçün dördcildlik “Müasir Azərbaycan dili” dərsliyinə, “Azərbaycan dilinin dialektologiyasının əsasları” dərs vəsaitinə respublika Dövlət mükafatları verildi, təhsil müəssisələrində ana dilinin tədrisinə ayrılan saatların miqdarı çoxaldıldı, Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə ali məktəblərə qəbul planları əhəmiyyətli dərəcədə artırıldı. Burda məqsəd Azərbaycan dilinin inkişafına, onun geniş şəkildə tədqiq edilməsinə nail olmaq idi”.
R.Abdullayev qeyd edib ki, Heydər Əliyevin Azərbaycan dilinin inkişafı ilə bağlı fəaliyyəti müstəqilliyin əldə olunmasının ardından da yüksək vüsət aldı: “Dövlət dilimizin Azərbaycan dili adlandırılması Ulu öndərin təşəbbüsü ilə reallaşdı. Heydər Əliyev bildirirdi ki, Ana dilinin adı müasir ictimai təfəkkür üçün tamamilə aydın olmalı, arxaik səciyyə daşımamalıdır. Ölkənin, xalqın və dilin adında məntiqi bağlılıq olmalı, biri digərini təsdiq etməlidir. Milli müstəqillik, milli mənlik qüruru zədələnməməlidir”.
Dosent vurğulayıb ki, Heydər Əliyev yazıçılarla, mədəniyyət işçiləri ilə, gənclərlə görüşlərində həmişə Azərbaycan dilini, onun saflığı və qorunmasını diqqət mərkəzində saxlayıb və dilçi alimlərə özünün nəzəri göstərişlərini verib: “Görkəmli dövlət xadimi bu sahədə nəzəri mülahizə və göstərişləri ilə yanaşı, Azərbaycan dilinin əməli olaraq tətbiqi ilə bağlı özünün nümunəvi nitqlərini də cəmiyyətə təqdim edirdi. Heydər Əliyev Azərbaycan dilinin üslublarından, zənginliyindən, frazeoloji söz birləşmələrindən həmişə məqamında istifadə edib, onlara bəzən yaradıcılıqla yanaşıb, öz nitqini auditoriyaya və seçdiyi mövzuya görə qurub, dil faktlarından, vurğu və intonasiyadan məharətlə istifadə edib. Azərbaycan dilinə həmişə xüsusi diqqətlə yanaşan Ulu Öndər müstəqillik dövründə Azərbaycan dilində reallaşan inkişaf və yenilikləri nəzərə alaraq 2001-ci il iyun ayının 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmanda dilimizin öz tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, müasir dövrdə dövlət dili sahəsində yaranmış problemlər də geniş təhlil edilib və həmin problemlərin həlli yolları göstərilib”.
Dilimizin inkişafı prosesi bu gün də diqqət mərkəzindədir. Bu ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının diqqət və qayğısı ilə “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi çərçivəsində yazıçı və şairlərimizin külliyatı yenidən nəşr olundu. Bu gün də dilimizin inkişafı istiqsamətində əsaslı addımlar davam etdirilir. Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur...
Günel ABBAS
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19

