Böyük Britaniyanın Baş naziri Prezident İlham Əliyevə məktub göndərib
14.03.2024 [22:32]
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Rişi Sunak Prezident İlham Əliyevə məktub göndərib.
Məktubda deyilir:
"Hörmətli Prezident Əliyev.
Sizi XI Qlobal Bakı Forumunun keçirilməsi münasibətilə təbrik edirəm.
Bu Forum vacib bir vaxta təsadüf edir. Bakı noyabrda COP29-a ev sahibliyi edəcək və bütün dünyanın nəzəri heç zaman olmadığı qədər Azərbaycana yönələcəkdir. Bilirəm ki, ölkəniz bu çağırışın öhdəsindən layiqincə gələcək və ənənəvi qonaqpərvərliklə mükəmməl tədbir təşkil olunacaq.
Dubayda COP28 çərçivəsində keçirilmiş Qlobal Dəyərləndirmə təcili fəaliyyətə ehtiyac olduğunu nümayiş etdirdi. Bu il razılaşdırdığımız iddialı öhdəliklərin həyata keçirilməsi baxımından diqqət Azərbaycanda olacaqdır. Birlikdə biz mərhələli şəkildə yanacaq enerji növlərindən və davamlı kömür istifadəsindən imtina yolu ilə enerji keçidlərini irəlilətməli və qlobal tullantıları azaltmalıyıq. Biz, həmçinin həssas vəziyyətdə olan ölkələrin iqlim dəyişikliklərinə qarşı dözümlülyünü gücləndirməyə davam etməliyik.
Böyük Britaniya da neft və qaz istehsalçısı olan bir ölkə kimi, qlobal istiləşmənin 1.5 dərəcədə məhdudlaşdırılmasına dair Paris öhdəliyinə sadiq qalaraq, xalqlarımızın və planetimizin gələcəyinin təmin edilməsi üçün ədalətli enerji keçidi üçün kursun müəyyən edilməsinin zərurətini anlayır.
COP29 çərçivəsində maliyyə sahəsinə ciddi diqqət yetiriləcəkdir. Biz iqlim dəyişikliyi ilə mübarizə üçün milyardlarla deyil, trilyonlarla ölçülən geniş maliyyə mənbələrini səfərbər edəcək “Yeni Kollektiv Kəmiyyət Məqsədi” ilə bağlı iddialı nəticələr əldə etməliyik. Böyük Britaniya hər bir COP tədbiri zamanı əvvəlki illə müqayisədə daha iddialı hədəflərin qarşıya qoyulması üçün Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri və Braziliya ilə əlaqələndirilmiş şəkildə fəaliyyət göstərə bilməsi imkanını alqışlayır. Biz bu tədbirə hazırlıq mərhələsində COP26-nın Qlazqoda keçirilməsi ilə bağlı əldə etdiyimiz təcrübəni Azərbaycanla bölüşməyə hazırıq.
Azərbaycan bütün dünyada dəyər verilən məhsulların daşındığı ticarət marşrutlarının üzərində yerləşir. Böyük Britaniya Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyaya, Türkiyə və Qara dəniz vasitəsilə isə Avropaya aparan yeni bağlantıların açılmasını dəstəkləməkdə davam edəcəkdir.
Qlobal Bakı Forumunun bugünkü XI iclasında qonaqlarınız yəqin ki, birgə təhlükəsizliyimizi və firavanlığımızı qoruyan ümumi, BMT Nizamnaməsində həkk olunan və bu gün bir çox istiqamətdən hücuma məruz qalan prinsip və dəyərlərdən danışacaqlar.
Azərbaycan özünün gələcəyi ilə bağlı yol kəsişməsindədir. Hazırda sizin Ermənistanla onilliklər boyu davam edən münaqişəyə son qoymaq üçün tarixi fürsətiniz var. Dünya sizin dekabr ayında verdiyiniz birgə bəyanatı alqışladı. Bu ilin noyabrında Bakıya səfər edərkən sülh müqaviləsinin artıq imzalandığını və təmin edildiyini, iqlim, enerji, su və ərzaq təhlükəsizliyinə dair ümumi çağırışların öhdəsindən birgə gəlməyə sadiq olan Cənubi Qafqaz ölkələrini görmək daha da əhəmiyyətli bir hadisə olardı.
Biz belə fürsətlərin aktual olmasını və ya mütləq yenidən meydana gəlməsini heç də təbii qəbul etmirik. Bəziləri çətinliklə nail olunmuş sülh və hamının maraqlarına hörmət üzərində qurulmuş əməkdaşlığı seçmək əvəzinə, dünyanı silahlı münaqişə və rəqabət mühitinə sürükləyir. Dünyanın təlatümlü və qeyri-müəyyən mərhələdə olduğu dövrdə biz sabitlik və müəyyənlik naminə fürsətdən yararlanacaq Azərbaycana nəzər salırıq.
Böyük Britaniya və Azərbaycan arasında olan əlaqələr qarşılıqlı firavanlıq və təhlükəsizlik maraqları naminə dərinləşməyə və genişlənməyə davam edir. 2024-cü ilin sonuna doğru COP tədbirinin Bakıda uğurla keçirilməsini dəstəkləmək üçün Böyük Britaniya yanınızda olacaqdır. Ümid edirəm ki, o vaxtadək siz Ermənistanla davamlı sülhə nail olacaqsınız və biz iki ölkəmiz arasında tərəfdaşlıq və əməkdaşlığın yeni dövrünə qədəm qoya biləcəyik. Sizə məhsuldar müzakirələr arzulayıram."
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 Avqust 10:06
Analitik
05 Avqust 10:05
Analitik
05 Avqust 09:55
Analitik
05 Avqust 09:40
Sosial
05 Avqust 09:20
YAP xəbərləri
05 Avqust 09:07
İqtisadiyyat
05 Avqust 09:05
Dünya
04 Avqust 23:48
Dünya
04 Avqust 23:24
Dünya
04 Avqust 22:56
Dünya
04 Avqust 22:15
Dünya
04 Avqust 21:54
Dünya
04 Avqust 21:23
Dünya
04 Avqust 20:57
Dünya
04 Avqust 20:26
Dünya
04 Avqust 19:50
Dünya
04 Avqust 19:35
Dünya
04 Avqust 18:42
Dünya
04 Avqust 18:25
Dünya
04 Avqust 17:57
İdman
04 Avqust 17:40
Dünya
04 Avqust 17:35
Dünya
04 Avqust 17:10
Elm
04 Avqust 17:10
Dünya
04 Avqust 16:55
Dünya
04 Avqust 16:22
İqtisadiyyat
04 Avqust 16:10
Dünya
04 Avqust 15:45
İqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28
Mədəniyyət
04 Avqust 15:28
İdman
04 Avqust 15:25
Dünya
04 Avqust 15:21
Dünya
04 Avqust 15:20
Dünya
04 Avqust 14:55
İqtisadiyyat
04 Avqust 14:37
Sosial
04 Avqust 14:32
Elm
04 Avqust 14:30
Dünya
04 Avqust 14:28
Dünya
04 Avqust 14:20
İdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Siyasət
04 Avqust 12:59
Siyasət
04 Avqust 12:55
Siyasət
04 Avqust 12:54
Siyasət
04 Avqust 12:53
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13

