XI Qlobal Bakı Forumu...
16.03.2024 [11:10]
Dünya mediasında geniş işıqlandırılıb
Bakıda keçirilən “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu dünya mediasının diqqət mərkəzindədir. Müxtəlif ölkələrin mətbu orqanlarında Azərbaycan Prezidenti İlham Əliyevin Forumdakı çıxışından sitatlar verilib.
Qardaş Türkiyənin mediasında Prezident İlham Əliyevin Forumun açılış mərasimində söylədiyi fikirlərə geniş yer verilib. “Anadolu” Agentliyi, “TRT”, “Hürriyet”, “Haber Türk”, “Haber Global”, “Sondakika.com”, “Akşam” və bir sıra digər media qurumları dövlətimizin başçısının fikirləri əsasında informasiyalar hazırlayıblar.
“Anadolu” Agentliyində dərc olunan xəbərdə Azərbaycan Prezidentinin bu fikirləri yer alıb: “İndi biz Ermənistanla heç vaxt olmadığımız qədər sülhə yaxınıq. Cənubi Qafqazın müstəqillik tarixində heç vaxt sülh bu qədər yaxın olmayıb”. Eyni zamanda, Prezident İlham Əliyevin tədbir iştirakçılarına Fransanın Azərbaycana qarşı mövqeyi, sanksiya cəhdləri və Evian şəhərində Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktları barədə məlumat verdiyi bildirilib.
“Haber Global”, “Sondakika.com”, “Akşam” saytlarında Anadolu Agentliyinə istinadla dərc olunan yazılarda dövlətimizin başçısının İkinci Qarabağ müharibəsi, bu dövrə qədər uzun illər davam edən danışıqlar prosesi, antiterror tədbirləri, Azərbaycan torpaqlarının uzun illər işğal altında qalması, bölgədə tarixi ədalətin bərpası, Fransada Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktı ilə bağlı fikirlər yer alıb. “Ekonomim”, “İHA” və “Beyaz gəzet” portalları da Azərbaycan Prezidentinin Forumdakı fikirlərini oxuculara çatdırıblar.
XI Qlobal Bakı Forumunun ilk günü Türkiyənin televiziya kanallarında da geniş işıqlandırılıb.
Rusiya KİV-ləri də XI Qlobal Bakı Forumuna geniş diqqət ayırıb. “News.ru” nəşri Prezident İlham Əliyevin Fransanın Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə qeyri-adekvat reaksiyasını pisləməsindən yazıb. Sayt dövlətimizin başçısına istinadla qeyd edib: “Burada beynəlxalq reaksiya haqqında danışarkən mən bir ölkənin mövqeyini təəssüflə qeyd etməliyəm. Bu mövqe beynəlxalq ictimaiyyətin yanaşması ilə ziddiyyət təşkil edir. Bu ölkə Fransadır”.
“Vestnik Qafqaza” agentliyi isə Azərbaycan Liderinin “İndi biz Ermənistanla heç vaxt olmadığımız qədər sülhə yaxınıq. Cənubi Qafqazın müstəqillik tarixində heç vaxt sülh bu qədər yaxın olmayıb” fikirlərini önə çıxararaq, Fransanın regionda sülhün bərqərar olması prosesinə maneə törətdiyini vurğulayıb. Prezident İlham Əliyevin Forumda çıxışına həsr olunmuş materialda, həmçinin bildirilir ki, rəsmi Bakı ermənilərin birtərəfli qaydada Qarabağa qayıtmaları ilə razılaşmır. Nə qədər ki, Makron erməni revanşizmini dəstəkləyir, Fransa vasitəçi statusuna namizəd ola bilməz və beləliklə, Aİ-nin Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması prosesində iştirakı şansı azalır.
TASS, “RBK” agentlikləri, “Arqumentı i faktı”, “Lenta.ru”, “Qazeta.ru” və digər nəşrlər Azərbaycan Prezidentinin çıxışında sülhə çağırışların olmasından yazıblar. Dövlətimizin başçısının Azərbaycanın Qarabağ məsələsi öz həllini tapdıqdan sonra sülh prosesini davam etdirməyə hazır olması və indi regionda düşmənçiliyə son qoymaq vaxtının yetişməsi barədə dediklərini oxuculara çatdırıblar.
Dövlətimizin başçısının Forumun açılış mərasimindəki çıxışı İran mətbuatının da diqqət mərkəzində olub. Bu ölkənin “Tasnim”, İSNA, “Hayat”, “Donya-e-eqtesad”. “Shahrarnews” saytlarında yayımlanan materiallarda Azərbaycan Prezidentinin regionda sülh və sabitliyin yaradılması istiqamətində iş apardığı qeyd olunur. Dövlətimizin başçısının “İndi biz Ermənistanla heç vaxt olmadığımız qədər sülhə yaxınıq” fikrinə diqqət çəkən media qurumları Azərbaycan Prezidentinin sülh danışıqlarını davam etdirməyə hazır olduğunu bildirdiyini qeyd ediblər. Məqalələrdə, eyni zamanda, diqqətə çatdırılır ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən Forum rəsmi Bakının sülhməramlı niyyətindən xəbər verir.
Vurğulanır ki, Qlobal Bakı Forumu 2013-cü ildən Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Bu möhtəşəm beynəlxalq müzakirə platformasında dünyanın 70 ölkəsindən 350-dən çox nümayəndə iştirak edir. Onların arasında tanınmış siyasi, mədəniyyət, elm xadimləri var. Forumun işinə 80-dən çox sabiq prezident və Baş nazir qatılıb.
Forumda dünyanı narahat edən problemlər və onlardan çıxış yolları müzakirə olunur. Müasir dövrdə geosiyasi gərginliyin artdığı bir zamanda belə tədbirlər olduqca əhəmiyyətlidir.
Prezident İlham Əliyevin XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışı Ukraynanın kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb. “TCN.ua”, “Antikor”, “Yevropeyska Pravda”, “Kurs Ukraini”, “Pravda”, “Ren.tv”, “Ukr.net” və digər xəbər saytlarında dərc olunan məqalələrdə dövlətimizin başçısının Forumun açılışındakı çıxışında Ermənistanla sülh danışıqlarına dair fikirləri yer alıb. Prezident
İlham Əliyevin sitatına istinadla qeyd edilib ki, indi Azərbaycan Ermənistanla sülhə heç vaxt görünmədiyi qədər yaxındır. “Cənubi Qafqazda müstəqillik tarixində sülh bu qədər yaxın olmamışdır. Bu da İkinci Qarabağ müharibəsinin nəticəsidir”, - deyə məqalələrdə Azərbaycan Prezidentinin fikirlərinə istinadla vurğulanıb.
Prezident İlham Əliyevin Forumun açılış mərasimindəki çıxışı, həmçinin Gürcüstanın aparıcı informasiya portallarının, radio və televiziyalarının diqqət mərkəzində olub. “İnterpressnews.ge”, “1tv.ge”, “realnews.ge”, “24news.ge”, “interpress.ge”, “radiotavisupleba.ge”, “ambebi.ge”, “newshub.ge” portallarının yaydığı materiallarda Azərbaycan Prezidentinin Qlobal Bakı Forumu, Ermənistanla sülh müqaviləsinin əhəmiyyəti və imkanlarla bağlı fikirləri yer alıb.
“İnterpressnews.ge” portalı Prezident İlham Əliyevin bu fikirlərinə diqqət çəkib: “İndi biz Ermənistanla sülhə heç vaxt görünmədiyi qədər yaxınıq. Cənubi Qafqazda müstəqillik tarixində sülh bu qədər yaxın olmamışdır. Bu da İkinci Qarabağ müharibəsinin nəticəsidir”. Yazıda, həmçinin bildirilib ki, Azərbaycan Ermənistanla sülh danışıqlarını davam etdirməyə hazırdır, çünki regionda qeyri-sabitliyə son qoymağın vaxtı yetişib.
“1tv.ge” ictimai televiziyasının yaydığı məlumatda isə deyilir: “Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası həll olunmaz görünən münaqişələrin həlli üçün çoxlu müsbət nəticələr verəcək”. Qeyd edilib ki, Cənubi Qafqaz regionunda baş verən dəyişikliklər yerli xarakterli görünə bilər, lakin, əslində, onların daha geniş nəticələri var, çünki son bir ildə əsas geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası olub. “Bu, həll olunmayan kimi görünən münaqişələrin həlli üçün bir model olaraq istifadə edilə bilər. Cənubi Qafqazın müstəqillik tarixində heç vaxt sülh bu qədər yaxın olmayıb. Bu, İkinci Qarabağ müharibəsinin nəticəsidir”, - deyə məlumatda vurğulanıb.
“RealNews.ge” portalı Azərbaycan Prezidentindən sitat gətirərək yazır ki, Fransada Natəvanın heykəlinə qarşı vandalizm aktı ikili standartların nümayişidir.
Digər portalların Azərbaycan, gürcü və rus dillərində yaydıqları materiallarda ölkəmizin sülh çağırışları, dünya iqtisadiyyatına, mədəniyyətinə verdiyi töhfələr, eyni zamanda, Ermənistanla sülh müqaviləsinin imzalanması, regionda sülhün və sabitliyin bərpa olunması üçün gördüyü işlər barədə oxuculara məlumatlar verilir.
Qeyd edək ki, XI Qlobal Bakı Forumuna dair materiallar, həmçinin Misir və Mərakeş portallarında da yayımlanıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38

