Erməni terrorunun sərhədsizliyi...
19.03.2024 [11:30]
Bakı metrosundakı faciədən 30 il ötür!
Y.SAHİB
Müxtəlif zamanlarda xalqımız Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanmış terror hadisələrinin qurbanı olub. Çoxsaylı sakinlər-qadınlar, uşaqlar və qocalar ermənilərin təşkil etdiyi bu qanlı terrorlar zamanı həyatlarını itiriblər. Bu hadisələrin hər biri isə tariximizin qanlı səhifələridir.
Yeri gəlmişkən, bu gün Ermənistan xüsusi xidmət orqanlarının Bakı Metropolitenində törətdiyi terror aktından 30 il ötür. 1994-cü il mart ayının 19-da saat 13:00 radələrində Bakı metrosunun “20 Yanvar” stansiyasında baş vaqona qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayananda işə düşüb. Həmin hadisə zamanı 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. Həlak olanlar arasında Azərbaycanın Xalq artisti Rafiq Babayev də olub.
İstintaq və məhkəmə yolu ilə sübut edilib ki, terror aksiyası Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanıb. Hadisə Qarabağ uğrunda gedən döyüşlər zamanı - 13 yanvar 1994-cü ildə əsir düşmüş və Ermənistan xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilmiş Aslanov Azər Salman oğlu tərəfindən törədilib.
Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdu ki, 14 yanvar 1994-cü ildə Zori Balayan hərbi əsir Azər Aslanovla görüşüb, azərbaycanlılara qarşı mübarizədə bütün azsaylı xalqların birgə fəaliyyət göstərmələrinin vacibliyini bildirib. 9 iyun 1994-cü ildə Ermənistan xüsusi xidmət orqanlarının Artur adlı əməkdaşı A.Aslanovun Bakıdakı mənzilinə zəng vuraraq onun sağ olduğunu bildirib və azad olunması üçün yaxın qohumlarından birinin Yerevan şəhərinə gəlməsinin zəruriliyini qeyd edib. 16 iyun 1994-cü il tarixində A.Aslanovun anası Tacibat Aslanova Yerevana gedir. Azər Aslanova anasının həyatının təhlükə altında olduğu bildirilir. Bu təhdidlər altında o, Ermənistan xüsusi xidmət orqanları ilə “Ömər-75” təxəllüsü ilə daimi əməkdaşlığa cəlb edilir.
Azərbaycana maneəsiz gəlməsi üçün Azər Aslanovun adına saxta sənədlər hazırlanır, partlayıcı maddə isə müvafiq qaydada peçenye, şokolad və dezodarant qutularında gizlədilir. A.Aslanov “Yerevan-Mineralnıye Vodı-Bakı”marşrutu ilə Azərbaycana gələrək, 3 iyul 1994-cü ildə Bakı metrosunun “28 May” və “Gənclik” stansiyası arasında qatarda terror aktını həyata keçirib və yenidən Ermənistana qayıdıb.
İstintaq zamanı müəyyən edilmişdi ki, terror aktının təlimatçıları Ermənistan xüsusi xidmət orqanlarının polkovniki Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olub. Azərbaycan Respublikasının Ali Məhkəmə instansiyaları tərəfindən aparılmış araşdırmalar prosesində göstərilən terror aktlarının həyata keçirilməsində Qarabağın qeyri-qanuni rejiminin funksionerləri və Ermənistanın xüsusi xidmət orqanlarının təşkilatçılığı, maliyyə və texniki dəstəyi, əksər hallarda isə bilavasitə iştirakı prosessual qaydada sübuta yetirilib.
Bununla da Moskvada Azərbaycan vətəndaşı Azər Aslanov həbs edilir. 1997-ci ilin 29 noyabr tarixində onu Azərbaycana göndərirlər. 1998-ci ildə Aslanov bu terror aktını keçirmək göstərişini erməni əsirliyində olarkən, publisist Zori Balayandan aldığını deyir. Beləliklə, Azər Aslanova ömürlük həbs cəzası verilir.
Aslanovun ifadələri əsasında, məhkəmənin göstərişi ilə Zori Balayana qarşı cinayət işi açılır, 1999-cu ildə Azərbaycan Respublikasının Baş Prokurorluğunun təqdimatı əsasında Balayan İnterpolun xətti ilə beynəlxalq axtarışa elan edilir. Daha sonra o, MDB dövlətlərində də, beynəlxalq axtarışa verilir.
Qeyd edək ki, 1994-cü ilin 3 iyulunda da Bakı metrosunun “28 May” və “Gənclik” stansiyalarının arasında qatarda partlayış törədilib. Bu hadisədə 13 nəfər həlak olub, 42 nəfər yaralanıb. Azərbaycanın hüquq-mühafizə orqanları bu hadisəni də Ermənistanın xüsusi xidmət orqanlarının təşkil etdiyini müəyyənləşdirib.
Xəbər lenti
Hamısına baxAnalitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07

