Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / BMT-nin 15-ci İqlim Dəyişikliyi Konfransı

BMT-nin 15-ci İqlim Dəyişikliyi Konfransı

20.03.2024 [10:37]

 COP15 harada keçirilib?

 Günel ABBASOVA

Birləşmiş Millətlər Təşkilatının 15-ci İqlim Dəyişikliyi Konfransı 2009-cu il 7-18 dekabr tarixlərində Danimarkanın paytaxtı Kopenhagendə keçirilib. Konfransda Bali Yol Xəritəsinə əsasən, 2012-ci ildən sonra iqlim dəyişikliyinin azaldılması üçün çərçivə haqqında razılaşma əldə edilməli idi.

Dekabrın 18-i - konfransın son günü beynəlxalq media, iqlim danışıqlarının “qarışıqlıq içində” olduğunu bildirdi. Media, həmçinin konfransın sonunda sammitin dağılması əvəzinə yalnız “zəif siyasi bəyannamə”nin gözlənildiyini qeyd etdi. Kopenhagen sazişi dekabrın 18-də ABŞ, Çin, Hindistan, Braziliya və Cənubi Afrika Respublikası tərəfindən hazırlanıb və ABŞ hökuməti tərəfindən “anlamlı razılaşma” hesab edilib. Ancaq sənəd ertəsi gün bütün iştirakçı ölkələrin yer aldığı müzakirədə yekdilliklə qəbul edilmədi. Sənəddə etiraf edilirdi ki, iqlim dəyişikliyi günümüzün ən böyük problemlərindən biridir və temperatur artımını 2°C-dən aşağı saxlamaq üçün tədbirlər görülməlidir. Sənəd hüquqi qüvvəyə malik deyil və CO2 emissiyalarını azaltmaq üçün heç bir hüquqi öhdəlik daşımırdı.

Dövlət başçıları arasındakı gərgin danışıqlardan sonra dekabrın 18-də elan olundu ki, bir tərəfdən ABŞ, digər tərəfdən Çin, Cənubi Afrika, Hindistan, və Braziliya bu sazişi qəbul etməkdən yayınıblar. Adı açıqlanmayan ABŞ hökumət rəsmisi sazişin “tarixi irəliləyiş” olduğunu, lakin gələcəkdə təhlükəli iqlim dəyişikliyinin qarşısını almaq üçün kifayət etmədiyini bildirmişdi. Bununla belə, BBC-nin həmin illərdə dərc olunan məlumatında deyilirdi ki, Ağ Ev razılaşmanı elan edərkən, bir çoxları - bəlkə də əksəriyyəti, eləcə də digər nümayəndə heyətləri bu sazişlə tam tanış deyildilər. Buna səbəbdən idi ki, Böyük Britaniya rəsmisi mətnin hələ yekunlaşmadığını və Boliviya nümayəndə heyətinin artıq bunu “anti-demokratik” adlandırdığını demişdi. Bildirilirdi ki, qlobal temperatur artımını məhdudlaşdırmaq üçün açıq hədəf və tullantıların pik həddə çatması üçün hədəf il olmadan iqlim təsirlərinə qarşı həssas olan ölkələr istədikləri razılaşmanı əldə edə bilməyəcəklər. Sənəddə “anlamlı” ifadəsinin işlədilməsi isə “The Guardian”da dərc olunan redaksiya məqaləsi tərəfindən siyasi spin kimi qiymətləndirilmişdi.

Dekabrın 19-da nümayəndələr “18 dekabr 2009-cu il tarixli Kopenhagen Konsensusunu qəbul etmək” təklifini təsdiq etdilər. Bunun səbəbi Boliviya, Venesuela, Sudan və Tuvalu kimi ölkələrin Kopenhagen Sazişinə aparan həm məqsədlərə, həm də prosesə etirazlarını bildirmələri idi. BMT-nin Baş Katibi Pan Gi Mun ABŞ-ın dəstəklədiyi iqlim sazişini “mühüm başlanğıc” kimi qiymətləndirdi. Lakin müqavilənin dəqiq hüquqi mahiyyəti ətrafında müzakirələr davam etdi. Kopenhagen Konsensusu temperatur artımlarının 2°C-dən aşağı saxlanmasına dair elmi vəziyyəti tanıyır, lakin bu hədəf üçün əsas göstəricini və ya hədəfə çatmaq üçün tələb olunan emissiyaları azaltmaq üzrə öhdəlikləri ehtiva etmirdi. Sazişin bir hissəsi kasıb ölkələrin iqlim dəyişikliyinə uyğunlaşmasına kömək etmək üçün gələcək üç il ərzində inkişaf etməkdə olan ölkələrə 30 milyard ABŞ dolları və 2020-ci ilə qədər hər il 100 milyard ABŞ dolları məbləğində yardım vəd edirdi. 2050-ci ilə qədər temperatur artımını 1,5°C-ə qədər məhdudlaşdırmaq və CO2 emissiyalarını 80% azaltmaq məqsədi daşıyan əvvəlki təkliflər isə geri götürülürdü. Müqavilə, həmçinin inkişaf etməkdə olan ölkələrə “REDD+” kimi tanınan meşələrin qırılması və deqradasiyası nəticəsində tullantıların azaldılması üçün ödənişlər edən inkişaf etmiş ölkələri dəstəkləyirdi. Razılaşma məcburi deyildi, lakin ABŞ prezidenti Obama demişdi ki, ölkələr öz uğurlarını bu yolla dünyaya göstərə bilərlər. Onun sözlərinə görə, məcburi razılaşmanı gözləsəydilər, heç bir irəliləyiş əldə olunmazdı.

Buna baxmayaraq bir çox ölkələr və qeyri-hökumət təşkilatları müqaviləyə qarşı çıxdılar. Lakin 2010 -cu il ərzində 138 ölkə ya müqaviləni rəsmi olaraq imzaladı, ya da imzalayacaqlarını bəyan etdi. IBON Fondundan Toni Tujan mətbuata açıqlamasında deyirdi ki, Kopenhagenin uğursuzluğu insanların bəzi yanlış fikirləri açıqlığa qovuşdurmasına və hadisələrə vahid perspektivdən yanaşmasına imkan verə bilər. Bu, həm də inkişaf etməkdə olan ölkələrin dəstəyini qazanmağa kömək edə bilər. Maltanın İqlim Dəyişikliyi Səfiri Maykl Zammit Kutajar bu vəziyyəti “şok situasiyaları insanları dialoqa daha açıq edir” ifadəsi ilə izah etmişdi.

Paylaş:
Baxılıb: 432 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30