Uşaqlar üçün Novruz şənliyi təşkil olunub
25.03.2024 [13:28]
Martın 24-də "Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası" İctimai Birliyinin təşəbbüsü ilə həssas təbəqədən olan uşaqlar üçün Novruz şənliyi təşkil olunub. Millət vəkilləri Arzu Nağıyev, Müşfiq Məmmədli, Əməkdar jurnalist Mətanət Ağamirli, dosent, tibb üzrə fəlsəfə doktoru Afət Həsənova, 28 qat dünya çempionu Eduard Məmmədov və bir sıra sənətçilər tədbirə qatılıblar. Çağırışa qoşulan ictimaiyyət nümayəndələri, ziyalılar, sənətçilər uşaqların Bahar bayramını təbrik edərək ölkəmizdə həssas kateqoriyadan olanlara göstərilən qayğıdan, onların cəmiyyətə inteqrasiya olunması üçün görülən işlərdən və bu sahədə həyata keçirilən tədbirlərdən bəhs ediblər. Bildirilib ki, orta əsrlərdən günümüzə gəlib çatmış qədim Novruz bayramı xalqımızın milli sərvətidir və uşaqlara bu bayramı yüksək əhvali-ruhiyyə ilə, sevinclə, yaddaqalan yaşatmaq özü bir dəyərdir, xalqımızın humanizm, sevgi, mərhəmət ənənəsidir. Tədbirdə çıxış edən "Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası" İctimai Birliyinin sədri üçqat dünya, dördqat Avropa çempionu, paraolimpiyaçı Aynur Məmmədova təşkilatçılar adından tədbirin keçirilməsinə maddi və mənəvi dəstək verən milllət vəkillərinə, ziyalılara, sahibkar Fidan Cəbiyevaya, “Tonqal” restoranının, “Ləzzət” kulinariya evinin, içməli su və sərinləşdirici içkilər istehsalçısı TAC MMC şirkətinin rəhbərliyinə xeyriyyə tədbirinə göstərdiyi dəstəyə görə vətəndaş cəmiyyəti adından minnətdarlığını bildirilib. Şənlik boyu Novruzun əsas personajları sayılan Keçəl və Kosa uşaqları əyləndirib, incəsənət ustaları, tanınmış sənətçilərin musiqi nömrələri ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

