NATO müəmması...
05.12.2024 [08:58]
Avropa Vaşinqtonu fikrindən daşındırmağa çalışır
“Köhnə qitə” təhlükəsizlik “çətiri”ni itirmək üzrədir
Şərqi Avropada müharibənin bitmə perspektivinin yaranması kollektiv Qərbin bir sıra nümayəndələrini narahat etməkdədir. Xüsusilə, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın müharibə ilə bağlı mövqeyi, ölkəsinin NATO-dan çıxması haqqında açıqlamaları, Almaniyanın son sülhyaratma missionerliyi “Avrokoalisiya”nı təşvişə salıb. Bayden adminstrasiyasının dağıdıcı siyasi kursuna alət olan bu dövlətlər gələcəkdə Moskva ilə yaşaya biləcəkləri problemləri indidən göz önünə alırlar. Bu baxımdan da, onlar hərəkətə keçərək ABŞ-ın həm NATO-dan çıxmasının qarşısını almaq, həm də Ukraynaya hərbi yardımın minimuma endirməklə bağlı qərarlarından daşındırmaq istəyirlər.
Silah bazarı əldən çıxır, Rusiya ilə üz-üzə qalmaq qorxusu yaranır...
ABŞ-nin kölgəsində, NATO çətiri altında Rusiyaya qarşı açıq müharibə demarşları edən ölkələr təbii ki, təkbətək mübarizədən yayınırlar. Onlar Avropa qitəsində sabitliyin yaranmasını özləri üçün sanki təhdid sayırlar - əslində isə, avrosentrist qrupun Fransa kimi üzvləri ABŞ-ni “Rusiya kartı ilə” şantaj edərək ötən dövrdə özünün maraqlarını önə çəkib:
- Məsələn, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Fransanın silah satışından əldə etdiyi gəlir bir neçə dəfə artıb. Bu silahların mühüm hissəsi Ukraynaya satılıb və ya “verilib” - həmin silahların pulu isə məhz ABŞ-nin ayırdığı yardımlar əsasında ödənilib;
- Kolonialist siması ifşa edilən Fransa və onun kimi dövlətlər artıq müstəmləkələrdən qovulurlar. Havayı qazanc mənbələri əldən çıxır - bunun kompensasiyası isə fərqli coğrafiyalarda yeni siyasi oyunlar qurmaqdır. Xatırladaq ki, Cənubi Qafqaz üzərində də Ermənistanın əli ilə bu tamaşanın bir “pərdəsi”ni oynamağa cəhd ediblər, amma alınmayıb. Bu “tamaşalar”, siyasi oyunlar isə “kollektiv Qərb” fonunda ABŞ-nin adından istifadə edilərək irəli sürülür. Çünki təkbaşına bu dövlətlərin əksəriyyəti heç bir hansısa uğur əldə etməyə qadir deyil...
ABŞ-ni yola gətirmək üçün
Bu mənada, yaranan yeni situasiya onların maraqlarına cavab vermir. Yeri gəlmişkən, NATO-nun baş katibi Mark Rütte ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa Ukraynanın Rusiya ilə mənfi şərtlərlə sülh sazişi imzalaması halında Amerikanın qarşılaşacağı ciddi təhlükələr barədə xəbərdarlıq edib. Rütte Ukraynaya məcburən zərərli bir sülh razılaşması təklif edilməsi vəziyyətində Çin, İran və Şimali Koreyanın mövqeyinin güclənəcəyini vurğulayıb. O, Ukraynanın Rusiyaya qarşı “yaxşı bir razılaşma” əldə etməsinin vacib olduğunu qeyd edib və ABŞ-ni Ukraynaya hərbi dəstəyi davam etdirməyə çağırıb.
NATO-nun baş katibi Ukraynanın “zərərli” bir sülhə məcbur edilməsinin yalnız Qərbin düşmənlərini sevindirəcəyini və onların öz hücumlarını planlaşdırmağa başlayacağını bildirib. NATO-nun Baş katibi Ukrayna prezidentinin müzakirələrə güclü bir mövqedən başlamağı üçün ona hərbi dəstəyin artırılmasının daha vacib olduğunu, NATO üzvlüyü ilə bağlı müzakirələrdən daha önəmli hesab etdiyini bildirib.
Ukrayna prezidenti Volodimir Zelenski daha əvvəl bildirib ki, Tramp və onun komandası Ukraynanın mövqeyini və “qələbə planını” yaxşı anlayır. Bu plan Ukraynanın sülh danışıqlarında güclü mövqe əldə etməsini təmin etməyə yönəlib.
Əslində artıq NATO rəhbərliyi və Zelenski də dərk edir ki, sülh qaçılmazdır - sadəcə indi aparılan “mübarizə” sərfəli sülh şərtləri əldə etmək üçündür.
Avropa diz üstdədir...
İsveçrəli deputat Jaklin De Kuatro isə bildirib ki, ABŞ NATO-nu tərk edərsə, Ukrayna münaqişəni uduzacaq. “Avropa bu hərbi dəstəyin çatışmazlığını aradan qaldıra bilməyəcək”, - deyə deputat etiraf edib. J.Kuatro həmçinin bildirib ki, İsveçrə Donald Trampın ABŞ-də hakimiyyətə gəlməsindən narahatdır, çünki bu, ölkədəki geosiyasi vəziyyətə birbaşa təsir edir.
Vurğulamaq lazımdır ki, NATO-nun gələcəyi ilə bağlı ortaya çıxan ən mühüm “narahatlıqlardan” biri Trampın ölkəsinin alyansı tərk etmə perspektivini açıqlamasıdır. Halbuki, Bayden adminstrasiyası seçkilərə qədər Ukraynanın da alyansa qoşulması üçün əlindən gələni edirdi. Bəzi Avropa ölkələrinin bu plana “veto” qoyması isə Baydenin komandasının işini çətinə saldı.
İndiki halda isə nəinki Ukraynanın quruma qoşulması, hətta qurumun özünün gələcəyi sual altına düşüb. Tramp adminstrasiyasına ölkəni NATO-dan çıxarmaq üçün Senatın üçdə iki səsi və ya Konqresin aktı bəs edir. Bu isə Avropanın ən böyük 15 NATO üzvünün hərbi xərclərinin ildə 340 milyard dollar artması deməkdir. Nəzərə alsaq ki, Şimal Alyansında xərclərin ödənilməsində yeganə üçrəqəmli göstərici (750 milyard dollar) ABŞ-yə aiddir, bu o deməkdlir ki, Vaşinqtonun NATO-dan çəkilməsi ehtimalı Avropanı əməlli başlı çətinə salacaq. Bu səbəbdən də avrosentrist qrup min bir bəhanə ilə, xüsusilə Kiyev üzərindən Donald Trampa təsir etməyə salışır
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

