Miqrantlara qarşı mübarizə güclənir...
28.01.2025 [09:32]
ABŞ tarixin ən böyük kütləvi deportasiya əməliyyatına başlayır
Müasir dünyanın ən mühüm problemlərindən və acı reallıqlarından biri olan qeyri-qanuni miqrasiya məsələsi yenidən gündəmə gəlir. Belə ki, Donald Trampın rəsmi şəkildə prezident səlahiyyətlərinə başlaması ilə ABŞ-da qeyri-qanuni miqrasiyaya qarşı tədbirlər kəskinləşir. Xatırladaq ki, Tramp həm seçki kampaniyası dövründə, həm də andiçmə mərasimindəki çıxışında miqrantlara qarşı kəskin addımların atılacağı ilə bağlı fikirlər irəli sürmüşdü.
Son məlumata əsasən isə ABŞ-də miqrasiya ilə mübarizə üzrə genişmiqyaslı əməliyyat çərçivəsində terrorda şübhəli bilinən şəxs də daxil olmaqla 538 qanunsuz miqrant saxlanılıb və yüzlərlə miqrant deportasiya edilib. Bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt sosial şəbəkələrdə məlumat verib. “Qanunsuz miqrantlar arasında cinayətkarlar, o cümlədən terrorda şübhəli bilinən şəxslər saxlanılıb. Həmçinin yüzlərlə cinayətkar deportasiya edilib. Tarixdə ən böyük kütləvi deportasiya əməliyyatı tam gücü ilə davam edir”, - o bildirib. Mətbuat katibi miqrantların hara deportasiya edildiyini açıqlamayıb.
Bayden hakimiyyəti dövründə 8 milyon miqrant gəlib
Vurğulandığı kimi, günümüzün acı reallıqlarından biri sayılan qeyri-qanuni miqrasiyanın əsas marşurutu qismində ABŞ və Avropa İttifaqı hər zaman aktuallıq kəsb edib. Təsadüfi deyil ki, təkcə 2023-cü il oktyabrın 1-dən 2024-cü il mayın 28-nə kimi 57 min 200 qanunsuz miqrant ABŞ-ın cənub sərhədini keçərək Kaliforniya ştatına çatmağa cəhd edib. Bəzi miqrantlar ABŞ-da daha yaxşı həyat axtardıqlarını söyləyiblər.
2023-cü ildə isə ABŞ-ın cənub-qərb sərhədinə 2.5 milyondan çox miqrant gəlib. Onların əksəriyyəti ölkəyə daxil olmağı bacarıb. Göründüyü kimi, ABŞ-da miqrasiya göstəriciləri son illərdə xüsusilə artıb - 2021-2023-cü illər arasında illik “xalis miqrasiya” - ölkədən gedənlər ölkəyə daxil olanların sayından çıxılmaqla - orta hesabla 2,4 milyon nəfər təşkil edib. Əldə edilən məlumata görə, Cozef Baydenin hakimiyyəti dövründə ABŞ-a 8 milyondan çox insan gəlib.
Deportasiya siyahısına Fransa başçılıq edir
Analoji problem Aİ üçün də aktuallıq kəsb edir. Son illərdə Avropa İttifaqı qeyri-qanuni miqrasiyanın artması ilə üzləşib və buna qarşı mübarizəni daha da kəskinləşdirib. Məsələn, 2022-ci ildə Aİ-yə qeyri-qanuni yollarla daxil olan miqrantların sayı 330 min nəfəri keçib. Bu artım Aİ-ni qeyri-qanuni miqrasiyaya qarşı tədbirlərini gücləndirməyə vadar edib. Aİ qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün müxtəlif strategiyalar həyata keçirib və keçirməkdə davam edir. Məsələn, Aİ Tunisə qeyri-qanuni miqrasiya ilə mübarizə üçün 900 milyon avro maliyyə yardımı ayırıb. Bu məbləğin 100 milyonu dənizdə miqrantların olduğu qayıqları aşkar edərək onları evlərinə göndərmək üçün nəzərdə tutulub. Bu da təsadüfi deyil. 2024-cü ilin yanvar-may aylarında Şimali Afrikadan İspaniya sahillərinə uzanan qeyri-qanuni miqrasiya marşrutunda 5054 nəfər həyatını itirib. 2023-cü ildə bu rəqəm 6007 olub. Bu ilin ilk beş ayında Kanar adaları yolunda 47 qayıq batıb, qəzaların heç birində sağ qalan olmayıb.
Paralel olaraq Aİ həm də deportasiya tədbirlərini gücləndirir. Son illərdə Aİ-də deportasiya göstəricilərində artım müşahidə olunur. 2024-cü ilin birinci rübündə Aİ-də qeyri-Aİ vətəndaşlarına qarşı 30 min 570 deportasiya həyata keçirilib. Bu, əvvəlki ilə nisbətən 11,4 faiz artım deməkdir. Ən çox deportasiya həyata keçirən ölkələr arasında Fransa (4 min 205), Almaniya və İsveç ön sıralardadır. Deportasiya edilən şəxslərin vətəndaşlığına gəldikdə, Əlcəzair və Mərakeş vətəndaşları ən çox deportasiya olunanlar sırasındadır. Onları Türkiyə, Suriya və Gürcüstan vətəndaşları izləyir.
Yeni direktiv fevralda təqdim olunacaq...
Avropa özünün deportasiya siyasətini məcburən daha da “təkmilləşdirir”. Ötən ilin son ayından etibarən Avropa Komissiyası (AK) Danimarka, İtaliya və Polşanın qeyri-qanuni miqrasiya probleminin həllinə kömək etmək çağırışlarına cavab olaraq miqrantların deportasiyası ilə bağlı yeni direktiv üzərində işləməyə başlayıb. “Politico” nəşrinin adı açıqlanmayan avropalı diplomatlara istinadla yaydığı bu xəbərdə bildirilir ki, AK Avropa dövlətlərinin yeni direktivə baxışını aydınlaşdırmaq üçün onlarla məsləhətləşmələr aparır. Sənəd layihəsinin bu ilin fevralında Avropa İttifaqına üzv ölkələrin daimi nümayəndəliklərinə təhvil veriləcəyi gözlənilir. Yeni qaydalar milli hakimiyyət orqanlarına “Aİ ölkələrindən birində qalmaq üçün qanuni imkanları tükənmiş” miqrantların hərəkət azadlığını məhdudlaşdırmağa, xüsusən də onları miqrasiya mərkəzlərində qeydiyyatdan keçməyə məcbur etməyə imkan verəcək. Qəzet yazır ki, Avropa İttifaqının (Aİ) bir sıra ölkələri qeyri-qanuni miqrasiya ilə mübarizə üçün daha qətiyyətli tədbirlər tələb edir. Belə ki, Aİ-nin miqrasiya ilə mübarizə tədbirləri kifayət deyil. Aİ-nin miqrasiya və sığınacaqla bağlı imzaladığı və özündə bütün müvafiq normaların sərtləşdirilməsini ehtiva edən pakt isə yalnız iki ildən sonra qüvvəyə minəcək.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

