Putin və Əl-Şəraa arasında ilk təmas
14.02.2025 [09:36]
Rusiya Əsədi təhvil verəcəkmi?
Moskva Suriyanın yeni hakimiyyəti ilə əməkdaşlıqda maraqlı ola bilər - qeyd edək ki, fevralın 12-də Rusiya prezidenti Vladimir Putin ilə Suriyanın keçid dövrünün prezidenti Əhməd Əl-Şəraa arasında telefon danışığı baş tutub. Rus KİV-inin məlumatına görə, telefon danışığı zamanı Putin və Əl-Şəraa Suriyadakı mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Vladimir Putin Rusiya tərəfinin Suriya dövlətinin birliyi, suverenliyi və ərazi bütövlüyünə, o cümlədən Suriyada sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasına dəstək göstərməyə hazır olduğunu bildirib.
İkitərəfli əməkdaşlığın inkişafı üçün təmasları davam etdirməklə bağlı razılığa gələn dövlət başçıları XİN rəhbərlərinə iki ölkə arasında “güclü strateji əlaqələrin qurulması istiqamətində müəyyən işlərin görülməsini tapşırıb. Putin Suriyanın yeni XIN rəhbəri Əsəd Həsən əş-Şibani Sergey Lavrovla görüş üçün Moskvaya dəvət edib.
Xatırladaq ki, bundan öncə Rusiya Xarici İşlər Nazirliyinin idarələrarası nümayində heyəti Dəməşqə səfər etmişdi. Rusiya XİN rəhbərinin müavini Mixail Boqdanov yerli mətbuata səfər ilə bağlı məlumat verərkən bildirib ki, heyət Suriyanın yeni hakimiyyətinin rəhbəri ilə konstruktiv danışıqlar aparıb - bu baxımdan o, iki ölkə arasında münasibətlərin ənənəvi xarakter daşıdığını vurğulayıb.
Suriyadakı Rusiya hərbi bazalarının taleyinə gəlincə, Boqdanov bu istiqamətdə danışıqların davam edəcəyini qeyd edib.
Əməkdaşlıq kimə nə vəd edir?
Məsələ ilə bağlı politoloq Əlimusa İbrahimov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Putin ilə Əl-Şəraa arasında ilk təmas Rusiya-Suriya münasibətlərinin normallaşmasına müsbət təsir göstərə bilər. “Bəşər Əsədin hakimiyyəti zamanı Rusiya ilə Suriya arasında bütün sahələrdə çox güclü münasibətlər var idi. Məhz ona görə də Bəşər Əsəd devrildikdən sonra özü və ailəsi üçün sığınacaq kimi Rusiyanı seçdi. Müxalifətin hakimiyyətə gəlməsi ilə burada vəziyyət və eləcə də Rusiyaya münasibət tamamilə dəyişdi. Rusiya bu ölkədəki hərbi kontingentinin bir hissəsini Suriyadan çıxarmağa məcbur oldu. Hazırda iki bazadan ibarət cüzi rus hərbiçisi bu ölkədə mövcudluğunu saxlamaqdadır. Suriyanın yeni hakimiyyətinin Rusiya ilə bağlı gələcək planlarının hələ müəyyənləşmədiyini demək olar. Baxmayaraq ki, yeni hakimiyyət ilk günlərdə rus qoşunlarının Suriyadan tamamilə çıxarıldığını elan etsə də, sonradan Rusiya ilə münasibətdə mövqe bir qədər dəyişdi. Yəni, yeni Suriya hökuməti İrandan fərqli olaraq Rusiya ilə münasibətləri sona qədər gərginləşdirməkdə maraqlı görünmür. Rusiya ilə danışıqlar Suriyanın yeni rəhbərliyi üçün vacibdir. Ona görə ki, bəzi önəmli məsələlər həll olunmalıdır, xüsusilə Bəşər Əsədin təhvil verilməsi məsələsi var”.
Moskvanın Bəşər Əsədi təhvil verib-verməyəcəyi ilə bağlı suala cavab verən politoloq vurğulayıb ki, hazırda bu, mümkün görünmür: “Əsədin təhvil verilməsi Rusiyanın onsuz da ərəb ölkələri arasında aşağı düşmüş nüfuzuna daha da ağır zərbə vura bilər”.
Politoloq gələcək Rusiya-Suriya münasibətlərində müəyyən razılaşmaların əldə olunmasını mümkün hesab edib: “Xüsusilə, enerji və ağır sənaye sahəsində Suriya Rusiya ilə əməkdaşlıq etməkdə maraqlı ola bilər. Amma Əl-Şəraa hakimiyyəti ilk növbədə Aİ və ABŞ ilə problemləri həll etməyə çalışacaq. Hazırda ən əsas hədəf Əsəd dövründə tətbiq olunan sanksiyaları aradan qaldırmaqdır. Ondan sonra isə Rusiya ilə münasibətlərə baxılacaq”.
Türkiyə ilə birgə...
“Son proseslər fonunda Türkiyə Yaxın Şərqdə geosiyasi və geostrateji güc mərkəzinə çevrilib - Ankaranın təşəbbüsü ilə regionda yeni iqtisadi-siyasi nizam formalaşır. Türkiyənin mövqeyi nəzərə alınmadan regionda hər hansı layihənin həyata keçməsi qeyri-mümkündür. Bu baxımdan Moskva Türkiyə ilə münasibətləri kontekstində Yaxın Şərqdə bir çox istiqamətlərdə birgə fəaliyyət göstərəcək,” - deyə Ə.İbrahimov qeyd edib ki, hər iki ölkə Suriyada siyasi nizamlanma və sabitləşmə səylərində əməkdaşlıq edə bilər: “Rusiya və Türkiyənin, keçmiş fikir ayrılıqlarına baxmayaraq, Suriyada sülh və təhlükəsizliyin təmin olunması məsələsində ümumi dil tapmaları mümkündür. Xüsusilə, İŞİD, PKK/YPG və digər terror qruplaşmalarına qarşı mübarizədə koordinasiyalı şəkildə əməkdaşlıq edə bilərlər”. Ardınca politoloq bildirib: “Türkiyə Rusiya qazının Yaxın Şərq və Avropaya ixracı üçün mühüm enerji mərkəzi olaraq qalır. Onlar “Türk axını” kimi birgə layihələri genişləndirə və regionda yeni enerji dəhlizlərini kəşf də bilərlər”.
Ə.İbrahimov hər iki ölkənin İsrail-Fələstin münaqişəsində vasitəçilik səylərinə də toxunub: “Ankaranın HƏMAS və Fələstin Muxtariyyəti ilə güclü əlaqələri var, Moskva isə İsrail də daxil olmaqla bütün tərəflərlə balanslı münasibət saxlayır. Birgə təşəbbüs onların regional təsirini artıra bilər”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

