Vaxt göstərildi...
23.05.2025 [10:16]
Zəngəzur dəhlizi açılır
Azərbaycan ilə Ermənistan arasında sülhlə bağlı proses mühüm bir mərhələyə qədəm qoyub. İkitərəfli formatda irəliləyən danışıqlar formatı müəyyən nəticələrə nail olub - xüsusilə, son 3 ayda sülh sənədinin bütün müddəalarının razılaşdırılması prosesin uğurla nəticələnəcəyinə ümid yaradır. Təbii ki, Ermənistan öz öhdəliklərini yerinə yetirəcəyi halda Azərbaycan üçün sülh məsələsi hər zaman aktualdır. Paralel olaraq Zəngəzur dəhlizi ilə bağlı məsələ İrəvan tərəfindən həyata keçirilməlidir. Qeyd edək ki, Prezident İlham Əliyev hər zaman bildirib ki, Ermənistan Azərbaycandan Azərbaycana maneəsiz getmək üçün bizə yol verməlidir.
Vurğulayaq ki, Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəli bəyanatın 9-cu bəndi və 2021-ci il yanvarın 11-də Moskvada imzalanmış 4 bəndlik bəyanat Zəngəzur dəhlizinin reallaşması üçün hüquqi zəmin yaradıb. Müzakirə edilən bu dəhliz müasir “Böyük İpək yolu”dur. Başqa sözlə, “Şərq-Qərb” ticarət yolunun ən mühüm seqmentlərindən biri kimi meydana çıxan Zəngəzur dəhlizi adıçəkilən tranzit xətt üzrə mühüm üstünlüklər formalaşdırır. Bu dəhliz iki kontingent arasında ən əlverişli, qısa və optimal ticarət logistikasıdır. Hazırda bir sıra regionlarda davam edən münaqişələri göz önünə gətirsək, Zəngəzur dəhlizinin aktuallığı daha yaxşı nəzərə çarpar. Bu dəhlizin açılması Şərq-Qərb kommunikasiya sisteminin daha fəal şəkildə inkişafına və inteqrasiyasına təkan verir. Günün reallığı ilə yanaşdıqda, hətta demək mümkündür ki, Zəngəzur dəhlizi Şərq-Qərb dəhlizinin gələcək perspektivini özündə əks etdirir.
Yaxın perspektivdə...
Yeri gəlmişkən, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib ki, Zəngəzur dəhlizi layihəsini 3-4 il ərzində həyata keçirməyi planlaşdırırıq. O bildirib ki, Zəngəzur dəhlizi layihəsi Türkiyə ilə Türk dünyasını birləşdirəcək: Həm Azərbaycan, həm də Türkiyə işləri davam etdirir”.
Bildirilməlidir ki, Uraloğlu hələ ötən ilin yanvarında Türkiyə KİV-lərinə açıqlamasında bildirmişdi ki, Türkiyə Zəngəzur dəhlizi layihəsinin 2029-cu ilədək həyata keçiriləcəyinə ümid edir: “Zəngəzur dəhlizinin Bakıdan Horadizədək olan hissəsi tamamlanmaq üzrədir. Dəhlizin Türkiyə hissəsinin uzunluğu 224 kilometrdir. Onun hazırlıq prosesi beş il çəkəcək. 2028-ci ildə bütün işlərin başa çatacağını düşünürəm”.
Bəli, dəhlizin fəaliyyətə başlaması perspektivində regionun tranzit imkanları daha da genişlənəcək. Son illərdə Azərbaycan Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdırıb və hazırda bu geniş coğrafiyanın bütün əsas yolları məhz ölkəmizdə kəsişir. Zəngəzur dəhlizi bu bağlantıda yeni və çox mühüm halqa təşkil edəcək. Dəhliz boyunca yaradılacaq dəmir və avtomobil yolları məhz ölkəmizin ərazisində Şərq-Qərb və Şimal-Cənub marşrutlarına inteqrasiya ediləcək. Azərbaycanın Xəzərdə qurduğu ən böyük limanın, həmçinin işğaldan azad edilmiş ərazilərdə inşa olunan üç beynəlxalq səviyyəli aeroportun yaradacağı imkanları da nəzərə alsaq, belə bir qənaət ifadə edə bilərik: Zəngəzur dəhlizi beynəlxalq səviyyədə daşımalar üçün ən cəlbedici marşrutlardan birinə çevriləcək və respublikamız perspektivdə etibarlı tranzit ölkə kimi bundan böyük həcmlərdə gəlir əldə edəcək.
Eyni zamanda, Zəngəzur dəhlizinin yaradılması digər region dövlətləri, xüsusilə Ermənistan üçün olduqca vacibdir. Dəhliz açılandan sonra Azərbaycan ərazisindən keçməklə Rusiyadan Ermənistana dəmir yolu xəttinin açılma ehtimalı realdır. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı yaranacaq. Bundan başqa, İran ilə Ermənistan, Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Beləliklə, bütün region ölkələri yeni infrastruktur layihəsindən fayda götürəcək.
Türk coğrafiyasını birləşdirəcək yol...
Uraloğlunun vurğuladığı kimi, Zəngəzur dəhlizinin reallaşması birinci növbədə mühüm geocoğrafi situasiya yaradacaq. Mərkəzi Asiya, cənubi Qafqaz, Kiçik Asiya kimi mühüm iqtisadi gücü olan bölgələri birləşdirəcək dəhliz digər region ölkələri üçün də mühüm əhəmiyyət kəsb edir. Çünki dəhlizin Şimal-Cənub xətti ilə perpendikulyar şəkildə kəsişməsi ikinci xətt üzərində olan dövlətlərin də maraq dairəsini buraya istiqamətləndirir. Başqa sözlə, Zəngəzur dəhlizi ətraf dövlətlərin də iqtisadi maraqlarına cavab verən amil kimi çıxış edir. Bu səbəbdəndir ki, regional müzakirələrdə mütəmadi olaraq bu mövzuya müraciət edilir, məsələnin reallaşması üçün hər kəs öz fəaliyyətini ortaya qoyur.
Ən mühüm nüans isə, Zəngəzur dəhlizinin Türk dövlətlərini birləşdirən kəmər olmasıdır. Başqa sözlə, Azərbaycanın türk birliyinin möhkəmlənməsinə növbəti böyük töhfəsi Zəngəzur dəhlizi olacaq. 44 günlük müharibədə Azərbaycanın qazandığı parlaq qələbə sayəsində regionda yaranan yeni reallıqlar həmçinin tarixi türk coğrafiyasının bərpası üçün geniş perspektivlər açıb. Çox doğru olaraq Zəngəzur dəhlizinin yaradılması tarixi türk coğrafiyasının bərpası istiqamətində mühüm bir addım kimi dəyərləndirlir. Zəngəzur dəhlizi türkdilli ölkələri iqtisadi və coğrafi baxımdan birləşdirməklə yanaşı, regionun strateji əhəmiyyətini də artıracaq. Şübhə yoxdur ki, dəhliz türkdilli ölkələr arasında ticarət dövriyyəsinin və eləcə də beynəlxalq yük daşımalarınnın həcminin artırılmasına gətirib çıxaracaq.
Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır!
Eyni zamanda, Zəngəzur dəhlizinin açılması Azərbaycanla Naxçıvan arasında quru əlaqə formalaşdıracaq. Prezident İlham Əliyev bu ilin əvvəlində televiziyalara müsahibəsində vurğulayıb ki, biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun, onlar bizə mane olmasınlar: “Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər. Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur. Sadəcə olaraq, onlar 10 noyabr Bəyanatının müddəalarını yerinə yetirməlidirlər”.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxMEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09

