Onlar Harvardı “bitirməyəcəklər”...
24.05.2025 [08:47]
Tanınmış Universitetə əcnəbi tələbə qadağası qoyuldu
Dünyanın ən populyar ali təhsil ocaqlarından biri sayılan məşhur Harvard Universiteti bundan sonra xarici tələbə qəbul edə bilməyəcək. Belə ki, Universitetin tələbə və mübadilə proqramı sertifikatı ləğv edilib. Xarici KİV-lər yazır ki, ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noemin imzaladığı əmrə əsasən Harvard artıq xarici tələbələri qəbul edə bilməz. Mövcud əcnəbi tələbələr isə ya başqa universitetlərə köçürülməli, ya da hüquqi statuslarını itirməlidirlər. Söhbət ümumi tələbələrin 27 fazindən, eyni zamanda, 140 ölkədən təxminən 6800 tələbədən gedir.
Nazirlik bu qərarı “Harvard rəhbərliyinin anti-amerikan, terrorizm tərəfdarı olan təşviqatçılara bir çox yəhudi tələbələr də daxil olmaqla ayrı-ayrı şəxsləri təqib etməyə və fiziki hücuma keçməyə icazə verərək təhlükəli kampus mühiti yaratması” ilə izah edib.
Səbəblər göstərildi...
Nazirliyin açıqlamasına görə, təşviqatçıların əksəriyyəti əcnəbi tələbələrdir. Vaşinqton bu məsələdə Cin faktorunu xüsusi qeyd edir - bildirilir ki, Universitet administrasiyası Harvardda zorakılığı, antisemitizmi təşviq etmək və kampusunda Çin Kommunist Partiyası ilə koordinasiyalı işləməkdə məsuliyyət daşıyır. “Universitetlərin əcnəbi tələbələri qəbul etmələri, çoxmilyardlıq ianələrini ödəmək üçün onların yüksək təhsil ödənişlərindən faydalanması hüquq deyil, imtiyazdır. Harvardın doğru yolu seçmək üçün imkanı var idi. O, imtina etdi. Onlar qanuna riayət etmədikləri üçün Tələbə və Mübadilə Proqramı sertifikatını itirdilər”.
Açıqlamada xatırladılıb ki, bu ilin 16 aprelində nazir Noem Harvarddan “kampusunda əcnəbi tələbələrin cinayətkarlığı və qanunsuz davranışları haqqında” məlumat verməsini tələb edib. Həmin vaxt nazir məlumat verilməyəcəyi təqdirdə xarici tələbə qəbul etmək və mübadilə proqramı sertifikatının ləğv ediləcəyi barədə xəbərdarlıq edib. Lakin Harvard Universiteti tələb olunan məlumatı verməkdən imtina edib. Bildirilib ki, birgə hökumət işçi qrupu Harvardın kampusunda “geniş yayılmış irqi ayrı-seçkilik və antisemitizm təqibləri” ilə mübarizə apara bilmədiyini müəyyən edib. “Belə ki, kampusdakı yəhudi tələbələr geniş yayılmış təhqirlərə, fiziki hücumlara və hədələrə məruz qalıblar. Harvardın 2025-ci ildə antisemitizmlə bağlı daxili araşdırması göstərdi ki, yəhudi tələbələrin 60 faizi “cari hadisələrə baxışlarına görə kampusda ayrı-seçkilik, stereotiplər və ya mənfi qərəzlilik” yaşadıqlarını bildiriblər”.
Bildirilib ki, Harvard tələbələrini qorumaq əvəzinə, cinayət nisbətlərinin artmasına, irqçi praktikalarının tətbiqinə, xarici hökumətlərdən və donorlardan çoxlu nağd pul qəbul etməsinə icazə verib. Harvardda cinayət nisbətləri 2022-ci ildən 2023-cü ilə qədər 55 faiz artıb. 2022-ci ildən 2023-cü ilə qədər ağır cinayətlər 295 faiz, soyğunçuluqlar isə 560 faiz artıb. Harvard 2020-ci ilin yanvar ayından etibarən xarici hökumətlərdən 151 milyon dollar alıb. Eyni dövrdə xarici donorlardan alınan ümumi 1,1 milyard dolların 13 faizindən çoxunu təşkil edir.
Məhkəmə çəkişməsi...
Harvard Universiteti isə hökumətin qərarının qanunsuz olduğunu bildirib. Universitetin yaydığı açıqlamada göstərilir ki, Universitet 140-dan çox ölkədən olan beynəlxalq tələbə və tədqiqatçıları qəbul etmək öhdəliyini qoruyur. Bu cəza xarakterli addım həm Harvard icmasına, həm də ölkəyə ciddi zərər verə bilər. Eyni zamanda, bu qərar universitetin əsas akademik və tədqiqat missiyasını zəiflədə bilər.
Xatırladaq ki, bu ilin aprelində Harvard Universiteti Donald Trampın administrasiyasını məhkəməyə vermişdi. “The Harvard Crimson” tələbə qəzetinin məlumatında bildirilirdi ki, buna səbəb universitetin milyardlarla dollar dəyərində maliyyə vəsaitindən məhrum edilməsi olub. Universitet ABŞ hökumətini konstitusiyaya zidd və qanunsuz kampaniya aparmaqda ittiham edib. Harvard 2,2 milyard dollar məbləğində vəsaitin dondurulmasının qeyri-qanuni hesab olunmasını və bu qərarın ləğvini tələb edirdi.
Harvarddan etiraz - təhlükə varsa...
“The New York Times” məsələ ilə bağlı bildirib ki, Tramp administrasiyası “geniş qeydlər tələbinin qanuniliyi” ilə bağlı davam edən yazışmalardan sonra Harvardı qərarla tanış edib. “The Guardian” isə yazıb ki, bu addım Daxili Təhlükəsizlik Nazirliyinin araşdırmasının bir hissəsidir.
Harvard sözçüsü cümə axşamı “Guardian”-a verdiyi açıqlamada hökumətin hərəkətlərini “qanunsuz” adlandırıb. “Biz Harvardın 140-dan çox ölkədən gələn və universitetimizə və ölkəmizə maddi gəlir gətirən əcnəbi tələbələrimizi və alimlərimizi qəbul etmək qabiliyyətini qoruyub saxlamağa tam sadiqik” deyib. Universitet sözçüsü bildirib ki, bu addım Harvardın akademik və tədqiqat missiyasına zərbə vurur”.
Harvardın müəllimi Pippa Norris isə “The Guardian”a açıqlamasında deyib ki, Tramp amerikalı tələbələri beynəlxalq biliklərdən səmərəli şəkildə məhrum edir, o, yumşaq gücü azaldır və buna görə də Amerikanı zəiflədir: “Və şəxsən mənim üçün bu, tədris baxımından böyük problemlər demək olacaq”.
Norris bildirib ki, tələbələrinin mühüm əksəriyyəti əcnəbilərdir. Bu baxımdan, əcnəbi tələbə qəbulu qadağası universitetin həyatına mənfi təsirlər göstərəcək. Bildirilib ki, hazırda universitetdə təxminən 6800 beynəlxalq tələbə var, onların çoxu F-1 və ya J-1 vizalarına malikdir. Eyni zamanda, Universitet 53 milyard dollardan çox vəsaitə malikdir.
Harvardın müəllimi Norris onu da bildirib ki, əgər təhlükə varsa, bu digər universitetlərə də şamil olunmalıdır: “Harvardı bir yana qoyaq, başqa beynəlxalq tələbələr niyə Amerikaya gəlsinlər? Bu addım Oksford, Kembric və bir çox başqa məktəblər üçün münbit zəmin yaradacaq”.
“Yumşaq güc” aləti əldən çıxır...
Məsələ ilə bağlı bir məqam da diqqət çəkir - amerikalı bəzi siyasətçilər Trampın bu addımını qınayıblar - onlar düşünürlər ki, yeni administrasiyanın qərarı dünyada ABŞ-ın siyasi-diplomatik dayaqlarına mənfi təsir göstərəcək. Siyasətçilər hesab edirlər ki, Harvardda oxuyan və ABŞ-a rəğbəti olan tələbələr həm də ayrı-ayrı ölkələrdə Vaşinqtonun maraqlarının müdafiəçisi kimi çıxış edir. Bildirilir ki, Harvarda əcnəbi tələbə qəbulunu dayandırmaqla “yumşaq güc” siyasətində növbəti geriləmə müşahidə olunacaq...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30

