“Amerika” partiyası yaranır
08.07.2025 [10:15]
Mask hakimiyyətə iddialı olacaq
ABŞ-da klassik siyasi qüvvələrə alternativ yeni siyasi partiya meydana çıxır. Bu partiyanın ABŞ-da keçiriləcək növbəti prezident və Konqres seçkilərində iştirak edəcəyi gözlənilir. Belə ki, dünyanın ən zəngin adamı, ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin sabiq rəhbəri İlon Mask siyasi partiya yaratdığını elan edib. ABŞ-ın kosmik nəqliyyat şirkətinin qurucusu və baş icraçı direktoru, o cümlədən TESLA şirkətinin rəhbəri İlon Mask iyulun 6 - da öz “X” sosial şəbəkəsində qeyd edib ki, onun rəhbərlik edəcəyi partiya ölkəyə azadlıq gətirəcək. “İkidən 1 fərqlə, yeni siyasi partiya istəyirdiniz və olacaq. Ölkəmizin xərclər və rüşvətxorluq üzündən iflasa uğradığı bir vəziyyətdə məlum olur ki, biz demokratiya deyil, birpartiyalı sistemdə yaşayırıq. Bu gün “Amerika Partiyası” azadlığınızı sizə qaytarmaq üçün quruldu,” - deyə İ.Mask öz hesabında vurğulayıb. Xatırladaq ki, sahibkar İlon Mask partiyasını elan etməməmişdən əvvəl “X” platformasında ölkədə yeni bir siyasi partiya yaratmaq zərurəti ilə bağlı sorğu keçirmişdi. O, bu sorğu ilə bir çoxlarına ABŞ-da ikipartiyalı sistemin sınaqdan keçirildiyi və xalqın daha geniş siyasi çeşidə ehtiyacı olduğunu diqqətə çatdırıb - ikipartiyalı sistemə alternativ institutun yaradılmasının zərurətini vurğulayaraq “Amerika” partiyası yaratmalıyıqmı?” adlı sual ünvanlayıb. Sual ünvanlandıqdan sonra, yalnız bir neçə saat ərzində 81 mindən çox istifadəçi sorğuda iştirak edib və bu müddət ərzində səs verənlərin 64,8 faizi yeni siyasi partiyanın əsasının qoyulmasını məqbul hesab edib.
Qeyd edək ki, ABŞ-da 200 ildən çoxdur ki, ikipartiyalı sistem mövcuddur - 1789-ci ildən bəri iki siyasi partiya - Demokratlar və Respublikaçılar ölkənin siyasətində dominant rol oynayırlar. Sol-mərkəzçi Demokratlar sosial ədalət, səhiyyə və bir çox sosial-iqtisadi məsələlərdə liberal islahatların aparılmasının tərəfdarıdırlar, sağ-mərkəzçi Respublikçılar dövlətin iqtisadiyyata müdaxiləsinin məhdudlaşdırılması, vergilərin azadılması və fərdi azadlıqların artırılmasına üstünlük verirlər, o cümlədən ənənəvi mühafizəkar xəttin təbliğatçısıdırlar. ABŞ-da bir neçə kiçik siyasi partiyalar da mövcuddur. Lakin bu partiyaların ölkənin siyasi ictimaiyyətində böyük gücə çevrilmələri üçün imkanları yoxdur. Artıq sosial şəbəkələrdə iddialar dolaşır ki, Maskın partiyasının əsas prinsipləri arasında iqtisadi liberalizm, sosial bərabərlik və daha şəffaf idarəetmənin təbliğatı üstünlük təşkil edəcək.
Yeni partiya ABŞ-da siyasi parçalanma yarada bilər?
Məsələ ilə bağlı politoloq Tural İsmayılov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Maskın yaratdığı siyasi partiya Amerika siyasi sistemində qeyri-ənənəvi bir dalğa yarada bilər. Ekspertin sözlərinə görə, Maskın texnologiya sahəsindəki nüfuzu və kütlə psixologiyasına təsir gücü seçicilərin diqqətini çəkməyə qadirdir. “Xüsusən gənc və texnologiyaya meyilli elektorat üçün o, siyasi elitalara alternativ kimi görünür. ABŞ-da mövcud ikipartiyalı sistem uzun illərdir sabitlik gətirsə də, eyni zamanda monolit və dəyişməz siyasi mədəniyyət yaradıb. Belə bir şəraitdə “üçüncü güc” kimi çıxış edən hər kəs potensial təhlükə vəd edir - sistem üçün də, seçki balansı üçün də. Maskın partiyası respublikaçılardan narazı olanları, demokratlardan bezmiş müstəqil seçiciləri cəlb edə bilər. Bu da köhnə partiyalarda parçalanma riskini artırır. İctimai qütbləşmə artıq pik həddədir və belə bir təşəbbüs həmin qütbləşməni daha da dərinləşdirə bilər,” - deyə T.İsmaylov vurğulayıb ki, Maskın şəxsi xarizması və qeyri-adi ritorikası siyasi debatlarda yeni ton formalaşdıra bilər: “O, təkcə partiya deyil, siyasi davranış modellərini də dəyişə bilər. Lakin siyasi institutlar hələ də klassik strukturlara əsaslanır və fərdi kultlardan daha çox partiya sisteminə bağlıdır. Mask öz partiyasını brend kimi təqdim etsə də, bu, yetərli deyil - əsl siyasi uğur üçün davamlılıq, ideoloji platforma və təşkilatlanma lazımdır. ABŞ seçicisinin mühüm hissəsi hələ də ənənəvi partiya loyallığına sadiqdir. Maskın partiyası müvəqqəti yüksəliş yaşasa da, sistemin içində qalıcı yer tutmaya da bilər. Amma bir həqiqət dəyişməzdir: o, artıq siyasi sistemə təzyiq elementi kimi daxil olub. Bu isə az deyil”.
Mask hansı maneələrlə üzləşəcək?
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin siyasi eksperti Mətin Məmmədli qəzetimizə şərhində bildirib ki, ABŞ-da ənənəvi iki partiyaya alternativ olan yeni siyasi partiyanın yaranması və fəaliyyət göstərməsi üçün zəmin var. Ekspert qeyd edib ki, Amerika gəncləri arasında İlon Maska rəğbət bəsləyənlər çoxdur. “Hesab edirəm ki, Maskın partiyasının ətrafına Respublikaçılar və Demokratlardan narazı olanlar cəmləşəcək. Bu partiyanı dəstəkləyənlər arasında gənclər çoxluq təşkil edə bilər. Lakin burada xüsusi məqamları da nəzərə almaq lazımdır. Tramp administrasiyası Maskın rəhbərlik edəcəyi partiyanın fəaliyyətinə ciddi əngəllər yaradacaq. Çünki nəzərə almaq lazımdır ki, Maskın “Amerika” partiyası ideoloji baxımdan Respublikaçılara yaxın olacaq. Belə bir partiyanın əsasının qoyulması Respublikaçıların sosial bazasına zərbə vura bilər. Bu, Trampı və komandasını narahat etməyə bilməz. Eyni zamanda Mask digər maneələrlə üzləşəcək. ABŞ-ın mövcud seçki sistemi ölkənin idarəçiliyində üçüncü bir siyasi qüvvənin ortaya çıxmasına imkan vermir. Seçki sistemi ilə paralel olaraq institusional baryerlər də var. Bununla yanaşı, ABŞ-da media resursları demək olar ki, iki partiyanın əlində cəmləşib”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

