Zəngəzur dəhlizi açılmalıdır və açılacaq!
18.07.2025 [10:36]
Ermənistanda ABŞ-ın təklifi müzakirə olunur...
Bir neçə gün öncə baş tutmuş Əbu-Dabi görüşü bir sıra məsələlərə görə özündən əvvəlkilərdən fərqlənir. Bu görüşün aparıcı mahiyyəti sülh prosesinin və iki ölkə arasında münasibətlərin normallaşması üçün zəruri olan bir sıra tədbirlərin müzakirəsi olmuşdu. Qeyd edək ki, Azərbaycan hər zaman sülh və anlaşmanın tərəfdarı kimi çıxış edib: istər 2022-ci ildən başlanan sülh təşəbbüsləri, istərsə də ondan öncə səsləndirilən Zəngəzur dəhlizi təşəbbüsləri məhz Bakının ideyası olub. İki ölkə arasında əbədi, dayanıqlı sülh və təhlükəsizlik üçün atılası addımların sırasında Zəngəzur dəhlizi məsələsi də xüsusi əhəmiyyət daşıyır.
İrəvan “val”ı dəyişir - dəhlizin açılmasına razıdırlar...
Son vaxtlar münasibətlərin normallaşması ilə bağlı yanaşmalarda ölkəmizin irəli sürdüyü fikirləri təsdiqləyən tezislərlə çıxış edən Ermənistanın siyasi rəhbərliyi reallığı anlayır:
- Onlar dərk edirlər ki, sülh prosesi Ermənistanın müstəqilliyini və inkişafını təmin edəcək;
- İrəvan bölgənin ümumi inkişaf tempinə uyğunlaşacaq;
- Qlobal layihələrin keçdiyi kommunikasiyaya qoşulma imkanı əldə edəcək;
- Ən əsası isə, siyasi təsir altından çıxma imkanı qazanacaq.
Bu nöqteyi-nəzərdən, Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamalarına diqqət yetirsək, müəyyən məsələlərin yeni - redaktə olunmuş vəziyyətdə səslənməsinin şahidi olarıq. Məsələn, erməni baş nazir Azərbaycandan Naxçıvana Sünikdən keçən yolun (Zəngəzur dəhlizi - red.) idarəsinin özəl şirkətə verilə biləcəyini istisna etməyib. O, mətbuat konfransında bildirib ki, idarəetmənin verilməsi məsələsində hazırda bir neçə oxşar hal var. “Məsələn, “Zvartnots” hava limanının idarəetməsi həvalə edilib. Hesab etmirəm ki, burada Ermənistanın yurisdiksiyası və ya ərazi bütövlüyü hər hansı şəkildə pozulub”, - N.Paşinyan qeyd edib.
O bildirib ki, su təchizatı sisteminin idarə edilməsi, Ermənistanın dəmir yolları və s. ilə bağlı da vəziyyət belədir. Lakin sadalanan bütün hallarda bu infrastrukturlar Ermənistanın mülkiyyətindədir. Bundan əlavə, N.Paşinyan qeyd edib ki, Ermənistan öz ərazisindən yüklərin keçid rejiminin sadələşdirilməsinə hazırdır. “Məni təəccübləndirir ki, bəzi qüvvələr və ya insanlar Ermənistan ərazisindən dəmir yolu hərəkətinin yenidən başlamasını faciə kimi təqdim etməyə çalışırlar. Halbuki faciə ondadır ki, Ermənistan vasitəsilə tranzit dəmir yolu əlaqəsi yoxdur”, - Baş nazir vurğulayıb.
Paşinyan mətbuat konfransı zamanı bildirib ki, Sünikdəki (Zəngəzur dəhlizi - red.) yolun autsorsinqində təkcə ABŞ deyil, digər ölkələr də maraqlıdırlar: “Ermənistan üçün ABŞ və Aİ-nin marağı maraqlıdır. İndi ABŞ-nin təklifi müzakirə olunur. Biz bunda maraqlıyıq. Hələlik razılıq yoxdur, lakin ola bilər. Çin də maraqlıdır”, - o qeyd edib.
Ermənistanı nə gözləyir?
Göründüyü kimi, Ermənistanın siyasi rəhbərliyi artıq etiraf edir ki, dəhlizin açılması mütləqdir. Vurğulanmalıdır ki, Zəngəzur dəhlizi Azərbaycandan Azərbaycana rahat və maneəsiz yol olduğu qədər, Ermənistan üçün ən mühüm iqtisadi platformadır.
Zəngəzur dəhlizinin reallaşması birinci növbədə mühüm geocoğrafi situasiya yaradacaq. Yeni iqtisadi nizamda Şərq-Qərb tranzitini birləşdirəcək dəhliz digər region ölkələri üçün də mühüm əhəmiyyət kəsb edir. Çünki dəhlizin Şimal-Cənub xətti ilə perpendikulyar şəkildə kəsişməsi ikinci xətt üzərində olan dövlətlərin də maraq dairəsini buraya istiqamətləndirir. Başqa sözlə, Zəngəzur dəhlizi ətraf dövlətlərin də iqtisadi maraqlarına cavab verən amil kimi çıxış edir. Paralel olaraq Ermənistan bu dəhlizin açılması ilə yeni inkişaf mərhələsinə qədəm qoyacaq. Qeyd edək ki, Zəngəzur dəhlizinin açılması Ermənistan üçün həm siyasi, həm də iqtisadi dividendlər vəd edir. Belə ki, Zəngəzur dəhlizi Ermənistanın regional ticarət yollarına çıxışını bərpa etməyə və daha böyük iqtisadi məkana inteqrasiya etməyə imkan verəcək. Dəhliz vasitəsilə Ermənistan daha böyük xarici bazarlara çıxış imkanı qazanacaq. Paralel olaraq Türkiyə və Azərbaycanla əlaqələri normallaşacaq - bu da özlüyündə, Ermənistan iqtisadiyyatına geniş imkanlar yaradacaq. Yeni logistika və infrastruktur imkanları sayəsində nəqliyyat, ticarət, enerji və xidmət sektorlarında inkişaf sürətlənəcək. Eyni zamanda, Ermənistanda xarici sərmayə artacaq - açıq sərhədlər və sülh mühiti Ermənistan iqtisadiyyatına inamı artıracaq. İqtisadi dalan mühiti aradan qalxacaq - Ermənistan üçün həm istehsal xərcləri azalacaq, həm də ixrac imkanları genişlənəcək. Qeyd edək ki, BMT-nin, Asiya İnkişaf Bankının və Dünya Bankının hesabatlarında da qeyd edilir ki, regionda iqtisadi kommunikasiyaların açılması Ermənistanın ÜDM-inin artmasına səbəb ola bilər. Bu isə ciddi bir inkişaf impulsudur.
Siyasi dividenlərə gəldikdə isə, Zəngəzur dəhlizinin açılması regionda sabitlik və əməkdaşlıq mühitinə töhfə verəcək. İrəvanın fərqli güc mərkəzləri arasında balanslı siyasət yürütmək imkanı yaranar - çünki dəhliz həm Avrasiya məkanına, həm də Avropaya çıxışı əhatə edir. Nəticə etibarı ilə, Zəngəzur dəhlizi sadəcə Azərbaycan və ya ümumən region üçün deyil, daha çox Ermənistan üçün strateji imkanlar yaradan layihədir. Ermənistanın bu fürsətdən istifadə etməsi regionda davamlı sülhün qurulması və Cənubi Qafqazın yeni inkişaf mərhələsinə keçidi üçün zəruridir. Dəhliz geopolitik bir barış layihəsi olmaqla yanaşı, həm də gəlir, inkişaf və inteqrasiya layihəsidir. Ermənistanın bu reallığı nə qədər tez dərk etməsi, bir o qədər çox dividend qazanması ilə nəticələnəcək.
Zəngəzur dəhlizi açılacaq...
Eyni zamanda, Zəngəzur dəhlizinin açılması Azərabaycanla Naxçıvan arasında quru əlaqə formalaşdıracaq. İllərdir ki, blokadada qalmış Naxçıvanın Bakı ilə quru yolla əlaqəsinin yaranması bizim təbii tələbimiz və haqqımızdır. Azərbaycan qlobal iqtisadi kontent yaratmaqla yanaşı, özünün ərazisinə maneəsiz gedib-gəlmək üçün yol əldə etməlidir. Prezident İlham Əliyev bu ilin əvvəlində televiziyalara müsahibəsində vurğulayıb ki, Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır: “Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur. Sadəcə olaraq, onlar 10 noyabr Bəyanatının müddəalarını yerinə yetirməlidirlər”.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

